Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə19/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   15   16   17   18   19   20   21   22   ...   114
SOS KONSP 2021

Birinci səviyyə subyektin aktual predmet vəziyyətinə, xarici mühitin təsirlərinə reaksiyasından ibarətdir (davranış aktları).
İkinci səviyyə adi fəaliyyəti, adi hərəkətləri əhatə edir. Bu hərəkətlər adətən nəticənin necə əldə olunacağı barəsindəki təsəvvürə tabe edilir.
Üçüncü səviyyə həyat fəaliyyətinin bu və ya digər sferasında insanların hərəkətlərinin, fəaliyyətlərinin məqsədyönlü ardıcıllığını ifadə edir.
Dördüncü səviyyə həyat əhəmiyyətli məqsədlərin reallaşdırılması prosesidir.
Fəaliyyət öz mahiyyətinə görə insandan onun inkişafının bütövlüyünü, tamlığını tələb edir. Bütövlük şəxsiyyətin rəngarəng qabiliyyətlərinin vəhdətini, fəaliyyət prosesində zehni və fıziki qüvvələrinin üzvi əlaqəsini əks etdirir. Şəxsiyyətin sosial fəallığı nə qədər yüksəkdirsə, onun «insan-təbiət», «insan-sosial mühit» və «insaninsan» münasibətləri sistemləri ilə qarşılıqlı təsiri nə qədər səmərəli, nə qədər məhsuldardırsa, bütövlük də bir o qədər davamlıdır.
Şəxsiyyətin deviant davranışı
Deviant (kənara çıxan) davranış spesifık sosial hadisədir. Belə davranış «məlum cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında ifadə olunur»
Qeyd etdiyimiz sosial hadisənin daşıyıcıları müəyyən şəxslərdir, bəzi qruplardır; onlar şüurlu və ya kortəbii surət-də cəmiyyətdə mövcud olan tələblərlə və davranış normaları ilə konfliktə girirlər.
İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir. Belə kənara çıxma halları isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfı adamlarla spirtli içkilərin içilməsi - ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər.
Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qrup və ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalarının pozucusu kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir.
Kənara çıxan davranışı təhlil edərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qrup özünün qaydalar sistemini, «mədəniyyətini» yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur. Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını deviant davranış hesab etmək doğru deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar eyniləşdirildikdə bütün sosial qruplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar.1 Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.
Kənara çıxan davranış müəyyən səbəblərlə bağlıdır. Əvvəla, yeni sosial sistem boş yerdə yaranmır, əvvəlki sistemin, dağıdılmış sistemin bir sıra elementlərindən törəyir. Söhbət insanlardan və ya məhsuldar qüvvələrin ünsürlərindən gedir. İkincisi, yeni sosial sistemin inkişafı, adətən qeyri-bərabər olur. Bu, həmin sistemin ünsürlərinin qarşılıqlı nisbətində müəyyən disproporsiyalar doğurur və onlardan bəzilərində müəyyən defektlərin qalmasına gətirib çıxarır. Üçüncüsü, inkişaf edən sistemin öz mövcudluğu şəraitinə (istər daxili, istərsə də xarici şəraitinə) natamam adaptasiyası özünü göstərə bilər. Başqa sözlə, sosial, mədəni və texniki inkişaf yeni meydana gələn ictimai-iqtisadi və mədəni tələbatların ödənilməsinə adekvat cavab verməyə bilər. Dördüncüsü, təsadüfı hadisələr də deviant davranışı qidalandıra bilər. Bütün bunlar məcmu halında müxtəlif neqativ hadisələrin konkret mənbəyi olur.
Kənara çıxan davranış başlıca olaraq iqtisadi münasibətlərlə vasitələnir. Aydın məsələdir ki, belə davranış həmin münasibətlərin vəziyyətindən birbaşa asılı olmur. Qarşılıqlı əlaqə daha mürəkkəb və çoxcəhətlidir. Lakin cəmiyyət inkişafının bütün tarixi göstərir ki, sıx qarşılıqlı əlaqə həqiqətən mövcuddur. Nəzərdən qaçırmaq olmaz ki, əsas məsələ müxtəlif sosial bərabərsizlik formalarının mövcudluğudur. Həyati faktlar sübut edir ki, qeyribərabərliyin bu və ya digər formaları qalmaqda davam edir. Həm də onları obyektiv surətdə şərtlənmiş fərqlər yox, deformasiyaya uğramış ictimai münasibətlər doğurur: məsələn, hakimiyyətə mənsubluq, xəlvəti iqtisadiyyatla bağlılıq və s. Burada xatırlamaq yerinə düşər ki, mütəxəssislər xəlvəti iqtisadiyyatın nəhəng maliyyə kapitalına malik olduğunu xüsusi vurğulayırlar. Məsələn, XX əsrin 90-cı illərinin ortalarında təxminən 150-200 milyard dollar vəsaitin adı çəkilir.
Meydana çıxan ziddiyyətlərin vaxtında və adekvat həll olunmaması da insanların şüurunda və davranışında müəyyən iz buraxır. İctimai mənafelərə laqeydlik zəminində sözlə iş arasında ayrılıq dərinləşir, sosial apatiya güclənir. Təsərrüfatsızlıq, maxinasiya təzahürlərini, rəhbərliyin maddi sərvətlərə laqeydliyini və s. görən adamlar rəsmi çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yolları, imkanları axtarırlar.
İdarəetmə işində yol verilən nöqsanlar, qüsurlar da mənfı hadisələrin mənbəyi ola bilər. Bunlar qanunçuluğun, demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır.
Kənara çıxan davranışı nəzərdən keçirərkən sosıal varislik məsələsindən yan keçmək olmaz. İnsanların həyat tərzinin pozitiv tərəfləri ilə yanaşı neqativ tərəfləri də təkrar istehsal oluna bilər. Bu, sosial varisliklə bağlı məsələdir. Sosial varislik mexanizmi ziddiyyətlidir. Həmin ziddiyyətlərdən biri ondan ibarətdir ki, varisliyin predmeti normal həyat təcrübəsi yox, həm də qüsurlu həyat təcrübəsi olur. Bu təcrübə isə sosial informasiya vasitəsilə nəsildən-nəslə ötürülür.
Kənara çıxan davranış ictimai münasibətlərin fəaliyyəti və inkişafı prosesinin adamların müəyyən hissəsinin şüurunda qeyri-adekvat inikası ilə də əlaqədardır. Ədəbiyyatda belə uyğunsuzluğun iki növünü ayırd edirlər. Birincisi, ictimai inkişafın əvvəlki mərhələsində təşəkkül tapan əhval-ruhiyyələr, baxışlar çox zaman yeni şəraitlə uyğun gəlmir. İkincisi, praktik fəaliyyət gedişində elə təsəvvürlər meydana gəlir və ya canlanır ki, onlar da dəyişikliklərin mənasını və istiqamətini birtərəfli izah edirlər.
Nəzərdən keçirdiyimiz problem baxımından əxlaqi münaqişələr də diqqəti cəlb edir. Bu, münaqişələri iki qrupa ayırmaq olar:

  1. xarici (insanlar arasında olan) münaqişələr;

  2. daxili (insanda motivlərin mübarizəsi baş verən) münaqişələr.

Xarici münaqişələr sərvət yönümlərinin istiqamətindəki ayrılığı ifadə edir. Həmin yönümlər ictimai münasibətlərdə müxtəlif əxlaqi sistemlərin toqquşması kimi təzahür edir. Fərdlərarası münaqişələrin mənbəyi mənəvi mövqelərdəki fərqlər də ola bilər. Həmin fərqlər şəxsi mədəniyyət səviyyəsinin, konkret həyat məqsədlərinin və onlara çatmaq üçün seçilən vasitələrin uyğunsuzluğu ilə şərtlənmişdir.
Daxili münaqişələrin təbiəti bundan fərqlidir. Onlar fərdi əxlaqi şüurun ziddiyyətliliyi ilə müəyyən edilir. Çox zaman bu, ictimai borc motivləri ilə qrup, ailə və şəxsi mənafeləri ifadə edən motivlər arasındakı toqquşma kimi özünü göstərir. Daxili münaqişələr təkamül edərək, xarici münaqişələrə keçə bilər.
Kənara çıxan davranış təzahürləri olduqca rəngarəngdir. Onları müəyyən tipoloji qruplarda birləşdirmək olar. Həmin qrupların həm ümumi, həm də spesifik xüsusiyyətləri vardır. Elmi ədəbiyyatda insanların şüur və davranışındakı neqativ hadisələri təsnif etmək barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif əlamətlərə görə aşağıdakı kimi qruplaşma aparmaq olar:

  1. deviasiyaların səviyyəsinə görə: 1) ilkin deviasiya; 2) ikinci deviasiya.

  2. əhatə dairəsinə görə:

1) kənara çıxan davranışın fərdi forması; 2) kənara çıxan davranışın kollektiv forması.
c) insanların həyat fəaliyyəti sferalarına görə:

  1. istehsal-əmək sferasında - iqtisadi oğurluqlar, qənimətçilik, təsərrüfatsızlıq və s.;

  2. bölgü sferasında - cəmiyyətdən çox qopartmağa çalışmaq, rüşvətxorluq, sosial parazitizm;

  3. siyasi həyat sferasında - karyerizm, bürokratizm, siyasi naşılıq, millətçilik, ekstremizm.

  4. məişət və həyat tərzi sferasında - dilənçilik, sərxoşluq, istehlakçılıq, ailə borcuna laqeyd münasibət. 5) mənəvi həyat sferasında - mədəniyyətsizlik, meşşanlıq və s.

6) ünsiyyət sferasında - insanlara laqeyd münasibət, kobudluq, böhtançılıq, vicdansızlıq, xudbinlik və s.
Bəzən kənara çıxan davranışı başqa əsasa görə - hüquqa, yoxsa əxlaqa aid olmasına görə iki tipə ayırırlar: a) hüquqa zidd kənaraçıxmalar; b) əxlaqa zidd kənaraçıxmalar.
Bu halda onu əsas tuturlar ki, normalar, standartlar və qaydalar insanların həyat fəaliyyətinin iki başlıca nizamlayıcısı ilə müəyyən edilir: hüquq və mənəviyyat. Əlbəttə, onlar arasında hüdud şərtidir. Buna baxmayaraq, kənara çıxan davranışın konkret formalarını öyrənərkən həmin tip-ləşdirmədən istifadə etmək olar.
Bir cəhətə də diqqət yetirilməlidir: kənara çıxan davranışın bəzi formaları (məsələn, narkomaniya, fahişəlik, korrupsiya) üzərindən illər boyu aydın seçilən örtük götürüldü, onların təzahürləri, səbəbləri fəal müzakirə obyektinə çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davranışla səciyyələnən müxtəlif gənclər birliklərinə yönəldi. Bütün bunlar keçmiş SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması, müxtəlif sahələrdə ənənəvi əlaqələrin qismən və ya tamamilə qırılması, kənara çıxan davranış təzahürlərinə qarşı mübarizənin xeyli zəifləməsi fonunda baş verirdi.
XX əsrin son onilləri ərzində aparılan sosioloji tədqiqatlar göstərirdi ki, kənara çıxan davranış qrupları içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xüsusi diqqət tələb edən problemlərdir.
Bu bir həqiqətdir ki, sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o, ictimai həyata, necə deyərlər, əsaslı surətdə nüfuz edə bilmişdir. Mütəxəssislər alkoqolizmlə bağlı aşağıdakı məqamlara xüsusi diqqət yetirirlər:

  • sərxoşluq, alkoqolizm müxtəlif sosial qruplara xas olan hadisədir. Bir sıra ölkələrdə (məsələn, Rusiya, Ukrayna, Belorusiya və s.) həmin bəla hər iki cinsi (qadınları və kişiləri) əhatə edir. Respublikamızda bu, daha çox kişilərin həyat tərzi üçün səciyyəvidir.

  • alkoqolizmə meyllilik gənclər içərisində daha geniş yayılmışdır; bu, əmək intizamının pozulmasına, istehsal travmatizminə, ailələrin dağılmasına, qeyri-normal uşaqların doğulmasına, orta ömrün azalmasına səbəb olur.

  • son illərdə yeniyetmələr içərisində alkoqolizmə meylliliyin müəyyən əlamətləri müşahidə olunur. Bunu dövri mətbuatın, radio və televiziyanın müəyyən materialları aydın surətdə nümayiş etdirir.

Alkoqolizmə qarşı mübarizə çox ciddi problemdir. Bu iş sistemlilik tələb edir. Həmin prinsipin pozulması alkoqolizmə qarşı aparılan mübarizənin səmərəsini azaldır.
Alkoqolizmə qarşı təsirli, fəal mübarizə aparılmalıdır. Bunun başlıca yolları hansılardır?
Mütəxəssislərin fikrincə, ilk növbədə ailədən, yaşlılardan başlamaq lazımdır. F. Şereqinin tədqiqatları göstərir ki, alkoqoliklərin təxminən 1/3-i ilk dəfə spirtli içkini 10 yaşında, 2/3-si isə 11-15 yaşlarında dadmışdır. Artıq bu fakt sübut edir ki, alkoqolizm və sərxoşluq gənclərin hər hansı xüsusi submədəniyyətinin üzvi ünsürü deyildir. Aparılmış tədqiqatlar göstərir ki, gənclərin təxminən 40%-i qəti şəkildə qeyri-alkoqollu ənənələrə tərəfdar çıxır; yaşlılar içərisində isə belələri cəmi 15%-i təşkil edir.
Sağlam həyat tərzi normalarının reallaşdırılması işi kifayət qədər mükəmməl təşkil olunmur. Adamların bir qisminin ümumi mədəniyyətinin aşağı olması da həmin prosesə təsirsiz qalmır. Konkret vəzifələrin həllində bəsitlik, inzibati tədbirlərdən, amirlik metodlarından istifadə olunmasına meyllilik də son dərəcə mürəkkəb işə ancaq ziyan vurur. Spirtli içkilərin ən müyəssər mallar sırasında olması da ümumi sağlamlaşma prosesinə təsirsiz qalmır. Respublikaya müxtəlif ölkələrdən spirtin və spirtli içkilərin gətirilməsi üzərində ciddi nəzarətin olmaması da ciddi problemdir.
Alkoqolizm probleminin kompleks həlli həm sosial, həm də tibbi tədbirlərin birləşdirilməsini, hüquqi və əxlaqi tənzimetmə imkanlarının, inzibati səylərin fəallaşdırılmasını, antialkoqol təbliğatın səmərəli, konkret, təsirli təşkilini, insanın özünün məsuliyyətinin artırılmasını nəzərdə tutur.
Deviant davranışın ikinci qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssslərin fikrincə, XX əsrin 60-70ci illərindəki «özünüsakitləşdirmə» mühiti cəmiyyətdə narkomaniyanın getdikcə kəskinləşən sosial problemə çevrilməsinin başlıca səbəblərindən biridir2. Təhlil göstərir ki, narkomaniya hər hansı birlik hüdudlarına sığmır və əslində ən müxtəlif sosial qrupları əhatə edir. Bu bəla sosial-mənəvi cəhətdən xeyli adamı şikəst edir, antisosial davranışı və fəaliyyəti stimullaşdırır.
Narkomaniya məsələlərini xüsusi olaraq araşdıran A. A. Qabiani belə bir qənaətə gəlmişdir ki, narkomaniya başlıca olaraq şəhərlərdə yaşayan və 35-ə qədər yaşı olan kişilər içərisində daha geniş yayılmışdır. Xüsusi həyəcan doğuran cəhət ondan ibarətdir ki, onların təxminən 1/3-i 25 yaşına qədər olan gənclərdir. Narkomaniya daha çox şəhər problemi olsa da, narkotik vasitələrin istehlakı coğrafiyası genişlənərək, hətta ən uzaq kənd regionlarını da əhatə etmişdir.3
Narkotikləri qəbul edənlərin tərkibini araşdırdıqda məlum olur ki, onlar əsasən əvvəllər məhkum olunmuşlar - özü də narkomaniya ilə bağlı cinayətlər törətmiş şəxslərdir, habelə spirtli içkilərdən və ya narkotiklərdən istifadə edən ailələrdən olan şəxslər, psixi və ya əsəb xəstəlikləri olan şəxslərdir.
Ədəbiyyatda qeyd olunur ki, iqtisadi cinayətkarlıq yolunu tutmuş adamlar çoxdur, lakin onların çox az qismi cinayət məsuliyyətinə cəlb edilir. Keyfiyyətsiz məhsul buraxan müəssisələrin xeyli qismi statistik göstəricilərdə öz əksini tapmır; dövlət hesabat qaydasının təhrifləri, - gəlirlərin gizlədilməsi, vergi ödəməkdən yayınma halları da geniş yayılmışdır.4


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin