Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə18/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   14   15   16   17   18   19   20   21   ...   114
SOS KONSP 2021

Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi);

  • Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü);

  • Mənafe-ustanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz istiqamətini saxlayır);

  • Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi).

    Bu bir həqiqətdir ki, sosial vəziyyət dəyişir, yeniləşir. Yeniləşən vəziyyətdə insan öz mənafelərini, maraqlarını dəyişdirə bilmirsə, onda adaptasiya mexanizmləri fəaliyyətə başlayır, yəni insanı öz davranışını dəyişdirməyə məcbur edir.
    Tələbatların, sərvət yönümlərinin və mənafelərin qarşılıqlı təsiri sosial fəaliyyətin motivləşdirilməsi mexanizmi kimi başa düşülə bilər. Fəaliyyətin motivləri fəaliyyətə konkret daxili sövqedicilərdir, insanların şüurunda obyektiv tələbatların və mənafelərin əks olunmasıdır.
    Sosial davranışda fəaliyyətin zahiri təzahürü kimi insanın konkret mövqeyi, onun ustanovkası üzə çıxır. Konkret vəziyyətdə şəxsiyyətin, yaxud sosial qrupun müəyyən fəaliyyətə sosial cəhətdən şərtlənmiş meylliliyini ustanovka adlandırmaq olar. Elmi ədəbiyyatda şəxsiyyətin ustanovkalarının müxtəlif səviyyələrindən bəhs edirlər.
    Dörd səviyyəni səciyyələndirmək məqsədəuyğundur:
    Birinci səviyyə - elementar qeydəalma ustanovkaları. Bunlar fəaliyyətə hazırlığı ifadə edir.
    İkinci səviyyə-sosial obyektlərin və vəziyyətlərin qiymətləndirilməsi zəminində meydana gələn sosial ustanovkalar. Bunları çox vaxt «vəziyyət ustanovkaları» adlandırırlar.
    Üçüncü səviyyə - sosial fəaliyyət sferalarında şəxsiyyətin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən ustanovkalar. Bunları adətən «sərvət yönümləri ustanovkaları» adlandırırlar.
    Dördüncü səviyyə - həyat fəaliyyətinin məqsədləri və onların reallaşdırılması üçün müəyyən vasitələrdən istifadə olunması baxımından şəxsiyyətin fəaliyyətinin istiqamətini müəyyən edən ustanovkalar. Bunları çox vaxt «mənafe ustanovkaları» adlandırırlar.
    Ustanovkaların qeyd edilən dörd səviyyəsinə uyğun olaraq, şəxsiyyətin sosial davranışının dörd səviyyəsindən bəhs etmək olar:

    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin