Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 5. ŞƏXSİYYƏT SOSİAL SİSTEMDİR



Yüklə 1,1 Mb.
səhifə14/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   10   11   12   13   14   15   16   17   ...   114
SOS KONSP 2021

MÖVZU № 5. ŞƏXSİYYƏT SOSİAL SİSTEMDİR.

PLAN:

  1. Şəxsiyyət anlayışı

  2. Şəxsiyyətin sosiallaşması və onun mərhələləri

  3. Şəxsiyyətin sosial fəaliyyət mexanizimləri


Şəxsiyyət anlayışı

İnsan sadəcə olaraq sosial sistemin ünsürü deyildir; o həm də mürəkkəb struktura malik olan sistemdir. Ona görə də şəxsiyyət problemi onu bir tam, bir sistem kimi açıqlamağa imkan verən, müxtəlif elm sahələrində çalışan mütəxəssislərin səylərini fəal şəkildə birləşdirməyi zərurətə çevirən geniş kontekstdə öyrənilməlidir. Bu bir həqiqətdir ki, müxtəlif bilik sahələrinin hər biri həmin problemə öz predmetinə uyğun surətdə müraciət edir. Şəxsiyyətə bir sosial sistem kimi yanaşan sosiologiya başlıca diqqəti onun təşəkkülü və inkişafının sosial qanunauyğunluqları, həmin qanunauyğunluqların təzahür xüsusiyyətləri üzərində cəmləşdirir. Şəxsiyyət probleminin sosiologiyadakı əhəmiyyətini bundan görmək olar ki, bütöv bir sahə - şəxsiyyətin sosiologiyası təşəkkül tapmışdır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə şəxsiyyətin sosiologiyasının mövcudluğu bir çoxları tərəfindən ancaq Qərbin təsiri kimi qiymətləndirilirdi.
Şəxsiyyət anlayışının özünü dəqiqləşdirməyə ehtiyac vardır. Elmi ədəbiyyatda bu barədə çox müxtəlif mülahizələr söylənilsə də, onları əsasən iki qrupda birləşdirmək olar.
Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insanın şüuruna və fəaliyyətinə aid olan müsbət keyfiyyətlərlə əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi cəhətdən normal olmağı, bəziləri yüksək mənəviyyatı, şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini, baxışların müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib normalar hesab edirlər. Məsələyə bu cür yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir qismini şəxsiyyət kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən yaranması faktına uyğun gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə öyrənilməsi işinə lüzumsuz çətinliklər əlavə edir. Bu cür yanaşma əslində normativ əlamətlər əsasında insan və şəxsiyyət anlayışlarını nisbətən kəskin hədlərlə bir-birindən ayırır. Burada xatırlatmaq yerinə düşər ki, hüquq nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin