Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə11/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   7   8   9   10   11   12   13   14   ...   114
SOS KONSP 2021

2. Cəmiyyətin strukturu


Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər:

  1. sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir;

  2. sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial

rollarının (funksiyalarının) məcmusudur;

  1. mədəniyyət - fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların

məcmusudur.
Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s.); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik qruplar); sosial-əmək birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir. Müxtəlif subyektlər arasındakı sosial qarşılıqlı təsir insanlar arasında, onlarla xarici mühit arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial münasibətlərin əsasını təşkil edir. İstənilən sosial birlik, cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın təşkilinin, tənzimlənməsinin spesifık sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi mənafelərini əlaqələndirmək, stabil inkişafı təmin etmək mexanizmləridir. Münaqişəli situasiyaların çoxluğu, dərinləşməsi sosial institutların səmərəli işləmədiyini göstərir, onların yeniləşməsini və ictimai tələbatlara uyğunlaşdırılmasını zərurətə çevirir.
Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağın etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial təşkilatlar müəyyən sosial sistem hüdudlarında fərdlərin, sosial birliklərin, qrupların, təbəqələrin fəaliyyətini inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatların çox mühüm xüsusiyyəti onların ünsürləri arasında iyerarxik əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli təyinatı olan piramidayabənzər sosial sistemlərdir. Onların fəaliyyəti əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində rəhbərlik - tabelikdə olanlar arasında spesifık münasibətlər qərarlaşır. Sosial təşkilatlarda ayrı-ayn fərdlərin, qrupların spesifık xüsusiyyətlərə malik olan fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin reallaşdırılmasını təmin edir.
Aydın məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan olmalıdır ki, sosial statusların və rolların bölgüsü, fərdlərin, qrupların birgə fəaliyyəti təmin edilsin. Təşkilati-hakimiyyət strukturları kollektivin daxili həyatına və əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın sosial statusları və rolları nəzərdə tutan formal strukturu rəhbərlər - tabelikdə olanlar xətti üzrə əmək bölgüsünü həyata keçirir, işçilərin fəaliyyətini optimallaşdırmağa səy göstərir. Lakin ən sərt təşkilati münasibətlər şəraitində də şəxsiyyətlərarası və qruplararası münasibətlərin müəyyən spesifikası təzahür edir; belə münasibətlərin əsasını sosial-psixoloji amillər təşkil edir. Ona görə də kollektivlərdə qeyri-formal qrupların, liderlərin, spesifik submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamları artır.
Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanların praktik fəaliyyətində təsbit olunmuş sosial normaların və dəyərlərin sistemi kimi müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar əsasən sosial fenomendir. Məhz normalar çox müxtəlif prosesləri nizamlayır, başlıca olaraq onların inteqrasiyası funksiyasını yerinə yetirir. İnkişaf etmiş cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, digər normaların, o cümlədən əxlaqi normaların əhənıiyyətini kiçiltməyə əsas vermir. Dəyərlər sosial və mədəni sistemlərin başlıca əlaqələndirici həlqəsidir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin