M. Veberin nəzəriyyəsi Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onları törədən mülkiyyət münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət gəlir, hakimiyyət və nüfuz kimi meyarlara görə ayrılan insan qrupları kimi özünü göstərən müxtəlif ünsürlərdən ibarətdir.
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür:
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji.
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxarıda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin əlaqələrin zahiri və təsadüfi xarakter daşıması haqqında fikrə gətirib çıxarır.
3. Struktur-funksional təhlil(T. Parsons, R. Merton, E. Şilz və b.)
T. Parsonsun fıkrincə, sosial struktur fərdlərin sosial davranış normaları, sosial mövqeləri və yerinə yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirinin nəticəsidir. Başqa sözlə, cəmiyyətin bütövlüyü və vəhdəti fərdlər tərəfındən ümumi yüksək dəyərlərin anlamalarının yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə statuslar sistemi kimi çıxış edir.
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem dörd struktur iyerarxiyadan ibarətdir:
ilkin pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səciyyələnir;
idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı təsiri tənzim edilir və bu pillə strukturun
xarici vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir;
institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarını, inzibati və bələdiyyə orqanlarını və s. əhatə edir;
cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxıldir.
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil olduğu hər cür sosial münasibətlərin ümumi məcmusundan ibarətdir10. Onun fıkrincə, sosial struktur sosial sistemin qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı nümayəndələri sözügedən müəllifin bu barədəki mövqeyini təshih edərək göstərirlər ki, «struktur prinsipləri» reallıq olmayıb, abstraksiyalardır və buna görə də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə tətbiq oluna bilər.
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin əsası kimi götürür. O, aşağıdakı struktur növləri irəli sürür:
böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur;
ehtimal olunan struktur. Burada müəyyən resurslara, güzəştlərə və dəyərlərə malik olmağın müxtəlif
imkanlar iyerarxiyası əhatə olunur;
ideal struktur - «ictimai rəyin vəziyyəti». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər» cəmiyyətdə aparıcı rol oynayır. Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial məna kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir.