Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə28/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   24   25   26   27   28   29   30   31   ...   114
SOS KONSP 2021

3. Sosial stratifikasiya


Yuxarıda qısa şəkildə olsa da, cəmiyyətin «sosial strukturu» anlayışına münasibətdə özünü göstərən əsas sinfı yanaşmalar qeyd olundu. Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifıkasiya anlayışı və nəzəriyyəsi də onlarla əlaqəlidir. Bu anlayış cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər sistemini əhatə edir.
Stratifıkasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif süxurların şaquli yerləşməsini bildirir) gətirilmişdir.
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə» anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir - diferensiasiya və stratifıkasiya.
«Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir.
«Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifıkasiya» bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir. Biz bu termindən cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik. Stratifikasiyanın tarixi tipləri aşağıdakılardır:
a) quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər.
Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, lakin müasir industrial cəmiyyətin sosial stukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas səhmdarların istehsalın idarə edilməsindən kənarlaşdırılması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə əvəz edilməlidir.
Bu nəzəriyyəyə görə, hər strata təqribən eyni gəliri, səlahiyyəti, təhsil və nüfuzu olan insanlar daxildir. Cəmiyyətdə yuxarıdan aşağıya doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamların stratları yerləşir.
Sosioloqların müəyyən bir qrupu belə hesab edir ki, sosial stratifikasiya təlimi müəyyən tarixi zaman ərzində cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin iyerarxiyalı təşkil olunmuş strukturunu daha dolğun əks etdirir. Adi təbəqələşmə ilə müqayisədə sosial stratifikasiya iki fərqli cəhəti ilə seçilir. Birincisi, stratifikasiya dərəcəyə görə təbəqələşmə ilə xarakterikdir. Belə ki, yuxarı təbəqələr aşağı təbəqələrdən (sərvətlərə sahibolma münasibətində və ya mükafatların alınması imkanları ilə müqayisədə) daha imtiyazlı vəziyyətdədirlər. İkincisi, yuxarı təbəqələrin cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir.
Beləliklə, sosial stratifıkasiya şaquli qaydada yerləşmiş sosial təbəqələrin məcmusudur. Burada sosial təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyarı üzrə yerləşmişdir. Strat stratifıkasiyanın dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanların sosial təbəqəsidir.
Sosioloji ədəbiyyatda stratifikasiyanın müxtəlif meyarları əsaslandırılır. Alman sosioloqu R. Darendorf sosial stratifikasiya üçün başlıca meyar «nüfuz» anlayışını hesab edirdi. Amerika sosioloqu B. Barber cəmiyyətin stratifıkasiyasını gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarların əsas götürülməsini təklif etmişdir.
P. Sorokinin sosial stratifıkasiya ilə bağlı fıkirləri də maraq doğurur. O, sosial stratifıkasiyanın üç müxtəlif növünü fərqləndirir: iqtisadi, siyasi və peşə.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin