Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar



Yüklə 1,1 Mb.
səhifə30/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   26   27   28   29   30   31   32   33   ...   114
SOS KONSP 2021

Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar:

  1. Yuxarı sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda aparıcı yerləri tutan elita, bankların, tikinti, hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri).

  2. Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar, professorlar və s.).

  3. Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında).

  4. Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qarışıq və xüsusi müəssisələrdə çalışanlar və s.

Aşağı sinif (mülkiyyətə sahib olmayanlar, işsizlər, yoxsullar və s.).
Müəssisələrin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin təbəqələşməsini, bununla da sosial bərabərsizlik problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin əməyin peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına əsaslanan sosial-peşə strukturunda da mövcuddur. Azərbaycanın indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və zəif inkişaf etmiş sahələrə kəskin ayrılması burada çalışan işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyən edir. Bu, aqrar bölmənin işçiləri ilə neftqaz sənayesində çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin əmək haqqı arasındakı fərqi müqayisə etdikdə daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin sosial bərabərliyinin əvvəlki anlamı utopiya olardı. Lakin əhalinin əksəriyyəti hələ də yeni şəraitdə müasir stimullaşdırma sisteminin fəaliyyətdə olması faktını lazımınca qəbul etmək istəmir.
Keçid dövründə cəmiyyətin bəzi sosial qruplarının hüquqlarının pozulması hesabına öz maraqlarını ictimai marağa qarşı qoymağa çalışan eqoizm qrupu formalaşır. Bu, cəmiyyətin sosial strukturunda mütərəqqi dəyişikliklərin baş verməsi yolunda ciddi maneəyə çevrilməkdədir. Belə vəziyyətdə bu və ya digər sosial qrupa mənsubluq vətəndaşlıq maraqları ilə deyil, utilitar maraqlarla müəyyən edilir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin