Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə32/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   28   29   30   31   32   33   34   35   ...   114
SOS KONSP 2021

Şərti qrup - aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir. Şərti qruplar dedikdə, bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə görə ayırd edilən insanlar nəzərdə tutulur. Belə əlamətlərə fərdin cinsi, yaşı, peşəsi, təhsil səviyyəsi, gəlir dərəcəsi və s. aiddir. Bu qrupa daxil olan insanlar lazım gəldikdə bir-birini müdafiə edə bilirlər (məsələn, sürücü həmrəyliyi).
Real qrup - real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. Real qruplar arasında böyük və kiçik sosial qruplar fərqləndirilir.
Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında əlaqələrin vasitəsiz baş verməsi mümkün deyildir. Böyük qruplara adətən siniflər, sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, gənclər, idman və s. ittifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən yarana bilər (məs., kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.). Təşkil olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı prosesində əmələ gələn sabit yaranmanı (məs., siniflər, etnoslar və s.) təmsil edir.
Kiçik qrup - tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-ədək adam). Belə qrupların üzvləri bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olurlar. Kiçik qrupları həmçinin kontakt qrupları da adlandırırlar. Sosiologiyada kiçik qrupların aşağıdakı təsnifatı qəbul olunmuşdur: 1) formal və qeyri-formal; 2) ilkin və təkrar; 3) üzvlük qrupu.
Formal qrupda üzvlərin vəziyyəti və davranışı rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə qruplarını göstərmək olar. Çünki burada həm miqdar, həm quruluş, həm funksiyalar, həm tədris prosesi və həm də formal liderlik (qrup nümayəndəsi) ali məktəbin qaydalarına əsasən nizamlanır. Formal qrupun xarakter xüsusiyyəti ondan ibarətdir ki, şəxslərarası münasibətlər rəsmi çərçivə daxilində təşəkkül tapır. Bu münasibətlər üstünlük vermə və maraq qarşılıqlı rəğbət əsasında qurulanda qeyri-formal qrup yaranır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin