Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə18/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   14   15   16   17   18   19   20   21   ...   82
Audit yeni

7. BАS 700"Mаliyyə hesаbаtı üzrə аuditоrun hesаbаtı (rəyi)" stаndаrtınа görə rəydə hansı maliyyə hesabatı­nın yoxlandıüı və onların qəbul edilmiş mühasibat uçotu qaydalarına uyğun tərtib edilməsi göstəril­məlidir. Bu standartın tələbini gözləmək üçün auditor maliyyə hesa­bat­larını ciddi təhlil etməli və aşağıdakıları müəyyən etməlidir: onla­rın mühasibat uçotu qaydalarına uyğun tərtib edildiyini; həmin sə­nəd­lərin yoxlanılan müəssisənin fəaliyyətini tam əhatə etdiyini; maliyyə hesa­batlarının bütün tərəflərinin tam açıqlandıüını; maliyyə hesa­ba­tının müxtəlif elementləri­nin lazımi dərəcədə qiymətlən­diril­di­yini, yoxlanıl­dıüını və təqdim edildiyini.
8. Hesabatda əvvəlki dövrlə müqayisədə audit olunan cari dövr ərzində mühasibat uçotunun fasiləsiz aparılmasının müəyyən olun­muş təlimat və qaydala­rına riayət olunub-olunmaması haqda mütləq qeyd edilməlidir.
9. Maliyyə hesabatlarında verilən məlumatlar o halda kifa­yət­edici və dürüst hesab olunur ki, auditor rəyində başqa mövqe əks olunmasın.
10. Hesabat bütövlükdə maliyyə hesabatları ilə baülı nəticəni əks etdirməlidir və ya auditor rəyinin verilməsini mümkünsüz edən səbəblər göstərilməlidir.Əgər maliyyə hesabatlarında rast gəlinən səhvlərlə baülı auditor və yoxlanılan müəssisənin rəhbərliyi arasında fikir ayrılıüı olarsa, auditor mütləq bunu öz hesabatın­da əks etdirməlidir.
Beynəlхаlq audit standartları ilə yanaşı firmadaxili audit standartları da mövcuddur. Bu audit standartları auditor təşkilatları tərəfindən auditor yoxlaması aparılarkən vahid tələbatı təmin etməklə aşağıdakıları özündə əks etdirir:
- razılaşmanın məqsədinin müəyyən edilməsini
- biznesin icmalını və xülasəsini
- mümkün riskin qiymətini
- аudit strategiyasını işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi
- аuditor yoxlamasının strategiyasını müəyyən edilməsi
- nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi
- müstəqil tədqiqat planını
- müstəqil tətqiqatı
- auditor yoxlamasının yekunlaşdırılması
- rəyin təqdim edilməsini.

Ədəbiyyat siyahısı



  1. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).

  2. Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007

  3. Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007

  4. Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414

  5. Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414

  6. “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.

  7. “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986

  8. Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007

  9. Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.

  10. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.

  11. Namazova C.B. Audit. Bakı. CBS. 2012

MÖVZU 3. DAXILI NƏZARƏT VƏ АUDITIN TƏŞKILI SİSTEMİ.AUDİTOR


FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI
PLAN:

  1. Dахili nəzаrət sistemi

  2. Аuditin plаnlаşdırılmаsı.

  3. Audit riski və оnun qiymətləndirilməsi metоdlаrı




  1. Daxili nəzarət sistemi

BAS 315”-ə əsasən daxili nəzarət sistemi 315) Müəssisənin səmərəli şəkildə idarə olunması üçün daxili nəzarət çox vacibdir.
DNS-nin səmərəlili təşkil edilərsə onda müştərinin informasiyasına kifayət dərəcədə etibar etmək və auditor işinin həcmini ixtisar etmək mümkündür. Bu məqsədlə, auditor, aşağıdakıları müəyyənləşdirmək üçün mühasibat uçоtu və daxili nəzarət sisteminin yoxlamasını aparır:
1. Əməliyyatların mövcudluğunu (əməliyyatın həyata keçirilməsi üçün icazə səlahiyyəti çatan şəxs tərəfindən verilmişdir).
2. Qeydlərin tamlığını (baş verən bütün əməliyyatlar qeydlərdə öz əksini tapmışdır).
3. Qiymətləndirmənin düzgünlüyü (əməliyyat düzgün qiymətləndirilmişdir).
4. Hesablamaların və köçürmələrin dürüstlüyünü (əməliyyatlar əsasında düzgün köçürmələr aparılmış, qeydlər uçоt kitablarında qeydə alınmış, yekun dürüst hesablanmışdır).
Bundan başqa auditora DNS-nin quruluşunu təşkil edən aşağıdakı elementlərlə yaxından tanış olmaq vacibdir:
a) həmin müəssisədə rəhbərliyin iş sistemi ilə;
b) idarəetmənin təşkilat strukturu ilə;
v) hüquq və vəzifələrin qulluqçuların nəzərinə çatdırılması ilə;
q) rəhbərlik tərəfindən istifadə olunan nəzarət metodları ilə;
d) daxili auditin funksiyaları ilə;
e) kadr siyasəti ilə.
Daxili nəzarət sistemi (DNS) müəssisələrdə saxtakarlıq və xəta risklərini azaltmaq, müəssisənin fəaliyyətini real iş diapazonu çərçivəsində saxlamaq üçün həmin müəssisənin fəaliyyətinin, işinin və aktivlərinin istiqamətləndirilməsi, nəzarət altında saxlanılması və qorunması deməkdir. Müəssisədə aparılan əməliyyatları ətraflı yoxlamamışdan əvvəl auditor həmin müəssisənin daxili nəzarət sistemini gözdən keçirməlidir. Bu təhlil əsasında auditor müxtəlif prosedurların və sistemlərin etibarlılıq dərəcəsini müəyyənləşdirə bilər. Bu öz növbəsində tətbiq edilən audit yoxlamalarının mahiyyətini, vaxtını və miqyasını da müəyyənləşdirir. Bu proses aşağıda verilən kateqoriyalara uyğun məqsədlərə nail olmaq üçün əsaslı zəmanət verir:

  • əməliyyatın effektivliyi və səmərəliliyi (idarəetmə siyasətinə sadiq qalmaqla, aktivləri və qeydiyyat sənədlərini qorumaqla);

  • maliyyə hesabatlarının etibarlılığı;

  • müvafiq qanun və qaydalara uyğunluq

. Auditlə bağlı daxili nəzarət öhdəliklərinə aşağıdakılar aiddir:
a) saxtakarlıq, xəta, itki və səmərəsizliyin qarşısının alınması (daxili nəzarət itki, saxtakarlıq, işçi heyətinin diqqətsizliyi və yanğın, zəlzələ, ixtişaşlar kimi gözlənilməz hallar səbəbindən baş verə biləcək zərərlərə nəzarət edilməsini özündə birləşdirir.);
b) qayydalarla bağlı qərarlara dəqiqlik gətirən bütün yazılışların, məlumat və hesabatların maksimum dəqiqliyi;
c) etibarlılıq dərəcəsini müəyyən etməkdə auditorlara imkan yaratmaq üçün onları müxtəlif sistemlərə yerləşdirmək (bu, auditorlara maliyyə hesabatlarının düzgün, həqiqi və ədalətli olmasını qiymətləndirməkdə kömək edəcək);
d) düzgün addımın atılması üçün rəhbərliyi daxili nəzarətdə olan çatışmazlıqlarla bağlı məlumatlandırmaq;
e) auditi planlaşdırma imkanı (Daxili nəzarət metodlarını öyrənmək auditora müvafiq şəkildə auditi planlaşdırmaq və yerinə yetiriləcək yoxlamaların mahiyyətini, vaxtını və miqyasını müəyyən etmək imkanı verir).
Auditi planlaşdırarkən auditor daxili nəzarət sistemin müxtəlif komponentlərini bilməlidir. Bununla o: a) yanlış hesabatların mümkün növlərini müəyyənləşdirəcək; b) yanlış hesabat təhlükəsi yaradan faktorları nəzərə alacaq; c) səmərəli substantiv yoxlanışlar həyata keçirəcək.
Daxili nəzarət sisteminin 5 komponentini qeyd etmək olar :

  • nəzarət mühiti (rəhbərliyin səmimiyyəti və etik dəyərləri, müvafiq sənədlərin nəzərdən keçirilməsi, rəhbərlik və işçilərin sorğulanması, kompetentlik, rəhbərliyin informasiyanın işlənməsinə, mühasibat funksiyalarına və işçi heyətinə olan münasibəti);

  • müəssisədə risklərin qiymətləndirilməsi prosesi;

  • maliyyə hesabatları və kommunikasiya ilə əlaqəli biznes proseslərinin də daxil olduğu informasiya sistemi;

  • auditə uyğun nəzarət fəaliyyətləri;

  • nəzarət sistemlərinin monitorinqi (daxili nəzarət fəaliyyətinin effektivliliyinin müəyyən müddət ərzində dəyərləndirməsi prosesi).

Müəssisənin risk qiymətləndirmə prosesi aşağıdakılarə əhatə edir: biznes riskinin müəyyən edilməsi; riskin əhəmiyyətliliyini qiymətləndirmək; risklərin yaranma ehtimalını dəyərləndirmək; onların qarşısının alınması üzrə qərarlar
Əhəmiyyətli risklərin dəyərləndirilməsi prosesi, onların başvermə ehtimalının qiymətləndirilməsi və bu riskləri aradan qaldırmaqla bağlı qərarlar aşağıdakı nümunədə izah edək.
Nümunə. Daxili nəzarəti yoxlayarkən auditorlar 750 satış əməliyyatının 100-ündə eyni əməliyyatın iki dəfə işləndiyini aşkar etdilər. Bu, daxili nəzarətin zəifliyini və eyni zamanda, satışlar barədə şişirdilmiş hesabat riskinin mövcud olduğunu göstərirdi. Auditor satışlar barədə şişirdilmiş hesabat verilmədiyindən əmin olmaq üçün yoxlama nümunələrinin sayını artırmaq qərarına gəldi və bununla da maliyyə hesabatlarının düzgün və ədalətli olmasına dair əminlik səviyyəsini artırdı.
Substantiv prosedurlar təsdiqetmə səviyyəsində hesabatlarda olan səhvləri aşkar etmək üçün hazırlanan audit prosedurlarıdır. Substantiv prosedurlar (və ya substantiv yoxlamalar) əməliyyatların növlərini qeyd etməklə, hesab balanslarının dəqiqliyi, doğruluğu və bütövlüyü ilə bağlı sübutlar əldə etməklə auditor tərəfindən həyata keçirilən fəaliyyətlərdir. Auditor aşağıdakı amillər üçün substantiv prosedurlar hazırlayıb yerinə yetirməlidir:

  • hər bir əməliyyatın maddi dəyəri;

  • hesablar üzrlə qalıqlar (məsələn, debitor borcları ilə bağlı hesablar, kreditor borcları ilə bağlı hesablar, mal-material ehtiyatı, uzunmüddətli aktivlər, istiqrazlar, səhm kapitalı)

  • açıqlamalar (məsələn, müəssisənin uçot siyasətinə riayət etmə ilə bağlı açıqlamalar)

Substantiv prosedurlara aşağıdakılar daxildir:
a) analitik prosedurlar;
b) detallar üzrə yoxlamalar (əməliyyat növlərinin, hesablar üzrə qalıqların və açıqlamaların yoxlanması).
Analitik prosedurlara əhəmiyyətli nisbətlərin və fikirlərin analizi, eyni zamanda, məlumatların ötənilki göstəricilərlə müqayisəsi daxildir. Buraya, həmçinin qeyri-sabit münasibətlərin və müəyyən nəticəyə səbəb olan tərəddüdlərin araşdırılması da daxildir. Analitik prosedurlar adətən detallar üzrə yoxlamalara nisbətən az səmərəli hesab olunur və onlardan mahiyyəti üzrə metodlar kimi istifadə edilir.
Detallar üzrə yoxlamalar əməliyyatlar və balanslar üçün həyata keçirilir. Detallar üzrə yoxlamalar hesablarla bağlı son nəticəyə nail olmaq məqsədilə fərdi borclar və kreditlərlə əlaqəli sübutlar əldə edən yoxlamalardır. Yoxlamalar əməliyyatları izləmək və yazılışları təsdiq etmək yolu ilə aparılır.
Qalıqlarla bağlı detallar Bu yoxlamalar dövrün sonuna olan yekun qalıqların dəqiqliyi ilə bağlı sübutları təmin edir. Məsələn, debitor borcları hesabı üzrə qalıqlar, kreditor borcları hesabı üzrə qalıqlar bu cür yoxlamalara aiddir.
Maliyyə hesabatları ilə bağlı subtantiv prosedurlar ilin son prosesidir. İlin sonunda maliyyə hesabatları ilə bağlı substantiv prosedurlara aşağıdakılar aiddir:

  • maliyyə hesabatları ilə mühasibat yazılışlarının üzləşdirilməsi (məs., təchizatçının fərdi ledceri ilə təchizatçılara nəzarət ledcerini; müştərinin fərdi ledceri ilə debitor borclarının nəzarət ledcerini; bank hesabları ilə bağlı üzləşdirmə hesabatlarını; mal-material ehtiyatları ledcerini mal-material ehtiyatları üzrə yekun hesabatla; maliyyə hesabatlarında olan yekun əsas vəsaitlər ilə bu aktivlər üzrə jurnalı.

  • yekunlaşdırma dövründə hazırlanan əhəmiyyətli jurnal yazılışlarını və digər düzəliş yazılışlarının yoxlanışı (məs., uzunmüddətli aktivlərin amortizasiyası üzrə jurnal vauçeri; dilerlərə ödənilməli olan dövriyyə üzrə güzəştlər üçün jurnal vauçeri; şübhəli borclarla bağlı qiymətləndirilmiş öhdəlik üzrə jurnal vauçeri; ümidsiz borclar üzrə jurnal vauçeri; satılmayan, yaxud az satılan mal-material ehtiyatı ilə bağlı qiymətləndirilmiş öhdəlik üzrə jurnal vauçeri).

Nəzarət yoxlanışları müddəalar səviyyəsində hesabatlarda olan əhəmiyyətli təhrifləri aşkarlamaq, düzəltmək və qarşısını almaq üçün tələb edilən yoxlamalardır.



Ümidsiz borcların miqdarı ilə bağlı yanlış məlumatları aşkar etmək üçün lazımi nəzarət yoxlamalar

Ümidsiz borcların olduğunu sübut edən təsdiq sənədləri debitor hesabları və əlavə sübut göstərən digər hesabatlarla uyğun olmalıdır

Yanlış hesabatların qarşısını almaq üçün zəruri olan nəzarət yoxlanışları

Vəzifə bölgüsü satış sifarişlərini qəbul edən satıcı, qaimələri hazırlayan satış icraçısı, çekləri toplayan kassir və debitor borcları üzrə ledceri idarə edən icraçı mühasib arasında olur. Bu cür vəzifə bölgüsü gəlirlərlə bağlı hesabatdakı yanlışlıqların qarşısını alacaq.

Hesabatlardakı yanlışlığı düzəltmək üçün zəruri olan nəzarət yoxlanışları

Bank hesbalarının üzləşdirməsini hazırlamaq bank əməliyyatları ilə bağlı maliyyə hesabatlarında olan təhriflərin aradan qaldırılmasını təmin edir.

Auditorlar adətən hesablar üzrə qalıqlar və əməliyyat növlərinin tamlığı, etibarlılığı və dəqiqliyinə dair sübutlar toplayırlar.


Substantiv prosedurların nəzarət yoxlanışlarından fərqi aşağıdakılardır
• Substantiv prosedurlar müddəalar səviyyəsində maliyyə hesabatlarında olan təhrifləri aşkar etmək üçün hazırlanmış audit prosedurlarıdır. Nəzarət yoxlanışları isə müddəalar səviyyəsində olan maliyyə hesabatlarındakı təhrifləri aşkar etmək, qarşısını almaq və düzəltmək üçün lazım olan nəzarət mexanizmlərinin effektivliliyi ilə bağlı audit sübutu əldə etmək üçün hazırlanmış yoxlamalardır (məsələn, nəzarət yoxlanışları daxili nəzarət prosedurlarının müvafiq formada aparılmasına və bu nəzarətlərin lazımi şəkildə idarə olunmasına dair audit sübutu verir).
• Substantiv prosedurlar sistemlə bağlı məqsədlərə nail olunub-olunmamasını birbaşa təyin etmək üçün yaradılmışdır. Nəzarət yoxlamaları diqqəti bu yoxlamaların necə tətbiq olunması, onların tətbiq olunma ardıcıllığı, eləcə də onların kim tərəfindən və necə tətbiq olunması üzərində cəmləşdirir.
• Nəzarət üzrə yoxlamalarla substantiv prosedurlar arasında olan əlaqə əməliyyatların müvafiq şəkildə icra edilib-edilməməsini, nəticələrin dəqiqliyi barədə auditorların rəy bildirməsi üçün substantiv prosedurların azaldılmasının vacib olub-olmamasını özündə əks etdirir. Lakin nəzarət üzrə dəyərləndirmələrin etibarlılığını sübut etmək üçün substantiv prosedurların bəziləri çox mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, nəzarət effektiv olduqda auditorlar hesablar üzrə qalıqlar və əməliyyat növlərinin tamlığı, etibarlılığı və dəqiqliyinə dair sübutların sayını azaldırlar. Auditor “BAS 265”-in “Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetməyə məsul şəxslərə və rəhbərliyə bildirilməsi” standartına əasasən, daxili nəzarətdə olan əhəmiyyətli çatışmazlıqlar barədə müdriyyət tərəfindən səlahiyyət almış şəxsləri və rəhbərliyi məmatlandırmalıdır.



  1. Аuditin plаnlаşdırılmаsı

Auditstrategiyası auditinhəcmini, vaxtını və istiqamətinimüəyyənedirvə dahatəfərrüatlı audit planının işlənməsinə bələdçilik edir. Ümumi audit strategiyası hazırlanıb bitdikdən sonar hər bir fərdi audit məqsədinə və onun hansı yolla ən yaxşı formada qarşıya qoyulmasına ətraflı diqqət yetirilməlidir.
Audit əmək tutumlu fəaliyyətdir və buna görə də icbari auditor vəzifəsini icra etməklə yanaşı xərcləri minimuma endirmək üçün auditorların hər bir audit tapşırığına sərf etdikləri vaxta lazımi nəzarət edilməlidir. Auditi planlaşdırmanın əsas məqsədi auditin effektiv və səmərəli həyata keçirilməsini təmin etməkdir.Auditor auditi elə planlaşdırmalıdır ki, audit tapşırığı effektiv şəkildə həyata keçirilsin.
Təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının auditi planlaşdırılan zaman auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiq edilən normalar “Maliyyə hesabatlarının auditinin planlaşdırılması» BАS 300 ilə müəyyən edilir. Auditor planını və proqramını hazırlayarkən auditor iqtisadi subyekt haqqında ilkin biliklərə və keçirilmiş analitik prosedurlarının nəticələrinə istinad etməlidir.
Planlaşdırma auditora işi effektiv formada həyata keçirməkdə kömək edir və aşağıdakı məqsədlərə xidmət edir:

  1. Daha çox diqqət tələb edən mühüm sahələrin müəyyən edilməsi;

Bu məqsədlə audit planlaşdırmasında auditor iqtisadi subyekt və onun daxili nəzarət sistemi də daxil olmaqla müəssisənin mühiti barədə biliklər əldə edir. Auditorlar həm də əhəmiyyətli əməliyyatlar və daha çox diqqət tələb edən sahələri müəyyən edirlər (BAS 320 “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”). Auditin planlaşdırılmasında auditorlar hansı işi kimə və hansı miqyasda ayırmaqla bağlı qərar qəbul edirlər. Onlar müəyyən sahə üçün ayrılacaq günlərin sayını da müəyyən edirlər. Auditor audit və maliyyə hesabatlarına təsir göstərən potensial riskləri müəyyən edir.

  1. Audit və maliyyə hesabatlarına təsir göstərən potensial risklərin müəyyən olunması.

  2. Effektiv audit işini səmərəli şəkildə və vaxtında həyata keçirməklə bağlı planlaşdırma (auditin hər bir bölməsi üçün tələb olunan vaxt qiymətləndirilməli və audit personalının müvafiq dərəcəsi müəyyən edilməli, müştəri tərəfindən əlavə məlumatların təqdim edilməsi gözlənilən tarixlərdən və auditin müxtəlif bölmələrinin tamamlanmalı olduğu tarixlərdən ibarət olan təfərrüatlı audit cədvəli hazırlanmalıdır).

  3. Köməkçilər üçün işi elə ayırmaq lazımdır ki, onların əməyindən ən yaxşı formada istifadə edilsin.

  4. Ekspertlərə və başqalarının gördüyü işin koordinasiyasına olan tələbat;

  5. Audit prosedurlarının mahiyyəti, vaxtı və miqyasının müəyyən olunması

Auditor təşkilatının audit planlaşdırılması aşağıdakı əsas mərhələlərdən ibarətdir:
- auditin əvvəlcədən planlaşdırılması
- auditin ümumi planının hazırlanması
- auditin proqramının hazırlanması və tərtib edilməsi.
Adətən planlaşdırmaya aşağıdakılar daxil edilir:
Ÿ qrafiklərin hazırlanması;
Ÿ auditin aparılması müddətinin müəyyən edilməsi və onun müştəri ilə müzаkirə edilməsi;
Ÿ icra komandasının üzvlərinin təlimatlandırılması;
Ÿ müştərinin bölmələri ilə əlaqələrin təşkili;
Ÿ auditin strategiyası və auditə hazırlıqla bağlı müştəri ilə müzakirə.
Auditor yoxlaması zamanı auditin planına və proqramına korrektə edilə bi­lər. Onların məzmununda edilmiş ciddi dəyişikliklər sənədlə təsdiqlənməlidir. Аuditin plаnının və prоqrаmının оperаtiv qаydаdа dəqiqləş­diri­lməsi оnun vаcib istiqаmətlərinə lаzımı diqqətin veril­mə­si­ni, аudit prоsesində yаrаnmış prоblemin оperаtiv həll оlunmаsını, digər аuditоr və ekspertlər tərəfindən yerinə yetirilmiş işlərə düzəliş edil­mə­sini təmin edir ki, nəticədə аudit vахtındа və keyfiyyətli аpаrılır.
Auditor proqramı audit yoxlaması planının daha da dəqiqləşdirmək üçün zəruridir. Audit proqramı auditor planının inkişafıdır və o özündə hər bir konkret yoxlama üçün vacib olan auditor əməliyyatlarının siyahısını əks etdirir. Auditor proqramı özündə auditin aparılması üzrə auditin tapşırıqlarını əks etdirir. Bu məsələlər BAS 210 “Audit tapşırığı şərtlərinin razılaşdırılması ” standartı ilə tənzimlənir. Auditor yoxlaması proqramının aşağıdakı iki növü vardır:

  1. Müəssisənin daxili nəzarət sisteminin fəaliyyət göstərməsi haqqında informasiyaların toplanması qaydalarını özündə əks etdirən testlərin nəzarət proqramı.

  2. Bilavasitə hesablardakı qalıqlar haqqındakı informasiyaların toplanması qaydasını özündə əks etdirən hesablardakı qalıqların yoxlamasının proqramı.

Auditor proqramı özündə aşağıdakı faktorları əks etdirir.
Auditorun iş qrafiki. Qrafik auditor rəyi hazırlamaq üçün yoxlamanın gedişində materialların və başqa sənədlərin toplanması və təqdim olunmasının son həddini müəyyən edir.
Dəqiq qaydalar. Audit proqramı yazılı qaydada hazırlanır. Auditor yoxlamasının planını həyata keçirmək, habelə yoxlamanın hər bir sahəsinin məqsəd və vəzifəsini düzgün açıqlamaq məqsədilə lazım gələn bütün qaydalar proqramda dəqiq və ətraflı şərh olunur.Proqramın dəqiq və ətraflı tərtib olunması, bir qayda olaraq onun yoxlamada iştirak edənlər üçün təminat xarakter daşıması və işlərin yerinə yetirilməsi üzərində nəzarət aləti olması ilə əlaqədardır.
Audit üzrə nəzarət işləri. Proqram nəzərdə tutur ki, auditor qrupunun yoxlamaya göndərilən bütün üzvləri, onların qarşısında qoyulan tələbləri yaxşı bilir. Proqram kiçik auditor və auditor qrupunun assistenti tərəfindən yerinə yetirilən işlərin üzərində nəzarət olunması sahəsində baza sənədi hesab olunur.
Auditor heyəti. Proqramda auditi aparmaq üçün tələb olunan heyətin sayı, işlərin həcmi və onun məzmunu dəqiq müəyyən olunur.
Audit proqramının hər bir bölməsi üzrə auditorun işçi sənəd­lə­rin­də əks etdirilmiş nəticələr auditor rəyinin analitik hissəsinin tərtib edil­məsi, təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatları haq­da auditorun obyektiv fikri­nin formalaşmаsı üçün əsas hesab edilir.


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin