Sonadan, Sona isimlərinin təkrarı ellipsis Sanki bilirdi ki, ilə müşayiət olunur. Şəxsin linqvistik reprezentasiyası prosesində Azərbaycan dilindəki mətnlərdə ellipsis və isimlərin təkrarından istifadə meyllərini bir sıra amillərlə, o cümlədən, artıq yuxarıda qeyd etdiyimiz kimi, güclü hal kateqoriyasının mövcud olması və cins konseptinin qrammatik ifadəsinin yoxluğu ilə izah etmək olar. Və əksinə, cins konseptinin güclü linqvistik ifadəliliyi ilə səciyyələnən rus dilindəki belə bir mətnə nəzər salaq:
(21) И вот она- воля!
Это значит – захлопнулась за Егором дверь, и он очутился на улице небльшого поселка. Он вдохнул всей грудью весеннего воздуха, зажмурился и покрутил головой. Прошел немного и прислонился к забору. (В. Шукшин, Калина Красная,422)
Bu bədii mətn bir sıra linqvistik vasitələrin iştirakı ilə yaradılmışdır. Onun əvvəlindəki И вот она- воля! konstruksiyası kataforik (mətndə daha sonra baş verəcək hadisəyə diqqətin yönəldilməsi) funksiya ilə yanaşı, həm də qrammatik cinsin она şəxs əvəzliyi vasitəsilə güclü ifadəsi ilə səciyyələnir. Öz növbəsində, şəxs və cins konseptləinin rusdilli diskursda linqvistik reprezentasiyası olan он şəxs əvəzliyinin bu cür təkrarı həm mətni əlaqələndirir, həm də şəxs və cinsi verballaşdırır. Mətnin sonundakı ellipsis Прошел немного и прислонился к забору artıq hər iki konseptin bir qədər zəif, sadəcə şəkilçilər vasitəsilə verballaşdığını göstərir. Rus (cinsə işarə edən şəkilçilər və müvafiq şəxs əvəzliklərinin mövcudluğu) və fransız dilləri (cinsə işarə edən müəyyənlik artiklinin və müvafiq şəxs əvəzliklərinin mövcudluğu) ilə müqayisədə cins konseptinin bir qədər zəif qrammatik reprezentasiyası ilə seçilən ingilis dilindəki belə bir bədii mətnə baxaq:
(22)“Les femmes”, generalized Poirot.
“They are marvelous! They invent hapherard – and by miracle they are right. Not that it is that, really. Women observe subconsciously a thousand little details, without knowing that they are doing so. Their subconscious mind adds these little things together – and they call the result intuition” (A. Christie, Hercule Poirot Mysteries, 120).
Bu bədii mətnin müəllifinin (məşhur ingilis qadın yazıçısı A. Kristi) ingilis dilindəki qadınlar women sözü ilə yanaşı fransız dilindəki qadınlar les femmes sözündən də istifadə etməsi bir sıra məqsədlərə xidmət edir. Birincisi, les femmes sözünün mətnin bаşlаnğıcındа işlənməsi diqqəti cəlb еtmək, müəyyən еffеkt yаrаtmаq məqsədi daşıyır. Sоnrаkı hissədə isə artıq onun ingilis dilindəki women sözü vasitəsilə qeyri-adi təkrarı cins konseptinin bu diskursda diqqət mərkəzində olduğunu təsdiq edir. Frаnsız dilindəki “les femmes”-ın əlаvə spеsifik sеmаntikаsı və mədəni dəyəri də burаdа rоl оynаyır. Beləliklə, cins konseptinin bu iki isim les femmes və women vasitəsilə çox orijinal və təsirli reprezentasiyasının baş verdiyi diskurs formalaşır.
Beləliklə, şəxs və cins konseptlərinin diskursda əvəzliklər və isimlər kimi linqvistik reprezentasiyalarının təkrarı həmin konseptlərə verilən əlavə dəyər kimi nəzərdən keçirilə bilər.
Bəzi dillərdə (fransız, alman və s.) cins konseptinin linqvistik reprezentasiyası kimi çıxış edən müəyyənlik artikli həm də, məlum olduğu kimi, mətnin daha sıx əlaqəliliyinə yardım edir (Weinrich, 1971 və digər əsərlər). Aşağıdakı qəzet mətni bu mənada səciyyəvidir:
(23)À 9000 km de Paris, Fleur Pellerin peut envisager une seconde carrière. La ministre déléguée aux PME et à l'Économie numérique a droit à un traitement de star depuis son arrivée dans sa ville natale, Séoul, trente-neuf ans après avoir été recueillie orpheline dans une rue de la capitale sud-coréenne. (Le Figaro.fr, 26.03.2013)
Güclü informativ yük və dinamizm ilə səciyyələnən bu qəzet mətnindəki əlaqəlilik məhz müəyyənlik artiklinin la ministre əvvəlki kontekstdəki Fleur Pellerin-ə anaforik referensiyası sayəsində baş tutur. Eyni zamanda, mətni göndərən tərəfindən qadın cinsinə işarə edən la artiklinin işlənməsi (burada işarə əvəzliyi də işlənə bilərdi) cins konseptini reprezentasiya etmək istəyi kimi qiymətləndirilə bilər.
3.2 Diskursda biliyin ritorik reprezentasiyaları
Məlum olduğu kimi, metafora, metonimiya və digər məcazların ritorik vasitə kimi xüsusiyyətləri Aristotelin Ritorika və Poetikası əsərlərindən başlayaraq müasir dövrədək həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Son onilliklərdə isə bu ritorik vasitələrə tamamilə yeni baxışlar ortaya çıxmışdır. Məsələn, C. Ləkoff və digər koqnitiv dilçilər bəzi poetik olmayan metaforaları, ümumiyyətlə, dil deyil, konseptual metafora adlandırır (Lakoff, 1993 və digər əsərlər). C. Fokonye və M. Törner bu ideya ilə səsləşən yeni metafora nəzəriyyəsi kimi qəbul olunan metaforaların birləşməsi nəzəriyyəsini (blending theory) təqdim edir (Fauconnier, Turner, 2002). Metaforaların birləşmə nəzəriyyəsini inkişaf etdirən C. Qrədi bir qədər də irəli gedərək konseptlər arasında metaforik uyğunluqların metaforik birləşmələrin yaradılması üçün əsas olduğu fikrini irəli sürür. Son zamanlar metaforaya dair yeni bir Hibrid Nəzəriyyə (Hybrid Theory) irəli sürülmüşdür. Bu nəzəriyyədə də metaforalar konseptləri verballaşdıran vasitələr kimi qəbul olunur (Tendahl, 2009: 244).
Bu tədqiqatlarda digər istiqamət metaforadan heç də az diqqəti cəlb etməyən metonimiyadır. İlk növbədə, diqqəti cəlb edən hər iki vasitənin hədəfə malik olmasıdır. Bəzən isə onlar hətta hədəfdən də canlı və real təəssürat bağışlayırlar. Digər tərəfdən, tədqiqatçıların diqqəti metafora ilə metonimiyanın müqayisəsinə yönəlmişdir. Məsələn, C. Teylor mənanın genişlənməsi nəticəsində metaforanın metonimiyaya çevrildiyini bildirir (Taylor, 2002). Eyni zamanda, metaforların diskursda təhlili üçün yeni yanaşmalar və üsullar tətbiq olunmağa başlanmışdır. Bunların sırasında metaforaya tənqidi yanaşmanı (Charteris-Black, 2005) və metaforik mənada işlənən sözlərin müəyyənləşdirilməsi üçün istifadə olunan Pragglejazz adlı tədqiqatçılar qrupu tərəfindən təqdim olunmuş Pragglejaz metodunu qeyd etmək lazımdır (Pragglejazz, 2007). Bu metoda görə diskursdakı metaforik ifadələrin onların reprezentasiya etdikləri konsept və konseptual metafora ilə əlaqələri aşkarlanmalıdır. Metafor, metonimiya və metaforik qəlibli digər ritorik vasitələrin təhlili zamanı məhz Pragglejazz metodundan istifadə etmişik. Bu məqsədlə Azərbaycan, rus, ingilis və fransız dillərinə aid mətnlərindən ibarət nisbətən kiçik həcmli dil korpusları təhlilə cəlb olunmuşdur. E. Seminonun da qeyd etdiyi kimi, kiçik həcmli mətnlər janrlar arasında fərq və oxşarlıqları, eləcə də ritorik və hətta ideoloji alt qatları aşkarlamaq üçün istifadə oluna bilər (Semino, 2008).
Beləliklə, diskursda biliyin ritorik reprezentasiyasında əsasən metafora və metonimiya aparıcı rol oynayır. Hər iki vasitənin konseptuallaşma prosesində rolu kimi koqnitiv xüsusiyyətləri son zamanlar diskursiv-koqnitiv paradiqmada aparıcı mövzuya çevrilmişdir (Musolff, 2004, Semino, 2008, Tendahl, 2009, Mammadov, 2010, Məmmədov, Məmmədov, 2010, Hart, 2011 və digər çoxsaylı əsərlər). Belə ki, həm metafora və həm də metonimiya diskursda bilik strukturlarını reprezentasiya edən ən geniş yayılmış üsuldur. Bununla bağlı C. Hart yazır (Hart, 2011:75):
Dostları ilə paylaş: |