Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi resurslar və onların bölgüsü



Yüklə 0,93 Mb.
səhifə48/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

4.2.İqtisadi resurslar və onların bölgüsü
İqtisadi resurslar (ehtiyatlar) dedikdə, əmtəələrin is­teh­salı və xidmətlərin göstərilməsi üçün istifadə olunan bü­tün təbii, əmək və insan tərəfındən yaradılmış obyekt­lər, fabrik və zavodları, sənaye və kənd təsərrüfatı məh­sul­ları istehsalında istifadə olunan avadanlıq, alətlər, mexa­nizmlər, müxtəlif rabitə və nəqliyyat vasitələri, saysız-he­sabsız əmək növləri, torpaq və faydalı qazıntılar nəzərdə tutulur. İqtisadi nəzəriyyədə bu resurslar maddi, yəni torpaq, xammal və kapital kimi maddi resurslara, insan re­surslarına, yəni əmək və sahibkarlıq qabiliyyətinə bölünür. İqtisadi resurslar 4 kateqoriyaya ayrılır:

Torpaq anlayışı (kateqoriyası) bütün təbii ehtiyatları, istehsal prosesində tətbiq oluna bilən və təbiətin insanlara bəxş etdiyi nemətləri əhatə edir. İqtisadi resurs kimi tor­paq kateqoriyasına becərilən torpaqlar, meşələr, su ehti­yat­ları, müxtəlif mədən və yataqlar daxildir. Tanınmış in­gi­lis iqtisadçısı Uilyam Petti, torpağı bütün sərvətlərin anası adlandırmışdı.

Kapital, yaxud “investisiya ehtiyatları” bütün möv­cud olan istehsal vasitələrini, əmtəələrin və xidmətlərin hazırlanıb son istehlakçıya çatdırılması üçün istifadə olu­nan avadanlıqları, maşınları, alətləri, nəqliyyat vasitələ­rini, satış şəbəkəsini əhatə edir. Həmin zəruri vasitələrin istehsalı və toplanması prosesi investisiya adlanır.

Bu prosesdə 2 cəhəti fərqləndirmək lazımdır. Əvvə­lən, investisiya əmtəələri (istehsal vasitələri) istehlak məh­sul­larından onunla fərqlənir ki, sonuncular tələbatı bir­ba­şa, birincilər isə bilavasitə istehlak mallarının istehsalını təmin etməklə ödəyirlər. Sonra isə burada işlədilən ­mə­na­da "kapital" termini pulu nəzərdə tutmur. Menecer və iqtisadçılar çox vaxt maşın, avadanlıq və digər istehsal vasitələrinin alınması üçün istifadə edilən məbləği "pul kapitalı" kimi qələmə verirlər. Amma qeyd etmək zəruri­dir ki, pul özlüyündə, yəni tətbiq olunmadığı və heç nə istehsal etmədiyi halda, əslində iqtisadi ehtiyat (resurs) sa­yı­la bilməz. Bu mənada, real kapital istehsal avadanlıqları, dəzgahlar, maşınlar, mexanizmlər olub, iqtisadi resurslara (ehtiyatlara) aid edilir. Pul və maliyyə ehtiyatları isə nə qədər vacib olsa da, iqtisadi resurslara daxil edilmir, hətta bəzən "saxta kapital" kimi səciyyələndirilir.

Əmək, bütün sərvətlərin yaradıcısı (atası) kimi, hər bir istehsal prosesinin həlledici amillərindəndir. Əmək, insanın fıziki-əqli-mənəvi qüvvələrinin toplusu olub, mad­di məhsulların və mənəvi sərvətlərin yaradılması işinə xid­mət edir. Fəhlənin və fermerin, alimin və sürücünün, müəl­limin və həkimin, aktyorun və qulluqçunun fəaliy­yə­ti, onun əməyinin, zəhmətinin nəticəsidir. Elm və texnika nə qədər inkişaf etsə də, istehsal-xidmət prosesləri get­dikcə mexanikləşdirilib avtomatlaşdırılmasa da, şübhəsiz insan əməyi, yaxud "insan kapitalı" həmişə öz mühüm rolunu oynayacaqdır. Təsadüfı deyilməmişdir ki, ən yeni texnika və mükəmməl dəzgahlar da onlara insan əli, əməyi toxunmadan hərəkətə gətirilə bilmədiyindən, sanki "ölü­dür". Müasir dövr insan əməyinə, onun işgüzar peşəkarlıq qabiliyyətinə daha yüksək tələblər irəli sürdüyündən, aydındır ki, yalnız texniki nailiyyətlərin ixtisaslı kadrların peşə fəaliyyəti ilə üzvü surətdə bir-birini tamamlaması, şübhəsiz ən optimal səmərəli iqtisadi-sosial nəticələr əldə edilməsinə real şərait yarada bilər.

Sahibkarlıq fəaliyyəti (qabiliyyəti, bacarığı) xüsusi bir insan resursu kimi istehsal-xidmət dairəsində müxtəlif iqtisadi resursların (iqtisadi amillər kimi) fərqli su­rət­də əlaqələndirilərək (birləşdirilərək), keyfıyyətcə yeni təyi­natlı məhsulların hazırlanması, yaxud xidmətlərin göstəril­məsi işinin səmərəli təşkilidir. Orkestrə drijor lazım oldu­ğu kimi mürəkkəb və özünəməxsus fərqli cəhətləri ilə seçilən ayrı-ayrı istehsal, habelə xidmət sahələrinin ahəng­dar işinin fasiləsiz davamı üçün xüsusi istedad, habelə təşkilatçılıq mədəniyyəti tələb edən sahibkarlıq fəaliyyəti zəruridir. Mütəxəssislərin fikrincə, nadir bir məharət sayı­lan sahibkarlıq qabiliyyəti, hər 100 nəfər adamdan yal­nız 5-7-də olur.

Bazar münasibətləri iqtisadi sistemi şəraitində sa­hib­karlıq bacarığı həm istehsal, həm təchizat, həm də satış mərhələlərinin normal fəaliyyətinin davamlı surətdə təşkil olunub həyata keçirilməsində mühüm rol oynayır. Çətin və riskli bir peşə seçmiş əsl sahibkar, öz gündəlik fəaliy­yə­tində üzərinə müəyyən vəzifələr götürərək onların real­laş­masına çalışır.

1. Sahibkar əmtəə-xidmətlərin istehsalının vahid pro­­se­sini təşkil etmək üçün torpağın, kapitalın və əməyin birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür.

2. Sahibkar işgüzar biznesinin aparılması prosesində, bütün əsas qərarların qəbul edilməsi, şirkətin fəaliyyət isti-qamətini müəyyənləşdirən qərarların qəbulu məsələsi­nin məsuliyyətini öz üzərinə götürür.

3. Sahibkar həmişə yenilikçi olub, istər məhsulların, istər istehsal texno-logiyalarının, istərsə də biznesin təşkili işinin ən yeni formalarının kommersiya prinsipləri əsa­sında tətbiq olunmasına təşəbbüs göstərir.

4. Sahibkar - riskə gedən adamdır. Bazar münasi­bət­ləri iqtisadi sistemində sahibkara əvvəlcədən mənfəət tə­mi­natı verilmir. Onun biznes fəaliyyətinə sərf etdiyi vax­tın, səylərin, qabiliyyətin son nəticəsi mənfəət yaxud ziyan, hətta müflisləşmə ola bilər. Sahibkar fəaliyyəti ilə təkcə öz vaxtı, zəhməti, işgüzar bir adam kimi nüfuzu ilə deyil, eyni zamanda şəriklərinin, səhmdarların vəsaitləri, habelə ona olan inamları ilə də "iqtisadi oyun" iştirakçısı kimi məsuliyyət daşıyır .


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin