Mühazirə mətnləri Bakı ­- 2015


CƏMİYYƏTİN İQTİSADİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 0,93 Mb.
səhifə47/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

CƏMİYYƏTİN İQTİSADİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİLMƏSİNİN ƏSASLARI
4.1. Tələbatların sonsuzluğu və resursların məhdudluğu
Müasir iqtisadiyyatın (siyasi iqtisadın, iqtisadi nə­zə­riy­­yənin, ekonomiksin) əsasında, şübhəsiz müəyyən fərq­lərə bax­­mayaraq, bir-biri ilə sıx və dialektik vəhdət təşkil edən iki amil, fakt durur. Bu qarşılıqlı əlaqədə olan cəhət­lər iqti­sa­­diyyatın əsas problemlərini və müxtəlif cəmiyyət­lə­rin, iq­ti­­sadi sistem­lərin təsərrüfat həyatı proseslərini özündə bir­ləş­dirir.

Birincisi, insan cəmiyyəti yarandığı dövrdən bizim gün­­lərimizə qədər onun ayrı-ayrı üzvlərinin müxtəlif təs­i­sat­la­­r­ının, nəhayət bütövlükdə onun məcmu maddi-mənəvi tə­lə­­batları artmağa doğru getmiş və bu meyl indi də davam et­mək­­dədir. Təsadüfi deyildir ki, iqtisadi ədəbiy­yatda belə bir fi­­kir xüsusi vurğulanır: tarixən cəmiyyətin maddi-mənəvi tə­lə­­batları son­suzdur, hüdudsuzdur və gö­rü­nür heç vaxt tam ödə­­nilmə­yəndir. Çünki Planet miq­ya­sında əhalinin sayının son 200 il ərzində 7 dəfə artması, insanların zövq, seçim, tə­ləb­­lərinin dəyişməsi, “arzunun özündən doğan arzular” kimi mü­­hüm elmi-texniki kəşflər, yeni mütərəqqi texnologiyalar ba­­zasında əvvəllər mə­lum olmayan xüsusi keyfiyyətlərə ma­lik material­lardan hazır­lanmış əmtəələr istehsalı, habelə müxtəlif təyinatlı xidmət­lərin göstərilməsi, bu prosesə istər mütləq, istərsə də nisbi mənada həqiqətən müəyyən bir sonsuzluq xarakteri verir. Son 100 il ərzində cəmiyyətin iqtisadi-sosial həyatına, gün­dəlik məişətinə, mənəviyyatına daxil olmuş saysız-he­sab­sız məhsullar, xidmətlər, dəyərlər, habelə bunların dur­ma­dan artması gözlərimiz önündə baş verir. Hesab­la­malar göstərir ki, hazırda dünyada 40 milyon adda, necə deyərlər iynədən tutmuş hərbi raketlərə qədər və ərzaq məhsul­larından başlamış qiymətli zinyət əşyalarına kimi məh­sul­lar istehsal olunur, habelə xidmətlər göstərilir. Həmin məh­sul-xidmətlərin ümumi dəyəri 60 trilyon dolları ötür.

İkincisi, cəmiyyətin iqtisadi resursları, onun sərənca­mın­da olan istehsal vasitələri (maddi-texniki imkanları), ayrı-ayrı növ və çeşidləri ilə seçilən, habelə müxtəlif təyi­natlı xidmətlər göstərmək üçün tələb olunan xammal, ya­na­caq, materialları isə qismən, yaxud tamamilə məh­dud­dur. Məsələn, Qərbi Avropa ölkələrinin, Yaponiyanın, Uk­ray­nanın, Baltikyanı dövlətlərin yanacaq ehtiyatları çox azdır. Dəmir, mis, qalay, daş kömür, qızıl ehtiyatları da ölkələr arasında qeyri-bərabər surətdə yerləşmişdir. Aqrar bölmənin bir sıra məhsullarını da iqlim-torpaq xüsusiy­yət­ləri ilə bağlı ehtiyac olsa belə, dünyanın müxtəlif ölkələ­rin­də yetişdirmək mümkün deyildir, yaxud iqtisadi səmə­rə­lilik baxımından məqsədəuyğun sayılmır.

Deməli, ölkədə iqtisadi resursların (ehtiyatların, sər­vət­lərin) məhdudluğu, yaxud obyektiv-subyektiv səbəb­lər üzündən bunlardan cəmiyyətin tələbatlarını ödəməyin çə­tinliyi, ya mövcud imkanlardan son dərəcə qənaətlə (ef­fekt­li) istifadə olunmasını, ya da həmin məhsul-xidmət­lərə olan tələblərin başqa dövlətlərdən (beynəlxalq bazar­dan) idxal edilməsi vasitəsilə yerinə yetirilməsini irəli sürür.

Zaman keçdikcə bütövlükdə cəmiyyətin və ailələrin, nəhayət hər birimizin tələbatlarının tədricən artması, habe­lə dəyişkən zövq müxtəlifliyi reallığında iqtisadiyyatın başlıca vəzifəsi, bu çoxsaylı tələblərin ödənilməsindən ibarətdir. Həmin fasiləsiz əmtəə-xidmətlərin istehsal pro-sesini isə ölkənin imkanlarını nəzərə almaq, istehsalın op-timal strukturunu formalaşdırmaq, daxili-xarici iqtisadi əlaqələrin tarazlı nisbətini gözləmək yolu ilə həyata ke-çirmək mümkündür.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin