Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi qanunlar və onların fəaliyyəti



Yüklə 0,93 Mb.
səhifə44/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

3.4.İqtisadi qanunlar və onların fəaliyyəti

>

İqtisadi nəzəriyyə fənnini öyrənmə gedişində müx­­təlif iqtisadi qanunların adı çəkilir və onların ma­hiy­yəti, təzahür formaları, habelə fəaliyyət mexanizmi təhlil edilir.

İqtisadi qanunlar - cəmiyyət həyatının iqtisadi hadisə və prosesləri arasında baş verən, daimi təkrar olunan, sa­bit, möhkəm, mahiyyəti təşkil edən ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Başqa sözlə, iqtisadi qanunlar ha­disələrin və proseslərin əsl mənasını, məntiqi ardıcıl­lı­ğını, onların arasındakı zəruri daxili asılılıq əlaqələrini ifadə edir.

İqtisadi qanunlardan tələb və təklif qanununu, əmək məhsuldarlığının yüksəldilməsi qanununu, son faydalılığın azal­ması qanununu, yığım qanununu, pul tədavülü qa­nu­nu­nu, dəyər qanununu, rəqabət qanu­nu­nu, tələbatın art­ma­sı qanununu, torpağın münbit­li­yi­nin azalması qanununu gös­tərmək olar. Bu qanunlar iqtisadiyyatın və bütövlükdə təsərrüfat həyatının obyektiv inkişaf meyllərini əks etdi­rə­rək, uzun müddətli dövr ər­zin­də məntiqi ardıcıllıqla, ha­belə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Eyni zamanda müxtəlif tədqiqatçıların adları ilə bağ­lı olub, iqtisadi proseslərin mahiyyət əlaqələrini aydınlaş­dırmağa çalışan Sey qanununu, Qossen qanununu, En­gel qanununu, Oyken qanununu qeyd etmək lazımdır.

Təbiətdə olduğu kimi cəmiyyət həyatının da obyek­tiv qanunları vardır. Lakin təbiətin mütləq mənada insan şüurundan və iradəsindən asılı olmayan qanunlarından (planetlərin hərəkəti, okeanların qabarıb-çəkilməsi, cazibə qüvvəsi) fərqli fəaliyyət göstərən iqtisadi qanunları tən­zim­ləmək mümkündür. Bu tənzimləmə prosesi insanların şüurlu və məqsədyönlü fəaliyyəti, habelə dövlətin dü­şü­nülmüş iqtisadi siyasəti ilə həyata keçirilə bilər.

İqtisadi qanunlar cəmiyyət həyatında bir-biri ilə qar­şılıqlı əlaqə və təsir şəraitində sistem kimi fəaliyyət gös­tərirlər. Bu qanunları dərk etməyin başlıca şərti, onların fəaliyyət göstərdiyi konkret şəraiti, mühiti, ölkəni nəzərə almaqdır. İqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün müəyyən ilkin zəruri şərtlər olmalıdır. Məsələn, hər hansı bir ölkədə, yaxud istehsal sahəsində rəqabət qanu­nu­nun normal fəaliyyət göstərməsi üçün sərbəst sahib-kar­lığın, mülkiyyət və investisiya hüququnun, sərbəst ba-zar qiymətlərinin mövcudluğu tələb olunur.

Dövlət ölkənin təsərrüfat həyatını özünün sərt və ciddi nəzarəti altında saxlaması, şübhəsiz iqtisadi qanun­ların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır.

Müasir mərhələdə ölkənin təsərrüfat həyatını uğurla və səmərəli idarə etmək üçün dövlət tərəfindən tənzim­ləyici hüquqi qanunlar qəbul edilməsinə ehtiyac vardır. Bu qanunlar isə yalnız o zaman «işləyə» bilər ki, onların fəaliy­yəti üçün əlverişli şərait yaradılsın. Aydındır ki, hü­quqi qanunlarla iqtisadi qanunları eyniləşdirmək olmaz. Zaman keçdikcə və zərurət yarandıqca, hüquqi qanunları təkmilləşdirmək, yeniləşdirmək, hətta ləğv etmək müm­kün­dür. Lakin tələb və təklif, rəqabət, qiymət kimi qanun­ları ləğv etmək olmaz. Ona görə də hüquqi qanunlar, nor­mativ aktlarla obyektiv iqtisadi qanunlar arasında hökmən müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin