Məntiqi ardıcıllıq metodu.Bu metod tələb edir ki, tarixi ardıcıllıq prinsipi ilə nəzərdən keçirilən iqtisadi proseslər, məntiqi təfəkkürlə təhlil olunsun və həmin hadisələrin baş verdiyi konkret şərait nəzərə alınsın.
İqtisadi nəzəriyyənin irəli sürdüyü ümumi müddəalar ardıcıl məntiqi mərhələlərlə həyata keçirilməlidir. Məsələn, ümumi daxili məhsulun (ÜDM) optimal artım templərini təmin etmək üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı kadrlar yetişməlidir. Yaxud, əhalinin iqtisadi-sosial vəziyyətini yaxşılaşdırmaq, işsizlik problemini həll etmək üçün nəzərdə tutulan tədbirlər sistemi məntiqi bir ardıcıllıqla həyata keçirilməlidir. Bu mənada, tarixi metodla məntiqi metod bir-birini tamamlayaraq, vəhdət təşkil edir.