Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə37/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Elmi abstraksiya metodu. Bu metod vasitəsilə cə­miy­yətin iqtisadi həyatında və insanların münasibətlərində müşahidə olunan hadisələrin mühüm cəhətləri aşkara çıxarılaraq ümumiləşdirilir. Eyni zamanda, bu proseslərdə təsadüfi xarakter daşıyan və ikinci dərəcəli əhəmiyyət kəsb edən cəhətlər nəzərə alınır. Əsas diqqət, iqtisadi hadisə və proseslərə xas olan ümumi, habelə mühüm cə­hətlərin aşkara çıxarılmasına verilir. Məsələn, çoxsaylı və təyinatlı məhsullar, xidmətlər – “əmtəə”, yaxud “iş qüv­vəsi” adı altında ümumiləşdirilir.

Qeyd etmək lazımdır ki, abstrakt (mücərrəd) metod vasitəsilə hər hansı bir cəmiyyətin, yaxud iqtisadi hadi­sə­nin mahiyyəti üzə çıxarılır. Lakin aydındır ki, iqtisadi pro­ses­lərin tam dərk edilməsi yalnız bununla başa çata bil­məz. Abstrakt təfəkkür metodu, konkret iqtisadi pro­seslərin mahiyyətini açmağa kömək etməlidir.

Alman filosofu Hegelin dediyi kimi «canlı müşa­hi­də­dən (seyrdən) abstrakt təfəkkürə və oradan da prak­ti­ka­ya (təcrübəyə) - həqiqəti dərk etməyin yolu belədir». Doğ­ru­dan da, abstrakt ümumiləşdirmələr o zaman qiymətlidir ki, onun qanunauyğunluq və prinsipləri real həyatda tətbiq olunaraq, həm cəmiyyətə, həm də onun üzvlərinə fayda gətirsin.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin