Mühazirə mətnləri Bakı ­- 2015


MÖVZU 3. İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ METODLARI



Yüklə 0,93 Mb.
səhifə35/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

MÖVZU 3.

İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ METODLARI
3.1.İqtisadi nəzəriyyənin predmeti
Müxtəlif elm sahələri öyrəndiyi obyektinə və pred­­metinə görə bir-birindən fərqlənirlər. Fizika elminin öz predmeti, biologiyanın digər, riyaziyyatın isə tamamilə baş­qa bir obyekt kimi özünəməxsus predmeti vardır.

«İqtisadi nəzəriyyə» fənninin öyrənib araşdırdığı ob­yekt, yaxud sahə-iqtisadiyyatdır, təsərrüfat həyatıdır. İq­ti­sa­diyyat isə cəmiyyətin yaşayıb inkişaf etməsi üçün mü­hüm bir sahə olmaqla yanaşı, eyni zamanda mürəkkəb, də­yişən, yeni meyllərlə səciyyələnən geniş əhatəli obyekt­dir.

Qarşılıqlı əlaqəli vahid bir sistem kimi iqtisadiyyat, insan fəaliyyətinin istehsal, xidmət, mənəvi sahələri ilə bilavasitə, yaxud dolayı yollarla bağlıdır. Cəmiyyətin və insanların müxtəlif təyinatlı tələbləri əsasında formalaşıb inkişaf edən iqtisadiyyat, öz tərəqqisində ciddi uğurlarla yanaşı, xeyli çətinliklərlə də rastlaşır. Həmin problemlərin və qayğıların aradan qaldırılmasının səmərəli yollarının axtarışında iqtisadi nəzəriyyə (economics) mühüm əhə­miy­yətə malikdir.

İctimai (sosial) elmlərin bir sahəsi kimi iqtisadi nə­zə­riy­yənin predmetinin müəyyənləşdirilməsi və ona tərif ve­ri­lərək, məzmununun açılması yolunda müxtəlif dövr­lər­də səylər göstərilmişdir. Xüsusilə, XVII-XVIII əsrdən başla­ya­raq iqtisad elminin müstəqil bir sahə kimi forma­laş­ması prosesi, alim və mütəxəssislərin bu məsələyə diq­qətini xey­li artırmışdır.

İqtisadi nəzəriyyənin predmetinə dair A.Smit və D.Ri­kar­­do, marksistlər, keynsçilər, habelə digərləri müx­təlif fikirlər söyləmişlər. İqtisad elminin klassiklərinin möv­­­qeyinə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi mü­na­sibətlərini və onların inkişaf qanunauyğunluqlarını öy­rə­nən elmdir.

Marksistlərin fikrincə, iqtisadi nəzəriyyənin predme­tini «bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən qanunlar haqqında elm» kimi səciyyələndirmək lazımdır.

İngilis iqtisadçısı A.Marşall iqtisadi nəzəriyyənin predmetini «insan cəmiyyətinin normal həyat fəaliyyətinin öyrənilməsi»ndə görmüşdür.

Amerika iqtisadçısı L.Robbinson göstərir ki, iqtisadi nəzəriyyənin predmetinə «məhdud vasitələr şəraitində in­san­ların qarşıya qoyduqları iqtisadi məqsədlərinə çatmaq səyləri» daxildir.

Nobel mükafatı laureatı P.Samuelson «Economics» dərsliyində qeyd edir ki, iqtisadi həyatda başlıca məsələ «nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün və hansı vasitələrlə istehsal etməkdən ibarətdir». Deməli, iq­ti­sadi nəzəriyyənin predmetinə «məhdud resurslardan se­çib istifadə etmək, istehsal olunan məhsulları cəmiyyət üzv­­ləri arasında bölmək və alıcıların istehlakını öyrən­mək» daxildir.

K.Makkonnell və S.Ləryu (ABŞ) iqtisadi nəzəriyyə­nin predmetini belə müəyyənləşdirirlər: bu elm «insanın maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi məq­sədi ilə məhdud istehsal ehtiyatlarından səmərəli isti­fadə olunması, yaxud onların idarə edilməsi problemlərini təd­qiq edir». Həmin müəlliflər eyni zamanda yazırlar ki, iq­ti­sad elmi «məhdud ehtiyatlar şəraitində maddi nemətlərin və xidmətlərin istehsal, bölgüsü və istehlakı prosesində insanların davranışının (münasibətlərinin) təhlilidir».

Türk iqtisadçısı Orxan Oğuz «Ümumi iqtisadi nə­zə­riy­yə» kitabında yazır: «İqtisad elminin mövzusu (pred­meti) insanların iqtisadi fəaliyyətidir».

«İqtisadi nəzəriyyə» dərsliyinin müəllifləri qeyd edir­lər ki, bu elm «bütövlükdə iqtisadiyyatın inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyən­ləşdirir».

Ümumiləşdirilmiş şəkildə iqtisadi nəzəriyyənin (eco­no­mic­sin) predmetinə belə tərif vermək olar: iqtisadi nə­zə­riy­yə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqti­sa­di resursların məhdudluğu və cəmiyyətin tələblərinin son­suzluğu reallığında daha yüksək mənfəət əldə etmək məq­sədilə insan fəaliyyətinin elmi təhlilidir.

İqtisadi nəzəriyyə elminin tədqiq edib ümumiləş­dirdiyi qanunauyğunluq və prinsiplərdən faydalanan kon­kret iqtisad elmləri istehsala, habelə xidmət dairəsinə öz təkliflərini, məsləhətlərini, tövsiyələrini verə bilirlər.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin