Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə33/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Monetarizm konsepsiyasının tərəfdarları (M.Frid­men, A.Şvarts, K.Uorberton, D.Meyzelman, F.Keyçen və başqaları) iqtisadiyyatı idarəetməni ilk növbədə pul küt­ləsi, onun emissiyası, dövriyyədə və ehtiyatda olan pulun kəmiyyətinə dövlət nəzarəti edilməsində, habelə büdcənin balanslaşdırılmasında, yüksək bank faizlə­ri­nin müəyyən­ləş­dirilməsində görmüşlər. Bu mənada mone­tarizm, bü­töv­lükdə pul amilinin (“fenomeninin”) öl­kə­nin təsərrüfat həyatında başlıca rol oynadığını əsas­lan­dıran stabil­ləş­dirmə nəzəriyyəsi kimi səciyyələndirilir.

Bu nəzəriyyənin banisi M.Fridmen “Seçim azadlı­ğı” kitabında yazırdı ki, bütün böyük iqtisadi sarsıntılar, böh­ran­lar, işsizlik, inflyasiya halları “bazar iqtisadiy­ya­tı­nın qeyri-sabitliyi ilə deyil, dövlətin səhv pul siyasətinin nəti­cəsidir”. Monetaristlər ümumiyyətlə dövlətin ölkənin tə­­sər­rüfat həyatı məsələlərinə qarışmasının əleyhinə ol­sa­lar da, lakin yalnız bir məsələdə, yəni ölkədə pul kütləsini kəmiyyəti və onun üzərində ciddi dövlət nəzarətini zəruri hesab etmişlər. Onlar C.Keyns və onun davamçılarının məc­mu tələbin dövlət tərəfindən tənzimlənməsi təd­bir­lə­ri­nə qarşı çıxaraq göstərmişlər ki, belə bir siyasət bazar qüv­və­lərinin real nisbətini pozur və uzunmüddətli dövrdə in­flya­siya prosesinin sürtələnməsinə xidmət edir.

M.Fridmenin fikrincə, bazar iqtisadi sisteminə dövlət müdaxiləsi qısamüddətli dövr ərzində müəyyən müsbət nəticə versə də, gələcək perspektivləri nəzərə almaqla, o “bazar münasibətlərinə mümkün qədər az və ehtiyatla mü­daxilə etməlidir”.

Monetaristlər ölkə iqtisadiyyatını 2 sahəyə - real iq­ti­­sa­­diyyat və pul tədavülü dairəsinə ayırmışlar. Bu böl­güyə əsasən real iqtisadiyyata əmtəə-xidmətlərin istehsalı və satışı daxil edilərək, orada bazar prinsiplərinin fəaliy­yə­ti əsaslandırılır. Pul tədavülü dairəsinə isə real iqtisadiy­yat­la müqayisədə xarici bir amil kimi, böhran törədən şərtlər mövqeyindən yanaşıdır ki, həmin sfera dövlətin fəaliyyəti ilə bağlıdır. Ona görə də monitaristlər dövlətin vəzifəsini, iqtisadiyyatın real sahəsinə qarşılıqlı müna­si­bət­­də pul tə­da­vülü dairəsini neytrallaşdırmaqda, bazar me­xa­­niz­mi­nin fəaliyyəti üçün daha əlverişli şərait yarat­maq­da, ən baş­lı­ca­sı isə əmtəə bazarını zəruri miqdarda pul kütləsi ilə təmin etməkdə görmüşlər.

XX əsrin 70-ci illərində dünya kapitalizm siste­min­də təkrar istehsal prosesi şərtlərinin xeyli dəyişməsi, enerji böhranı, iqtisadi artım templərinin zəifləməsi, müxtəlif xammal növlərinin çatışmaması, daxili və xarici bazar­lar­da satış həcminin azalması, inflyasiya əlamətləri moneta­rizm nəzəriyyəsi müddəalarının yayılmasına, habelə təsər­rüfat həyatında dövlət siyasəti səviyyəsində tətbiqinə əl­ve­rişli imkanlar yaratmışdı.

Dünyanın müxtəlif ölkələrində, xüsusilə də postsovet və postsosialist məkanında formalaşmış müstəqil döv­lət­lər­də, o cümlədən də Azərbaycan Respublikasında, mone­tarizm ideyalarının müəyyən cəhətlərindən yaradıcılıqla istifadə olunmuşdur.

Monetarizmlə bağlı və onun davamı kimi for­ma­laşan iqtisadi təklif konsepsiyası, mahiyyətcə M.Frid­me­nin me­to­doloji prinsiplərinə əsaslanmasına baxmayaraq, bir sıra iqtisadi problemlərə yanaşmada fərqlənir. Bu möv­qe­yin tə­rəfdarları və davamçıları, məcmu təklifi sti­mul­laş­dır­maq, istehsalı və məşğulluğu fəallaşdırmaq xət­tini əsas­landırmağa çalışmışlar. Onlar bazar iqtisadi siste­mini tə­sər­rüfatçılığın təşkilinin optimal forması və təka­mül yo­lu ilə qərarlaşmış təbii fəaliyyətin nəticəsi kimi qiy­mət­lən­dirmişlər.

Bu konsepsiyanın tərəfdarları əsaslandırmağa çalış­mışlar ki, ölkədə yaranan təbii işsizliyin başlıca səbəbi dövlətin həyata keçirdiyi sosial təminat sistemidir.

ABŞ iqtisadçısı A.Lafferin və onun tərəfdarlarının qeyd etdikləri kimi geniş miqyaslı sosial proqramların reallaşdırılması, dövlət büdcəsinin xərclərini artırır, bu isə vergi dərəcələrinin yüksəldilməsini şərtləndirir. Büdcədə kəsir yaranmasını qəbul etməyən iqtisadi təklif möv­qe­yin­də duranlar, problemin həlli üçün başqa yolların olduğunu göstərmişlər. Onlar büdcəyə daxilolmaları, vergi is­la­hat­ları və dövlətin sosial xərclərini azaltmaq vasitəsilə aradan qaldırmağı irəli sürmüşlər. Eyni zamanda vergiləri aşağı salmaq və vergiyə cəlb olunanların əhatəsini geniş­lən­dir­məklə, iqtisadiyyatı stimullaşdırma­ğın mümkün olduğunu tövsiyə etmişlər. İqtisadiyyatın dövlət tənzimlənməsi mə­sə­ləsində isə onların mövqeyi, bu prosesin uzun­müd­dətli xarakter daşıması və əmtəələrin, kapitalın, habelə digər istehsal amillərinin təklifin stimullaşdırılmasına xidmət göstərməyə yönəldilmişdir.

Monetarizm ideyaları ilə əlaqəli iqtisadi konsepsiya­lar­dan biri də, səmərəli gözləmə konsepsiyasıdır. Ötən əsrin 70-ci illərində formalaşmış bu elmi-nəzə­ri baxış-ların nü­ma­yəndələri arasında amerikalı R.Lukas, C.Mut, T.Sar­cent, M.Uolles kimi alim və mütə­xəs­sislər olmuşlar.

Bu konsepsiya, iqtisadi nəzəriyyənin mikroiqtisa­di səviyyəsinin prinsiplərinə əsaslansa da, eyni zamanda va­hid iqtisadi nəzəriyyənin mikroiqtisadi və makroiqtisadi bölmələri arasında əlaqə yaratmağa yönəlmişdir. Məqsəd ondan ibarətdir ki, həm iqtisadçılar, həm də siyasətçilər öz fəaliyyətlərinin nəticələrinin dəyişkən xarakter daşı­dı­ğı­na, müəyyən gözləmə taktikasının mümkün təsirinə, mik­ro­iq­tisadi və makroiqtisadi problemlərin qarşılıqlı təsir əla­qəsinə lazımı diqqət yetirsinlər. Bu istiqamətdə döv­lə­tin iqtisadiyyata müdaxiləsi nə qədər az olarsa, cəmiyyətin iqtisadi-sosial problemlərinin həllində son nəticələr nəzərə alınınaqla, konkret addımlar atılarsa, şübhəsiz ictimai-iqti­sadi səmərəlilik meyarları daha da yüksək olacaqdır.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin