Enpirik-statistiklər, T.Veblenin belə bir ideyasını əsas tuturdular ki, insanların iqtisadi fəaliyyəti onların tarıxi ənənə və adətləri ilə tənzimlənir. Onlar cəmiyyətdə gedən iqtisadi dəyişiklikləri təsviri-statistik metodla öyrənərək, iqtisadi hadisələr arasında obyektiv səbəb-nəticə əlaqələri olduğunu, kapitalizmin ümumi qanunauyğunluqlarını inkar etmişlər.
U.Mitçell 1920-ci ildə ABŞ-da Milli İqtisadi Tədqiqatlar Bürosu təşkil edərək, onun direktoru kimi fəaliyyət göstərmişdi. Bu Büro, ABŞ tarixində ilk dəfə ölkənin milli gəlirini, işgüzar fəaliyyətin mərhələlərini öyrənmiş, habelə həmin məsəllərə dair statistika materialları toplamağın metodlarını işləyib hazırlamışdır. İqtisadi nəzəriyə sahəsində U.Mitçell, ölkənin təsərrüfat həyatı və ümumiyyətlə iqtisadi proseslər üzərində ictimai nəzarət qoyulmasına tərəfdar olmuş, indikativ (tövsiyə xarakterli) planlaşdırma təklifini irəli sürmüş, işsizliyin dövlət sığorta fondu sisteminin yaradılması zəruriliyinə diqqəti cəlb etmişdi.
XX əsrin ortalarından başlayaraq institusional-sosioloji istiqamətin zəifləməsi prosesi nəzərə çarpsa da, lakin bir qədər başqa formada, Ç.Helləreytin tədqiqatlarında («Yeni sənaye cəmiyyəti», «İqtisadi nəzəriyyələr və cəmiyyətin məqsədləri») öz dolğun əksini tapmışdır. Onun iqtisadi-sosioloji fikirləri bazar münasibətləri şəraitində texniki işçilərin, mütəxəssislərin roluna, idarəetmə məsələlərinə, maliyyə problemlərinə, ümumiyyətlə isə iri korporasiyaların normal fəaliyyətinin təşkilinə həsr olunmuşdur.
Müəllifin fikrincə, cəmiyyətin inkişafının müasir mərhələsində istehsalın təşkilinin ən əlverişli və optimal forması iri korporasiyalar, inhisar birlikləridir. Bu kor-porasiyaların fəaliyyəti isə tədricən kapitalizmin «sənaye cəmiyyətinə» və «yeni sənaye cəmiyyətinə» çevrilməsini (transformasiyasını) təmin edəcəkdir. Müasir istehsal sahələrinin rəhbərliyinə texnokratların (texniki, səriştəli mütəxəssislərin) gəlməsi, şübhəsiz istehsalın gələcək yüksəliş perspektivlərinə müsbət təsir göstərməlidir.
C.Helləreyt korporasiyalarda planlaşdırmaünsürlərinin zəruri olduğunu göstərmiş, «sənaye cəmiyyəti» reallığında bazar hərc-mərcliyi, rəqabət mübarizəsi və qiymət məsələlərinin əvvəlki dövrlərdən fərqli surətdə qoyulub həll edildiyini irəli sürüb əsaslandırmışdır. Eyni zamanda inhisar birlikləri ilə dövlət arasında müəyyən əlaqələrin olduğunu təsdiqləyən müəllif, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ideyasını bəyənərək, bu istiqamətin zəruriliyini müdafiə etmişdir.
Onun fikrincə, hazırda cəmiyyətin gəlirlərinin bölgüsündə «inqilabi dəyişiklər» baş verdiyindən, tədricən «bolluq cəmiyyəti» və «ümumi rifah» dövləti formalaşmaqdadır. Bu mənada, o sərbəst rəqabət dövrlərinə yenidən qayıtmaq haqqında keçmiş nəzəriyyələri əsassız hesab etmişdir.
C.Helləreyt özünün irəli sürdüyü konvergensiya nəzəriyyəsində, iqtisadiyyat və təsərrüfat həyatında müxtəlif iqtisadi sistemlərin, yaxud mülkiyyət tiplərinin «qarışıq iqtisadiyyat» formasında fəaliyyət göstərə biləcəyini əsaslandırmışdır.