Mühazirə mətnləri Bakı ­- 2015


Mütəxəssislər qeyd edirlər



Yüklə 0,93 Mb.
səhifə29/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Mütəxəssislər qeyd edirlər ki, institusiona­lizm iqti­sa­di nəzəriyyənin əhəmiyyətli dərəcədə yenidən qu­rul­ması mərhələsinin başlanğıcı və ondan yeni tarixi şəraitə (azad rəqabətin məhdudlaşması, inhisarların hökm­ran­lığı, döv­lə­tin rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoy­muş­dur.

Bu istiqamətin sosial-psixoloji cərəyanının banisi sa­yı­lan T.Veblen, bazar iqtisadiyyatı inkişafının inhisarçı mər­hələsində liberalizmin və neoliberalizmin (bazar sər­bəst­liyi tərəfdarlarının) əsassızlığını sübut edən, habelə ölkənin təsərrüfat həyatı üzərində sosial (dövlət, ictimai, qeyri-dövlət) nəzarətin zəruriliyini əsaslandıran ilk iqti­sad­çılardan biri olmuşdur. O, iqtisadi nəzəriyyə və təlim­lər tarixində yeni bir metodoloji üsulun - texniki determi­niz­min (qarşılıqlı səbəb-nəticə əlaqəsinin, sosial-texniki amillərin bir-birinə təsirinin) əsasını qoymuşdur.

T.Veblen «Avara sinfin nəzəriyyəsi» «Təsər­rü­fat və cəmiyyət» adlı əsərlərində yaşadığı cəmiyyəti, hə-min mühitin iqtisadi-sosial nöqsanlarını kəskin tənqid et-mişdir.

Müəllifin fikrincə, cəmiyyətdə iqtisadi nəzəriyə ilə onun sərt reallığı arasında çox böyük bir uçurum vardır. İqtisadi nəzəriyyə cəmiyyətdə ahəngdarlıq, tarazlılıq prin­sip­lərinə əsaslandığı halda, cəmiyyətdə fasiləsiz təkamül istiqamə­tində yaşamaq uğrunda amansız mübarizə get­mək­dədir. Gündəlik həyat tələbatları üçün zəruri olan müx­təlif təyinatlı məhsulların faydalılığı ilə həmin ne­mət­lərin əldə olunması çətinlikləri arasında çırpman iqtisadi insan (homo economicus) modeli T.Veblenin tədqiqat­la­rına görə artıq köhnəlmişdir. Çünki, əslində cəmiyyətdə insanların fəaliyyəti və davranış qaydaları bir çox amil­lər­lə bağlıdır. İnsanın anadangəlmə, irsi genləri ilə bağlı xü­su­­siy­­yətlərilə yanaşı, onun davranış və rəftarına yaşadığı mü­hitin ənə­nə­ləri, əxlaq normaları, habelə özünütəsdiq, nüfuz amilləri də güclü təsir göstərir.



Ona görə də, cəmiyyətdə baş verən iqtisadi proses­ləri öyrənib təhlil edərkən həm ənənələri, mentalitetlə bağlı cəhətləri, həm də mövcud qayda-qanunları, müxtəlif təşkilatların, idarələrin, orqanların müvafiq qanunlar əsa­sın­da fəaliyyətini hökmən nəzərə almaq lazımdır. T.Veb­len tərəfindən bu amillərin birinci qismi - «institutsiya», ikinci qismi isə - «institut» kimi səciyyələndirilmişdir. «İnsti­tut» dedikdə, T.Veblen dövləti, ailəni, mənəvi, hüqu­qi normaları nəzərdə tutmuşdu.

O, yazırdı ki, artıq elə bir vaxt gəlib çatmışdır ki, iqtisad elmi ayrı-ayrı təsərrüfat subyektlərinin deyil, siyasi partiyaların, həmkarlar təşkilatlarının, birləşmiş sahib­kar­ların kollektiv fəaliyyətini tədqiq etməyə səy göstər­mə­lidir. Eyni zamanda iqtisad elminin, istehsalın müxtəlif sahələrində çalışıb, öz rollarına görə fərqlənən əkinçiləri, fəhlələri, sahibkarları (kapitalistləri), mühəndis-texniki iş-çiləri, bir təsərrüfat subyekti kimi öyrənməyə də ehtiyac vardır.

T.Veblenin fikrincə, bazar iqtisadiyyatının ilk mər­hə­lələrində mülkiyyət və hakimiyyət sahibkarların, habelə iş adamlarının əlində olur. Lakin, sonralar bu hakimiyyət parçalanaraq, tədricən kapital sahibləri və istehsalın təş­ki­lat­çılarının ixtiyarına keçir. Daha sonra, o fikrini davam etdirərək göstərirdi ki, kapital sahibləri yalnız öz sər­vət­lə­ri­ni artırmaq haqqında düşünürlər. Ona görə də kapital­la­rını istehsalın genişləndirilib inkişaf etdirilməsi əvəzinə kreditə verməyi, yaxud əmanət şəklində banklarda sax­la­mağı üstün tuturlar. Deməli, tədricən bu təbəqəyə mənsub olanların sərvəti istehsalın, yaxud iqtisadiyyatın real böl­mə­sinin hesabına deyil, maliyyə dairəsində dövr edən qiy­mətli kağızların, səhmlərin hesabına yaranır. Bu meyl isə, kapital sahiblərini tüfeyli və avara bir həyat sürən qrupa çevirir.

Belə vəziyyətdə fəhlələr və istehsalın təşkilatçıları, habelə texniki mütəxəssislər əsl məhsuldar sinif kimi çıxış edirlər. Lakin onların öz sərmayəsi olmadığından, tüfeyli və avara sinfin kreditə verdiyi kapitaldan istifadə etməyə məcburdurlar.

Yaşadığı cəmiyyətin ziddiyyətlərini özünəməxsus bir tərzdə açıb tənqid edən müəllif, belə vəziyyətdən çıxış yolunu hakimiyyətin texniki mütəxəssislərin əlinə keçmə­sin­də görürdü. O zaman kapitalın xüsusi mülkiyyət forma­sı dəyişərək (transformasiya edərək), səhmdar kapitalına çevriləcəkdir. Deməli, avara və tüfeyli sinif kimi səciyyə­lə­nən kapital sahiblərinin xüsusi mülkiyyəti tədricən ara­dan qalxacaqdır.

T.Veblen öz mülahizələrində diqqəti belə bir cəhətə də cəlb etmişdir ki, sərbəst rəqabətin bazarda inhisarlarla əvəz olunduğu şəraitdə, bazarın «ağası» artıq istehlakçı yox, iri inhisarlardır. Onun müşahidələrinə görə, istehlak­çılar (alıcılar) özləri də hiss etmədən, ciddi ictimai və psi­xo­loji təsir altına düşüb, inhisarların, habelə nəhəng iqti­sadi birliklə­rin mənafeyinə uyğun yaşayıb düşünməyə, öz zövqlərini formalaşdırmağa, gündəlik fəaliyyətlərini qur­mağa çalışırlar.

İnstitusional iqtisadi-nəzəri istiqamətin hüquqi prob­lem­lərə üstünlük verən variantı C.Kommonsun adı ilə bağ­lı­dır. O özünün «Kapitalizmin hüquqi əsasları», «İnsti-tu­sio­nal iqtisadiyyat», «İqtisadi tsikllər. Problem və onun qoyuluşu» adlı əsərlərində, cəmiyyətdə baş verən iqtisadi münasibətləri, təsərrüfat həyatı ilə əlaqədar meydana çı­xan narazılıqları, müxtəlif iqtisadi prosesləri hüquqi yol­lar­la tənzimləməyin zəruriliyini əsaslandırmış­dı.

C.Kommons yazırdı ki, hər hansı bir cəmiyyətdə rast gəlinən sosial narazılıq konfliktlərə həll edilməz prob­lem kimi baxmaq olmaz. Cəmiyyətin sosial tərəqqisi və ictimai tə­kamülü üçün bu tipli konfliktlər hətta zəru-ridir. Lakin həmin ciddi iqtisadi və sosial problemlərin həlli, müvafiq normal hüquqi qanunvericilik aktları əsa-sında həyata keçirilməlidir. Bu işdə isə başlıca rolu sahib-karların və muzdlu fəhlələrin bir-birini qarşılıqlı anlaması oyna­malı­dır. Deməli, kapitalizm cəmiyyətini sinfi sülh və so­sial əməkdaşlıq prinsipləri əsasında, ağıllı surətdə təşkil etmək mümkündür.

O, eyni zamanda inanmışdı ki, sahibkarlarla fəhlələr arasında yaranan narazılıqların aradan qaldırılmasında, təşkil olunmuş həmkarlar təşkilatları və xüsusilə dövlət çox mühüm rol oynaya bilər. Çünki, dövlətin həm iqtisadi, həm də inzibati güc imkanları olduqca böyükdür.

İnstitusional-sosioloji istiqamətin empirik və ya kon­yuktor-statistik yönümünün görkəmli nümayəndəsi olan U.Mitçell, iqtisadi hadisə və prosesləri izah etməyin əsas yolunu - statistika materiallarının toplanması, habelə sis­tem­ləşdirilməsində görmüşdü.

O, toplanmış və ümumiləşdirilmiş statistika material­ları əsasında, müxtəlif modellərlə iqtisadi inkişafın yüksə­liş, habelə aşağı düşməsi proseslərini izah etməyə çalış­mış­dı. U.Mitçell bu məsələlərə dair öz fikirlərini «İşgüzar fəallığın tsiklləri» (1913) adlı kitabında geniş şərh etmiş­dir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin