4.5. İstifadə olunmamış resurslar və bunun iqtisadi artıma təsiri
Müxtəlif ölkələrin təsərrüfat həyatı təcrübəsi göstərir ki, ictimai-siyasi quruluşundan və ideoloji-dini baxışlarından asılı olmayaraq, hər hansı bir cəmiyyət malik olduğu iqtisadi resurslarından səmərəli istifadə etməyi bacarsa, iqtisadi-sosial inkişaf istiqamətində daha uğurlu nəticələr qazana bilər. Bu mənada müxtəlif ictimai-siyasi quruluşlara mənsub olub və bazar münasibətləri iqtisadi sisteminin müxtəlif modelləri üzərində qurulmuş ABŞ, Norveç, İsveç, Yaponiya, Çin, Hindistan, Türkiyə, habelə başqa öl-kələrin inkişaf yolu belə bir müdrik Şərq fikrinin hə-yatiliyini təsdiq edir ki, "pişiyin dərisinin rənginin qara, yaxud sarı olması vacib deyildir, təki о siçan tuta bilsin".
Təsadüfi deyildir ki, vaxtilə F.Engels xatırlatmışdı: "Hakimiyyətin fəaliyyətinin iqtisadi inkişafının təsirinin 3 istiqaməti mümkündür. Birinci halda hakimiyyət iqtisadi inkişafla eyni istiqamətdə fəaliyyət göstərə bilər - onda iş sürətlənər; ikinci halda hakimiyyət iqtisadi inkişafa əks-təsir edə bilər - onda həmin hakimiyyət müəyyən vaxt keçdikdən sonra dağılmış olur; üçüncü halda dövlət hakimiyyəti iqtisadi inkişafa müəyyən istiqamətlərdə ma-neçilik göstərib, onu başqa istiqamətlərdə irəlilədə bilər".
Ona görə də, müasir mərhələdə iqtisadiyyatın sərbəst bazar prinsipləri əsasında, daxili-xarici bazarın tələblərinə uyğun tarazlı surətdə irəliləyişi üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: əvvələn, istehsalın inkişafına yönəldilən iqtisadi resursların həcmi tədricən artırılmalıdır; şonra, resursların təkcə kəmiyyəti deyil, eyni zamanda kefiyyəti də yüksək olub, müəyyən standartlara cavab verməlidir; daha sonra, texniki tərəqqinin nailiyyətləri və mütərəqqi texnologiyanın üstünlükləri istehsal-xidmət sahələrində tətbiq olunmalıdır; nəhayət, indiki iqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin istehsal-xidmət sahələrinin beynəlxalq əmək bölgüsü, ixtisaslaşma meyllərinə uyğunlaşması əsasında, xarici ticarət dövriyyəsinin, xüsusilə ixrac məhsullarının artımı təmin olunmalıdır.
Qeyd etmək zəruridir ki, ayrı-ayrı ölkələrin iqtisadi-sosial inkişafı gedişində elə hallar, obyektiv-subyektiv xarakterli müxtəlif səbəblər meydana çıxa bilir ki, bu amillər ümumi yüksəliş, artım templəri üçün müəyyən çətinliklər yaradır. Həmin mənfı cəhətlər sırasında aşağıdakıları göstərmək olar:
a) hökumətin ölkənin real imkanlarını, daxili-xarici bazarın tələbini, əhalinin ehtiyaclarını, habelə həyat səviyyəsi göstəricilərini düzgün nəzərə alıb qiymətləndirməyən iqtisadi-sosial siyasət xətti;
b) müharibə, təbii fəlakətlər, inqilabi hadisələr və sosial sarsıntıların baş verməsi;
c) iqtisadi böhran, işsizlik və inflyasiya prosesləri;
d) əhalinin məşğulluğu və işlə təmin olunmasında onların Konstitusiya hüquqlarının, insan haqqlarının pozularaq, insanların yaş, cins, irq, siyasi-dini əqidə, milli mənsubiyyət, yerliçilik əlamətlərinə görə ayrı-seçkiliyinə (diskriminasiyasına) yol verilməsi, yaxud bu tipli qeyri-sivil, antidemokratik üsullardan istifadə edilməsi.
Dostları ilə paylaş: |