Mühazirə mətnləri Bakı ­- 2015


Bazar münasibətləri iqtisadi sisteminin



Yüklə 0,93 Mb.
səhifə56/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Bazar münasibətləri iqtisadi sisteminin

sub­yekt­lə­ri­nin qarşılıqlı əlaqəsi

Sxemdən göründüyü kimi bazarın 4 qrup sub­yek­ti­­nin qarşılıqlı təsir əlaqələri və bir-biriylə bağlılığı, ba­zar münasibətləri iqtisadi sisteminin axtaşırı rastlaşdığı zid­­diyyət, çətinlik və problemlərə baxmayaraq, hələlik bü­­tövlükdə onun fəaliyyətini təmin edə bilir.




    1. Bazar təsərrüfatı sisteminin məqsəd və və­zi­fələri

Xüsusi mülkiyyət, rəqabət, sərbəst fəaliyyət, tə­ləb-təklif, qiymət prinsipləri əsasında qurulub fəaliyyət gös­­tərən bazar münasibətləri iqtisadi sisteminin ma­hiy­yə­­tindən irəli gələn əsas məqsədi - alıcıların ödəniş qa­bi­­liyyətli tələbatlarının fasiləsiz, azad, qarşılıqlı ra­zı­laş­ma, ekvivalent mübadilə və rəqabət əsasında təmin edil­­mə­sind­ən satıcıların (həm istehsalçıların, həm də ti­ca­­rətçi­lərin öz xərclərini ödəməsi, ən başlıcası isə müəy­­yən gəlir (mənfəət)) əldə olunmasıdır.

Bazarda fəaliyyət göstərən və alqı-satqı mü­na­si­bət­­lərinə girən hər bir şirkət, yaxud sahibkarın son məq­­sədi mənfəət əldə etməkdir. Şirkətlərin, iri bir­lik­lə­rin, trans­milli korporasiyaların son məqsədi satışdan əl­də olunan məbləğdən (puldan) ümumi xərcləri çıx­dıq­dan sonra qalan hissənin (mənfəətin) kəmiyyəti, is­teh­sa­­lın səmərəliliyini göstərir. Bəzən mənfəəti bazar mü­na­­sibətləri iqtisadi sisteminin “hərəkətverici” kimi sə­ciy­­yələndirirlər.

İqtisadi nəzəriyyədə mühasibat mənfəəti, iqtisadi (xa­­lis) mənfəət, normal mənfəət anlayışları vardır. Mən­­fəətin artmasına şirkətin miqyas və istehsal həcmi; el­­mi-texniki nailiyyətlərin və texnologiya rejimlərin tət­b­i­­qi səviyyəsi; kapital qoyuluşlarının həcmi; işçilərin pe­­şə-ixtisas səviyyəsi və əməyin səmərəli təşkili; sa­hib­kar­­lıq və idarəetmə qabiliyyətinin yüksəldilməsi; ist­eh­sal amillərindən və onların əvəzləyicilərindən səmərəli is­­tifadə etməklə, qənaət rejiminin ardıcıllıqla həyata çev­­rilməsi; bazar qiy-mətlərinin və tələb-təklifin də­yiş­kən­l­iyinin proqnozlaşdı-rılması; ekoloji cəhətdən təmiz (saf) və müasir tələblərə hərtərəfli cavab verən yüksək key­­fiyyətli məhsul istehsalı-nın genişləndirilməsi kimi şərt­­lər öz təsirini göstərir.

Bazarın mahiyyəti və məqsədi, həm işə onun ye­ri­nə yetirdiyi konkret vəzifələrlə (funksiyalarla) bi­la­va­si­tə, ya-xud dolayı yollarla bağlıdır. Həmin vəzifələr sı­ra­sın­­da bazarın əlaqələndirici, həvəsləndirici, təmizləyici, qiy­­mət-yaratma, nəzarətedici, məlumat-informasiya rolu mü­­hüm əhəmiyyətə malikdir.

Deməli, bazar münasibətləri iqtisadi sisteminin ma­­hiyyəti, məqsədi, ona çatmaq yolları, vəzifələri ara­sın­­da sıx əlaqə vardır ki, bu da cəmiyyətdə əmtəə-xid­mət­­lərin və pulun hərəkəti ilə tənzimlənir.





    1. Yüklə 0,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin