Mühazirə mətnləri Bakı ­- 2015


Bazar münasibətləri iqtisadi sisteminin



Yüklə 0,93 Mb.
səhifə59/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Bazar münasibətləri iqtisadi sisteminin

tən­zim­­lənməsi tədbirləri
Müasir daxili-xarici mürəkkəb iqtisadi mün­asi­bət­lər, ziddiyyətli inteqrasiya-qloballaşma reallığında döv­lə­t­in və hakimiyyət orqanlarının bazarın fəaliyyətinin yax­­şı­laş­dı­rıl­ması, habelə tənzimlənməsi istiqamətindəki təd­­birləri mühüm əhəmiyyətə malikdir.

Dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə ha­k­i­­miyyət orqanlarının iqtisadi həyata, o cümlədən də ba­­zarın fəaliyyətinə qarışmaması orada hərc-mərclik ya­radırsa, əksinə qarışıb onun sərbəstlik prinsiplərini poz­­ması isə işgüzar biznes fəaliyyətinin inkişafına aş­kar-gizli əngəllər törədir. Doğrudanmı, klassik iqtisadi nə­­zəriyyənin banilə­rin­dən sayılan A.Smitin düşündüyü ki­­mi bazarı “görün­məz əllər” (tələb, təklif, rəqabət, qiy­mət, sərbəst sahib­karlar) idarə etməlidir, yoxsa sonrakı iq­­tisadçılar nəslinin müəyyən qeyd-şərtlərlə iddia etd­ik­lə­­ri kimi “dövlət öl­kə­nin təsərrüfat həyatına qarış­malı­dır” prinsipinin məqsədə­uyğunluğu, müasir şəraitində qə­­bul olunmalıdır?

Şübhəsiz, dövlət və hakimiyyət orqanları, bazarın nor­­­mal fəaliyyətinə şərait yaradan ictimai mühitin, ha­be­­lə müvafiq hüquqi bazanın formalaşmasına nail ol­ma­­lı; ba­zar­da sərbəst rəqabətin qorunub saxlanmasını tə­­min etmə­li; milli məhsulun quruluşunu dəyişərək, da­ha yüksək və ölkənin ümumi maraqları baxımından sə­m­ə­rəli nəti­cə­lərə nail olmaq məqsədilə, məhdud iqtisadi re­­sursların bölgü­sü­nü təkmilləşdirməli; bazar qiy­mət­lə­ri­­nin nisbi sabitli­yi­nə, ərzaq məhsullarının keyfiyyətinə, dün­­ya standartlarına uyğunluğuna, idxal məhsullarının eko­­loji cəhətdən saf­lı­ğı­na, geni dəyişdirilmiş məh­sul­la­rın gətirilib satışa çıxarıl­masına qadağan qoyulmasına cid­­di nəzarət etməlidirlər.

Ölkənin keçdiyi inkişaf yolunun özünəməxsus xü­su­­­siy­yətlərindən və əhalinin milli mentalitet-psixoloji du­­rumundan, habelə dövlətini iqtisadi siyasətindən asılı ola­­raq, bazar münasibətləri iqtisadi sistemini tən­zim­lən­mə­­sinin üsulları, formaları, metodları fərqli ola bilər. Mə­­sələ bir ölkədə qəbul olunmuş qayda-qanunlar, fəa­liy­yət­­də olan nor­mativ sənədlər, göstərişlər başqa ölkələr üçün təəccüb­lü, hətta heç cür qəbul edilməz kimi gö­rü­nə bilər.

Ümumiyyətlə dövlət tənzimləmə üsulları birbaşa (bi­­la­vasitə) və dolayısı ilə dövlət tənzimlənməsi me­tod­la­­rına ayrılır. Birbaşa tənzimləmə metodları - dövlət eh­­tiyacları üçün zəruri olan dövlət sifarişlərini, müxtəlif tə­­s­ərrüfat subyektlərinə dövlət dəstəyini (subsidiyaları), stan­­dartlaş­dır­manı, sertifikatlaşdırmanı, li­sen­zi­ya­laş­dır­ma­­nı, kvotlaş­dır­manı, fond bazarını, sərt qiymətlərin (ta­­r­­iflərin müəy­yənləşdirilməsini, minimum əmək haq­qı səviyyəsi kimi məsələləri əhatə edir).

Dolayı metodla tənzimləmə - vergi, gömrük-tarif sis­­temi, resurslara görə ödənişlər, valyuta kursunun də­yiş­­dirilməsi ilə bağlıdır.

Bu tənzimləmə metodlarının zəruriliyi, bazar mü­na­­­sibətləri iqtisadi sisteminə aid edilən aşağıdakı 4 mü­hüm uğursuzluq, yaxud iflas xarakterli səbəblə izah olu­­nur: a)ictimai nemətlərə (ölkənin müdafiəsinə, fun­da­­mental elm sahələrinin inkişafına, sosial sferanın ge­ni­ş­ləndiril­mə­sinə) yönəldilən vəsaitlərin (xərclərin) həc­­mi ilə; b)xarici effektlərin (beynəlxalq bazarda qiy­mət­­lərin dəyişkənliyi, ekoloji vəziyyətin pisləşməsi) zə­rər­­li təsiri ilə; c) bazarda inhisar (qeyri-kamil rəqabət) meyl­­lərinin güclənməsi ilə; ç) asimmetrik (əmtəə-xid­mət­­lərin keyfiyyətin xüsusiy­yət­ləri barəsində düzgün mə­­lumat verilməməsi) informa­si­ya­sı ilə; d) bazar riski və qeyri-müəyyənliyin nəzərə alınması ilə.

Bazar münasibətləri iqtisadi sisteminin dövlət tən­zim­­lənməsi prosesi, hüquqi, iqtisadi, inzibati for­ma­lar­da reallaşdırılaraq, konkret şəraitin, tələblərini nəzərə al­­m­aqla, bütövlükdə cəmiyyətin sonsuz tələbatlarının məh­­dud iqtisadi resurslar bazasında, daha səmərəli hə­ya­­t­a keçiril­məsini nəzərdə tutur.

Bazarda “həlledici qüvvə” sayılan sahibkarlığın in­­kişafına, orada müəyyən “oyun qaydalarının” for­ma­laş­­ma­sına və bu qayda-qanunlara əməl olunmasına xid­mət edən hüquqi tənzimləmə, onun fəaliyyətinin sə­mə­rə­­liliyinin mü­hüm şərtlərindən biridir. Bu tənzimləmə for­­ması, milli iqtisadiyyatda və beynəlxalq təsərrüfat hə­­yatında baş verən dəyişiklikləri nəzərə almaqla tək­mil­­ləşdirilməlidir. Hüquqi tənzimləmə prosesi konkret və­­ziyyətdən asılı ola-raq, həm birbaşa, həm də dolayı me­­todlardan istifadə olunmasını nəzərdə tutur.

İqtisadi tənzimləmə formasında, dövlət bazar sub­yekt­­lərinin fəaliyyətinə bilavasitə müdaxilə etməsə də, la­­kin özünün iqtisadi siyasəti ilə sahibkarları cəmiyyət üçü­n lazım olan istiqamətdə fəaliyyət göstərməyə yö­nəl­­dir.

İnzibati tənzimləmə dedikdə, bazar və təsərrüfat sub­­yektinin hakimiyyət orqanlarının müəyyənləşdirdiyi qay­­da-qanunlara məcburi surətdə əməl etməsi başa dü­şü­­lür. Bu forma qadağanlar, direktiv göstərişlər, məh­kə­­mə qə­rarları vasitəsilə reallaşdırılır.

Dövlət hakimiyyəti orqanlarının bazarın fəa­liy­yə­ti­­ni tənzimləməsi səyləri yalnız o halda sosial-iqtisadi sə­­mərə verir ki, bu metod və formalar bir-birini ta­mam­la­­yaraq, kompleks halında tətbiq olunsun.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin