Mühazirə mətnləri Bakı ­- 2015


BAZAR MÜNASİBƏTLƏRİ İQTİSADİ SİSTEMİNİN FORMALARI, TİPLƏRİ VƏ MODELLƏRİ



Yüklə 0,93 Mb.
səhifə61/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

BAZAR MÜNASİBƏTLƏRİ İQTİSADİ SİSTEMİNİN FORMALARI, TİPLƏRİ VƏ MODELLƏRİ
6.1.Bazar iqtisadi sisteminin mahiyyəti və əsas cəhətləri
İqtisadi sistem dedikdə, hər bir ölkənin milli iqti­sa­diy­yatının müxtəlif sahələrinin vəhdəti və onların qar­şı­lıq­lı əlaqədə fəaliyyəti başa düşülür. İqtisadi sistemlər tarixən müəyyən maddi-texniki bazar üzərində formala­şaraq, cə­miyyət üçün mövcud imkanlar daxilində “nə, necə və kim üçün” vəzifəsini yerinə yetirirlər. İqtisadi sistem da­xi­lin­dəki çoxcəhətli təsərrüfat fəaliyyəti həmişə ona yönəl­dil­mişdir ki, cəmiyyətin və onun üzvlərinin tələbatları, məh­­dud imkanlar daxilində normal surətdə ödənilə bilsin. “Ən yaxşı iqtisadi sistem, insanların çox ehtiyacı olan tələ­bat­larının ödəməyə qadir olan sistemdir” (C.Helləreyt).

Sistem (system) sözünün yunan dilindən tərcüməsi müx­təlif hissələrdən ibarət olan tam, yaxud bütöv məna­sı­nı verir. İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və in­san fəaliyyətinin qarşılıqlı əlaqəsi, habelə kompleksli surətdə inkişafı başa düşülür. Deməli, iqtisadi sistem tə­sər­rüfat həyatı hadisələrinin və prinsiplərinin inkişafı ge­di­şi­ni özündə əks etdirir. Bu baxımdan iqtisadi sistem kon­kret hər hansı bir cəmiyyətin istehsal imkanlarına, ölkənin və əhalinin maddi-mənəvi ehtiyaclarının ödənilməsi sə­viyyəsinə uyğun olmalıdır. Başqa sözlə iqtisadi sistem - cəmiyyət miqyasında iqtisadi əlaqələrin və insanların çox­cəhətli təsərrüfat fəaliyyətinin ümumi nəticəsi olub, bü­töv­lükdə ölkənin, onun əhalisinin maddi-mənəvi tələ­bat­la­rının dolğun ödənilməsi məqsədinə xidmət edir. Nobel mükafatı laureatı Vasiliy Leontyev (ABŞ) iqtisadi sistem anlayışını belə müəyyənləşdirmişdir: «Hər bir iqtisadiy­yatı - qarşılıqlı əlaqə və asılılıqda olan çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Bu vahid sistemin hər bir həlqəsi başqasına nə isə (məhsul-xidmət) verməklə, eyni zamanda digərlərindən nə isə almaqla yaşaya bilər.”

Digər bir mövqeyə görə, iqtisadi sistem - cə­miy­yət­də baş verən iqtisadi prosseslərin, mülkiyyət münasibətləri və hüquqi-təşkilat formaları əsasında həyata keçiril­mə­si­dir. İlk baxışda mürəkkəb və qarışıq görünən cəmiyyətin təsərrüfat həyatı, ölkənin iqtisadi sistemi, şübhəsiz müəy­yən qaydalar, prinsiplər əsasında təşkil olunaraq idarə edi­lir. İqtisadi sistem cəmiyyət miq­ya­sında istehsalla is­teh­lak­çılar arasındakı əlaqələri müxtəlif formalarda nizam­la­yıb reallaşdıraraq, ölkənin iqtisadi-sosial inkişafını təmin edir.

Eyni zamanda iqtisadi nəzəriyyədə iqtisadi sistem an­layışına qısa və geniş təriflər də verilir. Qısa tərifə əsa­sən «cəmiyyət başlıca iqtisadi münasibətlər (mülkiyyət) və istehsalın (müəssisələrin, şirkətlərin, birliklərin) təşkilati-hüquqi formaları bazasında yaranmış prosesə iqtisadi sistem deyilir. "Geniş tərifə görə «iqtisadi sistem – iqti­sa­diy­yatın əsas problemlərinin həllinin təşkili və idarə olun­masına görə mövcud resurslardan (torpaq, kapital, əmək, sahibkarlıq qabiliyyəti) istifadə edərək cəmiyyətin, habelə onun üzvlərinin tələbatlarının ödənilməsi prosesinə de­yilir"

Aydındır ki, müxtəlif tarixi dövrlərdə cəmiyyətin ehtiyaclarını və insanların tələbatlarını ödəmək üçün öl­kə­nin iqtisadi resursları, oradakı mülkiyyət (icma, xüsusi, döv­lət, korporativ, bələdiyyə, qarışıq) formaları, konkret daxili-xarici vəziyyətin mühüm əhəmiyyəti vardır. Lakin ən qədim dövrlərdən başlayaraq bizim günlərə qədər müx­təlif ictimai - iqtisadi quruluş mərhələləri keçmiş insan cəmiyyəti yaşayıb inkişaf etmək üçün hökmən müxtəlif təyinatlı məhsul və xidmətləri istehsal etmiş, bunların böl­güsünü həyata keçirmiş, mübadilə etmiş, nəhayət istehlak məqsədi ilə sərf olunmuşdur.

Нər hansı bir iqtisadi sistemdə - torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti kimi istehsal amillərinin qarşılıqlı əlaqəsi və bir-birini tamamlayan fəaliyyəti əsas şərtdir. İqtisadi sistemin strukturunun (quruluşunun) tərkib hissələri kimi səciyyəldəndirilən bu istehsal amillərinin fasiləsiz hərəkəti və fəaliyyəti, şübhəsiz müəyyən qa­nun­lar, qanunauyğunluqlar, prinsiplər, modellər, (variantlar) əsasında baş verir. İqtisadi sistemin mahiyyətindən və məq­sədindən irəli gələn vəzifəsi, bütövlükdə ölkənin tə­sər­rüfat həyatının normal fəaliyyətinə xidmət göstərmək, əhalinin yaşayış səviyyəsini yüksəltməkdir.

İqtisadi nəzəriyyə (economics) elmi, indiyədək bə­şər cəmiyyəti tarixində mövcud olmuş iqtisadi sistemləri (onların müxtəlif forma, model, variantları da daxil edil­mək­lə) 2 böyük qrupa ayrılır. Birincisi, bazar iqtisadi sis­temi olub, özündə bu sistemin xalis bazar (sərbəst bazar, rəqabət bazarı) və müasir bazar (inhisarçı, korporasiya) for­malarını, yaxud tiplərini birləşdirir. İkincisi, qeyri-ba­zar iqtisadi sistemi adlanıb, özündə ənənəvi əmrlə idarə olunan inzibati-amirlik iqtisadi sistemlərini birləş-dirir. Törəmə bir forma kimi qarışıq iqtisadi sistemi gös-tərmək olar.

Ölkənin iqtisadi resursları və siyasi-ictimai qurulu­şundan asılı olaraq, həm bazar, həm də qeyri-bazar iqtisadi sistemlərinin müxtəlif modelləri mümkündür. Tarixi ardı­cıllıq cəhətdən qeyri-bazar iqtisadi sisteminin qədim­liyinə baxma-yaraq, bazar münasibətləri iqtisadi sisteminin mü­asir dövr üçün əhəmiyyətini nəzərə alaraq, ilk növbədə onun bu formalarından başlamaq lazımdır.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin