6.2. Bazar münasibətləri iqtisadi sistemi
Azad, xalis, sərbəst rəqabət bazarı forması XVIII əsrdən meydana çıxaraq, XX yüzilliyin əvvəllərinə qədər davam etmişdir. Bu bazarın fəaliyyətinin səciyyəvi cəhətləri onun tələb-təklif, çoxsaylı alıcıların-satıcıların iştirakı, azad rəqabət, məlumat toplamaq imkanları, qiy-mətlərin sərbəst formalaşması, dövlətin bazarın işinə qa-rışmaması, inhisarçılığın olmamasıdır. Sərbəst rəqabət ba-zarı öz-özünü tənzimləmək mexanizmi əsasında fəaliyyət göstərir, alıcı tələbatlarının ödənilməsinə yönəlmişdir, iq-tisadi resursların səmərəli bölgüsünü təmin edir, əmtəə-xidmətlərin, kapitalın, əməyin (iş qüvvəsinin) bir sahədən digərinə hərəkətinə (axınına) şərait yaradır.
Xalis rəqabət bazarının çatışmayan cəhətləri sırasında əhalinin həyat səviyyəsindəki fərqləri, insanların sosial müdafiəsinin olmamasını, işsizliyi, müflis olmaq hallarını, tədavüldə kifayət qədər pul kütləsinin olmamasını qeyd etmək olar.
Əlbəttə, sözün əsl mənasında sərbəst bazar anlayışı bir qədər mücərrəd səslənir. Çünki əvvəlki dövrlərdə də, xüsusilə müasir şəraitdə bazarın tam sərbəstliyindən və onun fəaliyyətinə dövlətin müdaxilə edib tənzimləməsindən danışmaq mümkün deyildir. Tənzimlənən bazar, sivil və humanist bir cəmiyyətin inkişafının nəticəsi kimi onun iştirakçısı olan subyektlərin (həm alıcıların, həm satıcıların) ölkənin ümumi milli mənafeyinə uyğun maraqlarının ifadəçisi, habelə müdafıəçisi vəzifəsini yerinə yetirir. Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir ki, bu real prosesdə başlıca şərt - konkret vəziyyətin tələblərindən çıxaraq, bazar sərbəstliyi ilə dövlət tənzimlənməsinin hüdudları arasında optimal nisbətlərin müəyyənləşdirilməsidir.
İnhisarçı, yaxud müasir bazar iqtisadiyyatı forması, XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq, tədricən azad rəqabəti əvəz edərək, müxtəlif ölkələrin təsərrüfat həyatında mühüm yer tutmuşdur. Bu dəyişiklik və yeni bir mərhələyə keçid, müxtəlif mülkiyyət formalarının istehsal-xidmət dairələrində geniş fəaliyyəti, elmi-texniki tərəqqinin güclü irəliləyişi, istehsal və sosial təyinatlı infrastrukturunun əhəmiyyətli dərəcədə inkişafı, dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin sürətlə artması ilə bağlı olmuşdur.
İqtisadi-sosial inkişaf sahəsində baş verən köklü kəmiyyət və keyfıyyət dəyişiklikləri bazasında sərbəst rəqabətdən inhisarçı kapitalizm mərhələsinə keçid prosesi, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini bir zərurət kimi irəli sürmüşdür. Çünki yeni şəraitdə bazarda iri kapital və şirkət sahibləri meydana çıxır, bazar tarazlığı pozulur, iqtisadi böhranlar baş verir, inflyasiya prosesləri güclənir. Sərbəst bazar rəqabəti prinsipləri iri şirkətlərin, korporasiyaların və böyük kapital sahiblərinin "yeni oyun qaydaları" əvəz etdiyindən, iqtisadiyyatın tənzimlənməsi prosesi bu mərhələdə qanunauyğun bir xarakter daşıyır.
Xüsusi mülkiyyətin kiçik fərdi formalarından başlayaraq, onun müxtəlif orta tipli səhmdar cəmiyyətləri, şərikli şirkətləri və ən iri korporativ birliklər, habelə transmilli korporasiya (TMK) formalarına qədər rəngarənglik əsasında fəaliyyət göstərən müasir bazar iqtisadiyyatı (inhisarçı kapitalizm), tədricən öz təsir dairəsini genişləndirməkdədir.
Dostları ilə paylaş: |