6.4. Qarışıq iqtisadi sistem
Qarışıq iqtisadi sistem dövlətin və xüsusi bölmənin (şirkətlərin, ev təsərrüfatlarının) ölkənin resurslarından səmərəli istifadə olunması əsasında, istehsal xidmət, bölgü, mübadilə, istehlak mərhələlərində onların əlaqələndirilmiş qarşılıqlı fəaliyyətini əhatə edir. Son dövrlərdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatında dövlət və xüsusi bölmə ilə yanaşı, eyni zamanda xarici kapital, habelə beynəlxalq işgüzar biznes dairələri də fəal iştirak edirlər.
Bu iqtisadi sistemin ən səciyyəvi cəhəti ondan ibarətdir ki, xüsusi bölmənin istehsal-xidmət dairəsində üs-tünlüyü şəraitində, dövlətin simasında ölkənin təsərrüfat həyatının bir sıra strateji əhəmiyyət kəsb edən sahələrində inzibati (məcburi) ünsürlərindən istifadə olunur. Belə bir qarışıq iqtisadi fəaliyyət şübhəsiz, müəyyən fərq və nisbət daxilində özünü həm yüksək inkişaf etmiş (ABŞ, İngiltərə, İsveç, Almaniya, Yaponiya), həm inkişaf etməkdə olan (Çin, Hindistan, Birma, Misir), həm də keçid dövrünü y-şayan (Rusiya, Belorus, Ukrayna, Azərbaycan, Özbəkistan) ölkələr qrupunda göstərir. Dünya ölkələrinin keçdiyi iqtisadi-sosial inkişaf yolu onların resurs imkanları və gələcək yüksəliş perspektivləri qarışıq iqtisadi sistemin formalaşması səviyyəsinə, dövlətin təsərrüfat həyatının inzibati üsullarla tənzimlənməsi prosesinin hüdudlarını müəyyənləşdirir.
Mütəxəssislərin fıkrincə, yaxın və uzaq perspektivdə müxtəlif ölkələrdə mülkiyyət rəngarəngliyi təməlində fəaliyyət göstərən qarışıq iqtisadi sistem daha mühüm bir rol oynayacaqdır. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin formalaşmasına real imkanlar yaradan qarışıq iqtisadi sistem, cəmiyyətin sabitliyi, istehsalın səmərəliliyi, əhalinin gəlirlərinin artırılması, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha əlverişli imkanlar açır.
Dostları ilə paylaş: |