Mühazirə mətnləri Bakı ­- 2015


Tələb və təklifın dəyişmə dinamikası (elastikliyi)



Yüklə 0,93 Mb.
səhifə72/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

7.5. Tələb və təklifın dəyişmə dinamikası (elastikliyi)
Təsərrüfat həyatı təcrübəsi göstərir ki, bazarda əmtəə-xidmətlərin qiymətinin dəyişməsi, bahalaşması ya-xud ucuzlaşması, şübhəsiz tələb və təklifın həcmində müəyyən dəyişikliklər yaradır. Məhsulun qiyməti ilə onun satış həcmi arasında olan bu dəyişkən asılılıq, tələb və təklifın elastikliyi (həssaslığı) adlanır.

Elastiklik - bir dəyişən kəmiyyətin (tələbin, təklifin, qiymətin, gəlirin) digər dəyişən kəmiyyətə, habelə başqa­larına təsirini göstərir.

Bazar münasibətləri iqtisadi sistemində, diqqəti ən çox cəlb edən tələbin qiymətə və gəlirlərə görə elastik­liyidir. Bu halda müxtəlif variantların olması mümkündür:

  1. tələb artarsa, təklif isə dəyişməz qalarsa, qiymət yüksələcəkdir.

  2. tələb azalarsa, təklif isə dəyişməz qalarsa, qiymət aşağı düşəcəkdir.

  3. təklif artarsa, tələb isə dəyişməz qalarsa, qiymət aşağı düşəcəkdir.

ç) təklif azalarsa, tələb isə dəyişməz qalarsa, qiymət yüksələcəkdir.

Qiymət amilindən asılı olaraq, tələb və təklifın elastikliyi aşağıdakı kimi ifadə olunur:

Tələbin elastikliyi -

Burada - tələbin qiymətlə bağlı elastiklik səviy­yəsini göstərir.

- tələb olunan məhsulun həcmindəki dəyişik­lik­dir.

Q - tələbin əvvəlki həcmidir.

- qiymətin dəyişmiş səviyyəsidir.

P - qiymətin əvvəlki səviyyəsidir.

Təklifin elastikliyi -

Burada - təklifin qiymətlə bağlı elastiklik səviy­yə­sini göstərir.

Göründüyü kimi qiymətlə bağlı tələb və təklifin elas­­tikliyi arasında oxşarlıq vardır. Lakin bu formal və za­hi­ri bir oxşarlıqdır. Əslində mahiyyətcə fərq bundadır ki, tələbin elastikliyinin müəyyənləşdirildiyi halda gös­təricisi alıcı tərəfindən tələb olunan məhsulun həc­min­də­ki dəyişikliyi əks etdirir. Təklifın elastikliyi müəy­yən­ləş­diril­dik­də isə göstəricisi satıcı tərəfindən təklif olu­nan məhsulun həcmindəki dəyişikliyi əks etdirir.

Elastiklik səviyyəsini aydınlaşdırmaq üçün elastik-lik vahidindən istifadə olunur. Elastiklik vahidi dedikdə, qiymətin azalıb-artmasının tələb və təklifin səviyyəsindəki dəyişikliyə uyğunluğu, yaxud bərabərliyi başa düşülür. Məsələn, məhsul və xidmətlərin qiyməti 2 dəfə aşağı düş-müşsə, eyni zamanda həmin məhsul-xidmətlərin satış həc-minin 2 dəfə artması nəticəsində əldə olunmuş pul məb-ləği dəyişməmişsə, bu halda elastiklik vahidə, yəni E=l olacaqdır. Əksinə, əmtəə-xidmətlərin qiymətlərinin 2 dəfə bahalaşması, tələbin həcminin 2 dəfə aşağı düşməsi ilə nəticələnmişsə, bu halda da satışdan əldə olunmuş məbləğ dəyişmədiyindən elastiklik vahidə, yəni E=l olacaqdır. Elastiklik vahidi (əmsalı) belə müəyyənləş­di­rilir:

Qiymət amilindən asılı olaraq, tələb və təklifın bu əmsaldan kənarlaşma halları, yəni E>1 olduqda, həmin kə-miyyətlər elastik, E<1 olduqda isə qeyri-elastik sayıla-caqdır.

Nəzərə alsaq ki, satışdan əldə edilmiş məbləğ (R) məhsulun - xidmətin qiyməti (P) ilə onun bazara çıxarılan və reallaşdırılmış kəmiyyəti (Q) hasilinə bərabərdir, о zaman: olacaqdır. Bu halda E=l kimi qəbul edilir. Əgər qiymətin azalması nəticəsində satışın artma­sın­dan əldə edilmiş məbləğ, qiymətin azalmasından itiri­lən məbləğdən çox olarsa, bu halda elastiklik təmin edilə­cək və E>1 kimi işarə olunacaqdır. Əksinə, qiymətin aşağı düşməsindən itirilmiş məbləğ, bunun nəticəsində əldə edil­miş məbləğdən artıq olarsa, bu hal qeyri – elas­tiklik ki­mi səciyyələndirilərək, E<1 kimi işarə oluna­caq­dır.

Bunu aydınlaşdırmaq üçün fərz edək ki, taxıl satışı ilə məşğul olan şirkət hər gün bazara 200 sentner məhsul çıxarır və 1 sentnerini 15 dollara reallaşdırır.

Bu halda:

200 sentner x 15 dollar - 3.000 dollar (E-l)

Həmin şirkət bu qiyməti 14 dollara endirsə, burada iki vəziyyət yarana bilər: birinci halda, taxıl satışı 50 sentner, ikinci halda isə cəmisi 10 sentner arta bilər. De­mə­li, birinci halda:

250 sentner x 14 dollar = 3.500 dollar (E>1)

İkinci halda isə:

210 sentner x 14 dollar = 2.940 dollar (E< 1)

7) İqtisadi nəzəriyyəyə A.Marşall tərəfindən bir kateqoriya kimi daxil edilmiş elastiklik - qiymət, tələb və təklifin ayrı-ayrılıqda hər birində baş verən dəyişikliyin digərlərinə necə təsir etdiyini göstərir. Qiymətin dəyiş­mə­sindən tələb və təklifdə baş verən proseslər daxili (endo­gen) xarakterli asılılıq kimi səciyyələndirilir. Əgər baş verən dəyişikliklər digər səbəblərlə bağlı olarsa, bu hal xarici (ekzogen) asılılıq kimi qiymətləndirilir.

Qeyd etmək zəruridir ki, elastiklik alıcıların satışda olan əmtəələrin və göstərilən xidmətlərin qiymətlərin enib-­qalxmasına münasıbəti, habelə konkret reaksiyasıdır. Aydındır ki, bazar qiymətlərinin formalaşması və səviy­yəsi alıcıların tələblərinə az-çox öz müsbət, yaxud mənfı təsirini göstərir.

Lakin həyatda elə hallar ola bilir ki, qiymətin kəs­kin surətdə qalxması, yaxud da aşağı düşməsi tələbi çox az dəyişir, bəzən isə ona heç bir təsir göstərmir. Belə bir vəziyyət, tam mənada qeyri-elastik tələb adlanır. Mə­sə­lən, bir sıra zəruri ərzaq məhsullarına, dərmanlara, yanacağa qiymətlərin artmasına baxmayaraq, onlara olan tələbat bə­zi hallarda az dəyişəcək, əksər hallarda isə heç dəyiş­mə­yəcəkdir.

Bunun əksinə olaraq, satışdakı teleskopların, mikro­skop­ların xüsusi təyinatlı cihazların qiymətlərinin əhəmiy­yətli dərəcədə endirilməsi, yəqin ki, alıcılarda onları əldə etmək həvəsini artırmayacaqdır. Gündəlik zəruri istehlak məh­sulları, paltar, ayaqqabı, sabun, ətriyyat, meyvə satı­şın­da qiymətlərin ucuzlaşması, onlara tələbi xeyli artı­ra­raq, həmin tələbi elastik edəcəkdir. Tələbin elastiklik sə­viyyəsinin dəyişməsi zəif, orta və kəskin formalarda ola bilər.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin