7.4. Tələb və təklifin bazar tarazlığı Bazara çıxarılan əmtəə-xidmətlər tələb və təklifin təsiri altında formalaşan müəyyən bir qiymətə satılır. Ba-zar münasibətləri iqtisadi sistemində onun fəaliyyət me-xanizminin tərkib hissəsi sayılan qiymətin düzgün formalaşması, sağlam iqtisadiyyatın inkişafında mühüm rol oy-nayır. Çünki qiymət vasitəsiylə istehsalçılarla istehlakçılar, şirkətlərlə dövlət, əhali ilə dövlət arasındakı münasibətlər tənzimlənir. Qiymət-istehsal və istehlak proseslərinin son nəticələrini özündə yekunlaşdıran, onun nə dərəcədə səmərəli aparıldığını özündə əks etdirən ölçü meyarıdır. Bazar qiyməti isə orada reallaşdırılan hər hansı bir əmtəənin-xidmətin konkret ifadəsidir.
Bazarda yaranmış vəziyyətlə bağlı, bu və ya digər məhsul öz qiymətindən (dəyərindən) baha satıla bilər. Buna səbəb, həmin məhsula (xidmətə) bazarda tələbin təklifdən çox olmasıdır. Bu halda üstünlük istehsalçının və satıcının tərəfində olduğundan, həmin yüksək qiymət - təklif qiymətiadlanır.
Eyni zamanda mümkündür ki, müxtəlif səbəblərlə bağlı, bazarda alıcılara təklif olunan ayrı-ayrı məhsulların yaxud xidmətlərin həcmi (miqdarı), alıcıların tələbindən xeyli çoxdur. Təbiidir ki, bu halda (əlbəttə, müəyyən is-tisnalarla) tələb qiyməti, həmin əmtəələrin-xidmətlərin bazar qiymətindən aşağı olacaqdır. Belə bir vəziyyətdə bazarda formalaşan qiymətə - tələb qiymətideyilir.
L akin, adətən bazar üçün səciyyəvi olan müəyyən qiymət enib-qalxmalarını nəzərə almasaq, orada tələblə təklifin səviyyəsinin şərti nisbi sabitliyi (bərabərliyi) prinsipini əsas götürsək, bazarda tarazlıq qiyməti əmələ gəlir. Bazarda tarazlıq qiyməti dedikdə, müəyyən bir vaxt (ay, rüb, il) ərzində mövcud qiymətlər şəraitində məhsullar – xidmətlər təklifinin ümumi həcmi ilə həmin mallara alıcı tələbi arasında müəyyən uyğunluq başa düşülür. Həmin asılılığı sxem (qrafık) şə-kildə belə göstərmək olar:
Bazarda yaranmış tələblə təklifin tarazlıq səviyyəsi və buna uyğun formalaşan müvafıq tarazlıq qiyməti, vahid bir prosesin əks tərəfləri kimi çıxış edən tələblə təklifın konkret vaxtla üst-üstə düşə biləcəyini göstərir. Amma qeyd etmək zəruridir ki, bu hal bazar münasibətləri iqti-sadi sistemi şəraitində ötəri və dəyişkən bir xarakter da-şıyır. Bazarda baş verən müxtəlif proseslər rəqabət, qiy-mət, vergilər, habelə digər daxili və xarici amillərin təsiri altında həmin tarazlıq vaxtaşırı pozulur. Çünki bazar də-yişkən və dalğalanan dənizi xatırlatdığından, burada taraz-lıq vəziyyəti müvəqqəti, qeyri-sabitlik isə daimidir.