Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə12/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   189
2019-04-25 12-07-55

İsmin quruluşca növləri
Leksik-lüğəvi məna baxımından çox zəngin olan isimlər quruluşca da zəngindir. İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə isimlər yalnız bir kökdən və qrammatik şəkilçidən ibarət olur: su, hava, bulaq, dəftərim, dəftəri, atası, oğullar, qızlarımız, küçələriniz, kəndin, şəhərdə, kitabdan və s. Düzəltmə isimlər bir köklə bir və ya bir neçə leksik şəkilçidən ibarət olur. Müxtəlif nitq hissələrinə leksik şəkilçilər artırmaqla yaranan düzəltmə isimlər Azərbaycan dilində xüsusi bir yer tutur. Ədəbi dilimizdə işlənən düzəltmə isimlər, əsasən, 4 qismə ayrılır:
1) Azərbaycan dili şəkilçiləri ilə dilimizə məxsus isim, sifət, say və əvəzliklərdən, eləcə də başqa dillərdən alınmış isim və sifətlərdən düzələnlər. Bu qrupa daxil olan düzəltmə isimlər aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:
-lıq, -lik, -luq, -lük: Bu şəkilçi xasiyyət, qohumluq, peşə, hal-vəziyyət, yer, əşya və keyfiyyət bildirir. Məsələn, insanlıq, müəllimlik, gözlük, yaxşılıq, meşəlik, güllük, odunluq;
-çı,-çi, -çu, -çü: Bu şəkilçi də insan, peşə, sənət, vəzifə və s. mənalarını yaradır. Məsələn, yazıçı, arabaçı, milyonçu, çayçı, zurnaçı, gəmiçi və s.
Qeyd. S. Cəfərov -çı,-çi, -çu, çü şəkilçisinin qədim türk dilində adam, insan mənasında işlənən “kişi” sözündən əmələ gəldiyini ehtimal edir. Bu şəkilçi müxtəlif mənaları ifadə etsə də, yenə də insan məfhumu ilə bağlanır.
-ça- çə; -cıq, -cik, cuq, -cük; -cığaz,-ciyəz, cuğaz, cüyəz: Bu şəkilçilər vasitəsilə kiçiltmə və əzizləmə məzmunları yaradılır. Məsələn, meydança, dəftərçə, quşcuğaz, evcik, gəlincik. Bəzən də ayırma, seçmə, kinayə məzmunlu isimlər formalaşır: Mənciyəz bu işə qarışmıram.
-lı, -li, -lu, -lü: Bu şəkilçi vasitəsilə soyad, ailə, nəsil, mənsubluq, sülalə, yer (toponim), sahiblik və s. mənalar yaradılır. Məsələn, Qədirli, Şıxlı, şəhərli, dağlı, Qaraqoyunlu, Qədirli, Eyyublu, Bayramlı, Əibəyli və s.
-ı, -i: Nisbətən az məhsuldar şəkilçidir. Əsasən, isimlərdən rəqs adları bildirən isimlər yaradır: “Dilqəmi”, “Ruhani”, “İnnabı”, “Heyratı” və s. Çırpıb pillələrə son ümidimi, “Vağzalı” üstündə dəfn eylədilər. (N. K.)
-daş: Bu şəkilçi həmrəylik, ortaqlıq, iştirak mənaları yaradır. Məsələn, yoldaş, əməkdaş, cığırdaş. Şəkilçinin etimologiyası ilə bağlı maraqlı fikirlər mövcuddur. H. Mirzəzadə K.Q.Zalemana istinadən -daş şəkilçisinin etimologiyası ilə bağlı yazır: “ -daş şəkilçisi da+eş hissələrindən ibarətdir. -“da” ismin yerlik halı, “eş” isə yoldaş, ortaq deməkdir. ... Doğrudan da, dilimizdə işlətdiyimiz vətəndaş, sirdaş, silahdaş, hətta bu gün artıq öz ibtidai formasını itirmiş qardaş (qarındaş nəzərdə tutulur) sözünün semantikasında bunu aydın görmək olur”. -gil: qohumluq, topluluq, mənsubluq məzmunu yaradır. Məsələn, qardaşımgil, atamgil, Rasimgil, Əşrəfgil, bacımgil və s.
-laq: Qeyri-məhsuldar şəkilçidir. Əsasən, təkhecalı isimlərə artırılaraq yer, məkan anlayışı formalaşdırır. Məsələn, çaylaq.
Bu şəkilçidən əlavə, dilimizdə bir sıra isim düzəldən qeyri-məhsuldar şəkilçilər də vardır. Onların bəzilərini nəzərdən keçirək:
-ey: yer, məkan anlayışını bildirir: güney (gün düşən yer), quzey (gün düşməyən yer). Quzey sözündə şəkilçini kökdən ayırmaq mümkün deyil, şəkilçi daşlaşmış formadadır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin