Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Felin təsriflənən şəkilləri: Əmr şəkli



Yüklə 319,77 Kb.
səhifə81/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   189
2019-04-25 12-07-55

Felin təsriflənən şəkilləri: Əmr şəkli
Felin əmr şəkli əmr, məsləhət, nəsihət, çağırış, istək və s. məna çalarlığını bildirir. Felin bu formasının özünəməxsus morfoloji göstəricisi yoxdur. Ona görə də əmr formasının morfoloji modeli belədir: felin kökü + şəxs sonluğu + əmr intonasiyası. Məsələn, mən alım, sən al, siz alın, o yazsın və s.
Felin əmr şəkli zamana görə dəyişməsə də, yəni xüsusi olaraq zaman şəkilçisi qəbul etməsə də, mənaca gələcək zamanı bildirir. Çünki əmr gələcək üçün verilir. Felin əmr şəklinin aşağıdakı xüsusiyyətləri vardır:
1. Əmr şəkli şəxslər üzrə aşağıdakı qaydada dəyişir:
Tək Cəm
Mən alım (başlayım) Biz alaq (başlayaq)
Sən al (başla) Siz alın (başlayın)
O alsın (başlasın) Onlar alsınlar (başlasınlar)
Klassik ədəbi dilimizdə, “KDQ” dastanında əmr şəklində I şəxsin cəmi -aq2 şəkilçisi ilə yanaşı, -alım2 şəkilçisi, II şəxsin təki isə -gil (-ğıl) şəkilçisi ilə düzəlmişdir. Türkiyə türkcəsində də -alım2 şəklində işlənir. Məs.: Yürüyəlim, bəylər! Av avlayalım, quş quşlayalım, sığın, keyik yığalım, qayıdalım, otağımıza düşəlim, yeyəlim, içəlim, xoş keçəlim. (KDQ) Hey, Dirsə xan! Yerindən urı durğıl! Ala çadırın yer yüzünə dikdirgil! Atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil! İç Oğuzun, Daş Oğuzun bəylərin üstünə yığnaq etgil! (KDQ) Qızı istərsəniz, alıb gedəlim, Həm də kim qarşı çıxsa, məhv edəlim. (H.C.)
2. Əmr şəkli şərt, vacib, arzu şəkillərinin sinonimi kimi işlənə bilir. Məs.: 1.Yaxın olsun, ya uzaq, Dərə olsun, ya da dağ, Məni kim saxlayacaq, Təki sən səslə məni. 2. Oğul gərək belə atanın qədrini bilsin (bilməlidir).3. Yerdə olsun, ya göydə, ya da bir atın nalı ilə dırnağı arasında gizlənsin, vuranı tapıb qolu bağlı hüzurunuza gətirəcəyəm (olsa, gizlənsə).
3. Əmr şəklinin mənasını qüvvətləndirmək üçün bu şəkildən əvvəl və sonra müəyyən qüvvətləndirici ədatlar işlənir. Buraya qoy, qoyun, ha, da, də, barı, təki, bircə ədatları daxildir. Məs.: 1.Qoy var olsun Azərbaycan! 2. Unutma ha, de!
4. Felin əmr şəkli təkcə əmr deyil, istək, qəzəb, nifrət, öyüd, çağırış, nəsihət, yalvarış, xahiş, alqış, qarğış və s. bildirir. Məsələn:
Bir məclisə varsan, özünü öymə,
Şeytana bac verib kimsəni söymə. (öyüd-nəsihət)
Əgər qüvvətlisən, zəifi döymə,
Demə, var qüvvətim, qolum yaxşıdır. (X. Qasım) Vaqif! İndi get, saray həyatını büsbütün tərk et! (S.V.) (əmr)
Səhər-səhər çıx qarşıma,
Dur başına dolandığım. (xahiş, yalvarış)
Oğrun gözlə qıyqacı bax,
Gör, başına dolandığım.
(H. Bozalqanlı)
Dərdə bax, millətə bax, niyyətə bax, (istehza, kinayə)
Ölülərdən ölülər feyz alacaq.
(H.Cavid )
Qazılıq dağı, axar sənin suların
Axar ikən axmaz olsun!
Qaçar sənin keyiklərin, Qazılıq dağı,
Qaçarkən qaçmaz olsun, daşa dönsün! (qarğış)
Qarlı qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın kəsilməsin! Qadir tanrı səni namərdə möhtac eləməsin! Çaparkən ağ-boz atın büdrəməsin! Ağ saqqallı baban yeri uçmaq (cənnət) olsun! Ağ birçəkli anan yeri behişt olsun! (alqış). (Kitabi-Dədə Qorqud)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin