Yalan danışan və həmçinin eləyəndən sonra “Mən eləmədim”, – deyən kəs cəhənnəmə düşür. Axı, o da, digəri də ölümdən sonra bərabərdirlər; alçaq əməllər sahibləri o dünyada bərabərdirlər.
307
Boyunları sarıya bürünənlərin bir çoxları dhammaya pis riayət edirlər və həddlərini qoruyan deyillər. Alçaqlar öz alçaq əməlləri ucundan cəhənnəmdə doğulurlar.
308
Alov kimi qızğın dəmir kürəni udmaq daha yaxşıdır kafir və həddi aşana, nəinki ölkənin zəkatından istifadə etmək.
309
Başqasının arvadını istəyən qafil insan dörd şeyə sahib olacaq: şərəfsizlik, yuxusuzluq, üçüncüsü, cəza, dördüncüsü, cəhənnəm.
310
Şərəfsizlik və pis yol; qorxmuşun (kişinin) qorxmuşla (qadınla) qısa ləzzəti və padşahın ağır cəzası. Odur ki, qoy insan başqasının arvadına yol axtarmasın.
311
Ehtiyatsız tutulduqda kus otu əli kəsdiyi kimi, düzgün sürülmədikdə zahid həyatı da cəhənnəmə aparır.
312
Qafil görülmüş əməl, yerinə yetirilməyən əhd, tərəddüdlü mərifət – bütün bunlar böyük mükafat gətirmir.
Pis görülmüş əməldən görülməmiş əməl yaxşıdır; zira pis əməl yada düşdükcə əzab verir. Xeyirli əməl yaxşı görülmüş əməldir, zira onu gördükdən sonra peşman olmursan.
315
Daxildən və xaricdən qorunan sərhəd şəhəri kimi qoru özünü. Vaxt itirmə, zira vaxtı itirmişlər cəhənnəmdə kədərə düşürlər.
316
Yanlış baxışlara riayət edənlər, utanması gərəkməyən şeylərdən utananlar və utanılası şeylərdən utanmayanlar pis yola düşürlər.
317
Yanlış baxışlara riayət edənlər, qorxmaq lazım gəlməyəndə, təhlükə görənlər və qorxmaq lazım gələndə, təhlükəni görməyənlər pis yola düşüşürlər.
318
Yanlış baxışlara riayət edənlər, qadağanın olmadığı yerdə qadağa görənlər və qadağanın olduğu yerdə qadağanı görməyənlər pis yola düşürlər.
319
Doğru baxışlara riayət edənlər, qadağa olunmuşu qadağa olunmuş, qadağa olunmamışı qadağa olunmamış kimi bilənlər doğru yola düşürlər.