73
kəsiyi azaldığından o da azalmıĢ olur, havadan keçən isə
artmıĢ olur. Belə ki, MB-nin sabit maqnitinin sahə
gərginliyi sabit qalır. Holl çeviriciləri F
0
maqnit selini və
həmçinin F
A
səpələnmə maqnit selinin tangensial
toplananını ölçür. Çeviricilərin bloklarından alınan
informasiyalar iki kanalla: en kəsiyin itkisi kanalı (EKĠ)
və lokal zədələr (LZ) kanalı ilə əldə edilir.
Kompüterdə emal edilən və zədələrin analiz edilməsi
nəticəsində alınanlara əsasən kanatın en kəsiyinin ümumi
itkisi və kanatın xarici və daxili lokal zədələrini
qiymətləndirmək mümkündür.
Polad kanatların defektoskopiyasında ən mürəkkəb
məsələ, kanatların muftaya kip bağlandığı yerdə (məf-
tillərin ən çox korroziyaya uğradığından) onlara nəzarət
olunmasıdır. Bunların yaranma səbəblərinin ən baĢlıcası
bir neçədir. Əvvəla muftanın tez əriyən ərintilərlə (sink,
babbir və s.) uc hissəsinin doldurulması zamanı turĢularla
aĢınmasıdır, ikincisi muftaya kanatın daxil olduğu hissədə
5...10sm uzunluğundakı hissənin yumĢaq məftillə sarındı-
ğından oraya toz və nəm yığılmasına səbəb olur.
Dostları ilə paylaş: