Praktik psixologiya



Yüklə 26,45 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü26,45 Kb.
#41029
1   2   3   4   5   6   7   8
tehsilde-psixoloji-xidmet-ve-psixoloji-praktikum-tspx3

Ikinci mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial – iqtisadi sabitliyini təmin edən təxirəsalınmaz məsələlərin həlli, həmçinin islahatın aparılması üçün kadr, maliyyə, maddi – texniki təminatın, yeni idarəetmə modelinin yaradılmasının təmin edilməsi nəzərdə tutulmuşdur.

Üçüncü mərhələ 2004 – cü ildən sonrakı uzunmüddətli dövr ərzində aparılacaq köklü islahat prosesini əhatə edir.

Islahat Proqramında konkret olaraq 128 tədbirin keçirilməsi nəzədə tutulmuşdur. Ötən illər ərzində İslahatın həyata keçirilməsinin hüquqi – normativ bazası yaradılmış, 2004 – cü ildən etibarən isə köklü islahatlar mərhələsi başlanmışdır.



Azərbaycan Respublikasının prezidentinin 13 iyun 2000 – ci il tarixli “Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ali və orta ixtisas təhsilli sistemində struktur və status dəyişiklikləri həyata keçirilmiş, yeni tipli ali məktəb – Azərbaycan Müəllimlər İnstitutu və onun bölgə filialları, həmçinin Təhsil Problemləri İnstitutu adlı yeni statuslu elmi – tədqiqat mərkəzi yaradılmışdır. Respublikada Ali Təhsil sisteminin Boloniya prosesinə inteqrasiyası istiqamətində ciddi addımlar atılmış, 2005 – ci ilin may ayından Azərbaycan Boloniya prosesinə qoşulmuş, 2008 – ci ildən etibarən həmin sistemə tam şəkildə keçidin təmin olunması nəzərdə tutulmuşdur.

2006 – cı ildə “Azərbaycan respublikasında ümumi təhsilin Milli kurrikulumu” layihəsi hazırlanmış və geniş müzakirədən sonra çərçivə sənədi olub, ümumi təhsil üzrə məzmun standartlarını və təlim nəticələrini, pedaqoji prosesin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn proqramlarının strukturunu əhatə edir. Milli kurrikulum layihəsində orta təhsilin hər üç pilləsində təhsilin məqsədi, ümumi nəticələri, hər bir pillədə tədris olunan fənlər, onların tədrisi varisliyinin əsaslandırılması, hər bir konkret fənn üzrə təlim nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur.
Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin