Elmilik – müayinələrin keçirilməsində sınaqdan çıxarılmış, etibarlı metodikalardan istifadə. Psixoloji informasiyanın analitik təhlili üçün riyazi statistikadan istifadə, psixoloji və sosioloji proseslərin modelləşdirilməsi.
Məxfilik – sosial – psixoloji xarakterli məlumatlardan korrekt istifadənin zəruriliyi. Bütün növ işlərin uşağın və ya onun valideynlərinin razılığı ilə keçirilməsi. Uşaq haqqında şəxsi informasiyanın yayılmasının yolverilməzliyi;
Müvafiqlik – xidmətin məqsəd və vəzifələrinin təhsilləndirici prosesin imkan və tələbatlarına uyğunluğu;
Səriştəlilik – mütəxəssisin işində peşəkarlıq və məharət;