Son illər psixologiya elminin sürətlə inkişak etməkdə olan sahələrindən biri praktik psixologiyadır. Onun meydana gəlməsi istehsal, tibb, hüquq, ailə və nikah, əməyin elmi təşkili və s.praktik fəaliyyət sahələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika və konstulsiya kimi tətbiqi ehtiyacların tələbləri ilə şərtlənmişdir. Praktik psixologiya psixoloq – mütəxəssisin fəaliyyətinin strategiya və taktikasını müəyyən edən iş prinsiplərinin və peşəkar ustanovkalarının özünəməxsus sistemidir. Onun tərkibində fərdi və qrup psixoterapiyası, ünsiyyət treninqi, ailədaxili münasibət məsələləri ilə bağlı psixoloji məsləhətlər və məktəb psixoloji xidməti diqqəti xüsusi olaraq cəlb edir.
XXI yüzillikdə Azərbaycan məktəbinin, bütövlükdə təhsil sisteminin uğurları bütün başqa şərtlərlə yanaaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən, psixoloji xidmətin təhsil sistemindəki rolundan asılı olacaqdır.
Dostları ilə paylaş: |