Psixoloji korreksiya adlanan dördüncü istiqamət psixoloqun uşağa və yaşlıya mövcud qüsurların və çatışmazlıqların aradan qaldırılması məqsədinə xidmət edən birbaşa təsir göstərməsini nəzərdə tutur. Bu istiqamətdə çalışan praktik psixoloq psixokorreksiyanın psixoterapiya, sosial – psixoloji trenninq, autotrenninq, birbaşa hipnotik təlqin texnikasını, müştəriyə təlqinedici təsir üsullarını peşəkarcasına mənimsəmiş olmalıdır.
Bu gün Azərbaycanda totalitar və avtoritar sistem demokratik cəmiyyətlə əvəz olunmuş, təhsil sistemi inzibati buxovlardan azad olunmuşdur. Yeni pedaqoji strategiya və taktika, konsepsual – strateji məqsədlər müəyyənləşdirilmiş, beynəlxalq aləmə inteqrasiya prosesləri güclənmişdir. Təlim – tərbiyə prosesində yeni mütərəqqi pedaqoji texnologiyalar, inkişaf və diaqnostika texnologiyaları bərqərar olmuşdur. Təhsil sistemi yeni innovativ metod və vasitələrin öyrənilməsi üçün eksperimental meydançaya çevrilmişdir.
Cəmiyyətin sürətlə informasiyalaşması, demokratikləşməsi, təhsilin rolunun artması Avropa və dünya təhsil məkanına inteqrasiyası Azərbaycanın təhsil sistemində əsaslı islahatların aparılması zərurətini yaratmışdır. Azərbaycanda təhsil islahatının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Birinci mərhələ hazırlıq mərhələsi adlanır və bu bir il müddətində - 1999 – cu ildə Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsilalma hüququnu təmin edən yeni təhsil sisteminin hüquqi – normativ bazasının yaradılmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |