Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -3



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə16/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   12   13   14   15   16   17   18   19   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -3
1. Hər hansı bitkinin nəmliklə optimal təmin olunmasının aşağı və yuxarı həddini göstərin. Bu 
hədd nə ilə təyin edilir?
2. Tarla rütubət tutumunun yol verilən həddinin həcmi torpağın hansı aqrofiziki 
göstəricilərinin parametrlərindən asılıdır ? 
3. Torpağın hansı nisbi rütubəti zamanı xırda kökcüklərin məhv olması baş verir və bu 
məhsulun həcminə necə təsir edir? 
4. Paxlalılar fəsiləsinin bitkilərində zülalın miqdarının azalmasına torpaqda nəmlik 
çatışmamasının təsiri mexanizmi necədir? 
5. Nəmlik çatışmazlığına münasibətdə paxlalıların növ spesifikliyi nə ilə şərtlənir?
6. Suvarma qabağı torpağın nəmlik həddi hansı parametrlərə görə müəyyən edilir?


18 
 
 
FƏSİL 4. BİOLOJİ AZOT
Ekoloji, aqrotexniki və iqtisadi əhəmiyyəti. 
Havanın bioloji azotunun təsbit olunması bitki 
zülalı probleminin həllində əsas vasitədir. Havanın azotunun bioloji dövrana qoşulması sayəsində 
əlavə olaraq zülal istehsalı təmin edilir. Əlverişli şəraitdə azot təsbit etmə qabiliyyətinə malik olan 
bitkilərin zülal məhsuldarlığı, belə qabiliyyətə malik olmayan bitkilərin zülal məhsuldarlığını çox 
dəfə ötüb keçir.
Azotun simbiotik təsbit olunması hesabına alınan məhsullar insanlar və heyvanlar üçün 
zərərsiz olan yüksək qida və yem keyfiyyətinə görə fərqlənirlər. Bitkilərin tərkibində zülalın 
miqdarının əhəmiyyətli dərəcədə artmasını sınaqdan keçirmək və vahid sahədən onun toplanmasını 
yüksəltmək üçün çoxlu mineral azot gübrəsi hesabına vegetativ kütlədə nitratların toplanması gedir, 
məhsulun keyfiyyəti kəskin azalır. Yem və qida məhsullarının tərkibində yüksək miqdarda azotun 
oksidləşmiş formasının olması maddələr mübadiləsi, hərəkətverici - dayaq və əsəb sistemi, genetik 
pozulmalar və generativ orqanların xəstəliyini yaradır. İş orasındadır ki, azot oksidi hemoqlobinin 
funksiyasını təcrid edir (blokadaya almaq) və orqanizm oksigen çatışmazlığından əziyyət çəkir. 
Su hövzələrinin və qrunt sularının azot oksidi ilə çirklənməsinin qarşısını almaq üçün, 
müəyyən dərəcədə hava azotunun bioloji təsbit olunma vasitəsi ilə ətraf mühitin qorunması 
problemini həll etmək mümkündür. Simbiotik azot təsbit etmək qabiliyyətinə malik olmayan qeyri-
paxlalı bitkilərin yüksək zülal məhsulunu çoxlu normada mineral azot tətbiq etmədən təmin etmək 
mümkün deyil. Bu azotun bir hissəsi oksid halında su hövzələri və qrunt sularına düşür, onların 
qatılığı bəzən yol verilən hədd normasını ötüb keçir. Oksidlər su vasitəsi ilə insan orqanizminə daxil 
olaraq kanserogen adlanan nitroz birləşmələrinə çevrilir və bir neçə aylar və hətta illər keçdikdən 
sonra bəd şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Bir çox ölkələrdə onkoloji xəstəliyin artması 
azot gübrəsinin böyük dozalarda tətbiq edilməsi və qrunt sularında nitratların yüksək miqdarda 
olması ilə üst-üstə düşür. Hətta paxlalı bitkilərdə zülal toplanması zamanı (hektara 3 tondan artıq) 
hava azotunun simbiotik yolla təsbit olunmasında təhlükə yoxdur.
Atmosfer azotunun simbiotik yolla təsbit olunması sayəsində, məhsul vahidi üçün enerji 
sərfinə qənaət olunması təmin edilir. Məsələn, azot gübrəsinin hesabına alınan 1 kq qılçıqsız 
tonqalotu zülalı üçün enerjinin maya dəyəri 65 MCol, bioloji azotun iştirakı ilə əldə edilən 1 kq 
yonca zülalı 21, çəpişotu isə 14 MCol təşkil edir. 
Hava azotunun təsbit olunması olduqca enerji tutumlu prosesdir. Bir ton azotun texniki yolla 
təsbit edilməsi və onun mineral azot formasına çevrilməsinə 80 QCol yaxın enerji sərf olunur. 
Azotun simbiotik təsbit olunması fotosintez prosesində toplanan (akkumulyasiya) günəş 
enerjisinin hesabına həyata keçir. 
Havanın bioloji azotunu fəal təsbit edən paxlalı bitkilər becərilməklə torpağın təbii 
münbitliyini saxlamaq və hətta geniş təkrar istehsal hesabına problemi həll etmək olar. Yonca və 
üçyarpaq kimi yüksək məhsuldar bitkilər becərildikdən sonra yaxud vegetasiya müddətində 
torpaqda kök və kövşən qalıqları ilə bitkinin apardığından daha çox, bir hektarda 80-100 kq azot 
saxlayır. Bitki qalıqlarının sonrakı təsir zamanı bir hektardan 1,5-2,0 ton əlavə dən əldə etmək üçün 
bu azot (2-3 il) kifayət qədərdir. Beləliklə, hava azotunun simbiotik təsbit olunması zaman paxlalı 
bitkilər yalnız yüksək zülallı məhsulla təmin edilmir, ancaq növbəli əkində sonrakı bitkinin məhsulu 
artır, torpağın münbitliyi mühafizə olunur.
Azotun bioloji yolla təsbit olunmasında aktinoriz (şüalı göbələklər) simbioz və sərbəst 
yaşayan diazotroflar (iki dəfə artıq azot mənimsəyən) müəyyən zənginlik gətirə bilərlər. 
Paxlalı bitkilərlə fır bakteriyalarının müştərək simbiozu daha çox praktiki maraq yaradır.
Azotun təsbit olunması torpağın üzvi maddələrinin enerjisindən və bitki ekssudantlarından 
(son dərəcə məhdud) istifadə edən sərbəst yaşayan diazotrof bakteriyalardan fərqli olaraq, azotun 
simbiotik yolla təsbit olunması fotosintez prosesində bitkilərdə toplanan günəş enerjisinin hesabına 
gedir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin