21
fosforu hasil etmək qabiliyyətinə malikdirlər. Yem paxlası, lobya və soya belə bir qabiliyyətə malik
deyillər. Beləliklə, maksimal simbiotik fəallığı realizə etmək üçün fosfor gübrəsinin minimal
xərcləri zamanı konkret bitkinin fosforla təmin edilməsinin fərdi tələbatını və onun torpaqdakı
miqdarını nəzərə almaq zəruridir.
Kalium plastik maddənin bitkidə hərəkət etməsinə köməklik göstərir (səbəb olur), simbiotik
sistemi fotoassimlyatla daha yaxşı təmin edir. Kalium çatışmayan zaman azotun simbiotik yolla
təsbit olunmasının fəallığı (aktivliyi) məhdudlaşır.
Hava azotunun paxlalı bitkilər tərəfindən fəal mənimsənilməsi üçün mikroelementlərlə, ilk
növbədə bor və molibdenlə kifayət qədər təmin olunması zəruridir. Bor damarlı-şəbəkəli sistemin
daha yaxşı inkişafına, yumurcuqların energetik materialla təmin edilməsinə səbəb olur. Turş və zəif
turş torpaqlarda bor mütəhərrik formada, bitkilərin mənimsəyə biləcəyi vəziyyətdə olur və bor
gübrəsi tətbiq edilmir. Turş torpaqları əhəngləyən zaman və neytral və qələvi reaksiyalı torpaqlarda
bor bitki üçün əl çatmaz vəziyyətə keçir və paxlalı bitki altına bor gübrəsi – borlaşdırılmış
superfosfat yaxud hektara 1 kq bor turşusu vermək lazımdır.
Molibden azotu təsbit edən ferment kompleksi
Dostları ilə paylaş: