Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə15/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   11   12   13   14   15   16   17   18   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Rhizobium
) ayırır (alır), 
enerji çatışmazlığından hava azotunun müştərək təsbit olunması əvvəlcə aşağı enir, ancaq sonra 
tamamilə dayanır. Fırların məhv olması başlayır. Orta Asiyada suvarma rejiminin pozulması zamanı 
soyanın kökündə fırlar əmələ gəlmir. Rusiyanın Stavropol diyarında da suvarılmayan yonca bu 
səbəbdən fır bakteriyaları ilə müştərək fəaliyyətə daxil olmurlar, eləcə də Aşağı Volqaboyu 
ərazisində noxud bitkisi vegetasiya müddətində rhizobium əmələ gətirmirlər. Nəticədə paxlalı 
bitkilər təkcə su stressini yox, lakin azot qidasının kəskin çatışmazlığının da acısını çəkir. Torpağın 
nəmliyi atmosfer çöküntüləri yaxud suvarma hesabına bərpa olunduqdan sonra köhnə fırlar bərpa 
olunmur, lakin kök sisteminin ətrafında azotu təsbit edən yeni xırda fırlar əmələ gəlir. Ancaq, bitki 
müəyyən dövr müddətində su stressinin uzun çəkməsinin davamından asılı olaraq, su və azot 
çatışmazlığından əziyyət çəkir, buna görə də onların məhsuldarlığının aşağı düşməsindən qaçmaq 
olmur.
Torpaq nəmliyinin KNQ-dən müvəqqəti aşağı enməsinə azotla qidalanan avtotrof tip bitkilər 
asan dözürlər, çünki, o yenidən bərpa edildikdə azot gübrəsi şəklində verilmiş azotun mineral 
formasından onlar dərhal istifadə edirlər.
Nəticə etibarı ilə bitkinin potensial məhsuldarlığını realizə etmək üçün vegetasiya müddətində 
torpağın nəmliyi 100% TRT-dən kapillyarların qırılma nəmliyinə qədər olmalıdır. KNQ suvarma 
qabağı torpaq nəmliyinin aşağı həddi hesab olunur.
Müxtəlif mədəni bitki növləri müvəqqəti olaraq nəmlik çatışmamazlığına müxtəlif cür 
dözürlər. Bu onların kök sistemlərinin inkişaf etmə dərəcəsinə görə müəyyən edilir. Məsələn, 
istixanada becərilən bir çovdar bitkisinin kökünün ümumi uzunluğu 623 km təşkil edir, lakin 
onların səthinin ümumi sahəsi 639 m
2
, yaxud yerüstü orqanların səthindən 130 dəfə çoxdur. Bütün 
köklərin artım cəmi bir sutkada təxminən 5 km-ə bərabər olub, ancaq bir kökcüyün artımı 2 sm-dən 
6,5 sm-ə qədərdir, həmdə ki, bu köklər 6 litrə yaxın torpaq həcmində yayılmışdır. Su və bataqlıq-su 
bitkilərində kök telləri olmur. 
Paxlalı bitkilərin nəmlik çatışmazlığına münasibətləri növ spesifikliyi ilə qeyd edilir. Məsələn, 
torpaq nəmliyinin dövri olaraq TRT 50%-ə qədər enməsi zamanı müştərək fəal potensialın ən çox 
rolu noxudda 15%, lüpində 60%, lakin xaşada 75% təşkil etmişdir. Bu onunla izah edilir ki, xaşanın 
və lüpinin kök sistemi torpağın dərinliyinə işləyir və digər bitkilər üçün əlçatmaz olan qatlardan 
suyu qaldırmaq qabiliyyətinə malikdirlər. 
Nəmliyin bol olmasına (100% TRT yuxarı) üçyarpağın simbiotik aparatı xaşaya nisbətən daha 
asan dözür. Qrunt suyunun səviyyəsinin bir metrdən daha yüksək olması yonca üçün simbiotik 
aparatın həcminə və böyüklüyünə mənfi təsir edir.
Nəmliklə təmin olunma və digər əlverişli şəraitdə paxlalı bitkilər böyük simbiotik aparat 
formalaşdırırlar. Yaz quraqlıq keçdikdə fırların əmələ gəlməsi gecikir yaxud torpaqda nəmliyin 
azalması hesabına erkən dövrdə məhv olurlar, bu zaman azotun təsbit olunması zəifləyir, bununla 
əlaqədar olaraq məhsul kəskin azalır.
Torpağın nəmliyi dinamik prosesdir, odur ki, nəmlik hər saat dəyişəndir, lakin hər hansı bitki 
üçün torpağın nəmliyini optimal adlandırsaq, yalnız nəmliyin dərəcəsindən yaxud suvarma qabağı 
nəmlik həddindən danışmaq olar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin