16
uyğun gəlir, lakin torpağın nəmliyi təhlil zamanı 16,2%, yəni 60% TRT bərabərdir. TRT-nin 100%
nəmliyi zamanı torpaq kapillyarları su ilə dolurlar və birləşirlər, bütün torpaq məsamələrinin
yarıdan çoxunu hava ilə tutulmuş iri məsamələr təşkil edir. Bitkinin
kökü bu zaman oksigen
çatışmazlığını hiss etmir. Kök tükcükləri (tel) kapillyarlara soxularaq ondan həyatının bütün
dövrlərində 5-20 gün növ və sortun genotipindən asılı olaraq su götürə bilər. Nəmlik yüksək TRT
100%-dən artıq olduqda, belə ki, hava su ilə sıxışdırılıb çıxarılır və köklər oksigen çatışmazlığını
hiss edirlər. Nəticə etibarı ilə 100% TRT torpağın optimal nəmliyinin yuxarı həddi adlandırmaq
olar.
Torpaq səthindən suyun buxarlanması üzündən və onun inkişaf edən bitki tərəfindən istifadəsi
torpağın əkin qatındakı nəmliyini daima azaldır, və müəyyən mərhələdə su-kapillyar sistemi dağılır,
torpaq kapillyarları parçalanırlar (qırılırlar). Nəmliyinə görə torpağın bu halı kapillyar nəmliyin
qırılması adlanır (KNQ). Torpaqların əksəriyyətində TRT 60%-ə qədər enməsi sayəsində o zəif
humuslaşmış torpaqlarda 63-65%, lakin rabitəli və yüksək humuslaşmış torpaqlarda isə 55-58%-dir.
Torpağın nəmliyi, kapillyarların qırılması nəmliyindən aşağı endikdə, kapillyarın qırılmış
yerinə soxulmuş kök telləri oradakı suyu tezliklə sərf edərək qurtarırlar (su tükənir)
və məhv
olurlar. Kök tellərinin fəaliyyətinin davamı 10-15 sutkadan 3-4 sutkaya, yaxud hətta bir neçə saata
qədər qısalır. Su olan yeni kapillyar qırığını (kəsiyini) axtarmaq məqsədilə bitki, təzə kök telləri
əmələ gətirməyə məcbur olur.
Bir kök telinin uzunluğu
orta hesabla 1
mm təşkil edir,
dənli taxıl bitkilərində 1,5
mm-dir. Hesablanmışdır ki,
qarğıdalı kökünün böyüyən
zonasının 1 mm
2
sahəsində
1900-ə yaxın kök telləri olur.
Bir bitkinin kök tellərinin
ümumi uzunluğu 3-4 km-ə
çatır, lakin qabaq bitkisində 25
km-dir. Buğda əkinlərinin bir
hektarında
köklərin sorucu
səthi 100 min m
2
təşkil edir.
Nəmlik çatışmayan zaman su
stressi dərinləşdikcə bu böyük
sorucu səth də tez dəyişir.
Ehtimal ki, dövri olaraq
torpaqda
nəmliyin
çatışmamasından
quru çöl
zonalarında güclü humus qatı
əmələ gəlir. Burada bitki
örtüyü yüz min yaxud milyon
illər
suyu
olan
qırıq
kapillyarları
axtarır
və
fotosintez məhsullarının böyük hissəsi torpağa istiqamətlənir (şəkil 1). Nəticə etibarı ilə
kapillyarların qırılma nəmliyi torpağın optimal nəmliyinin aşağı həddidir.
Torpağın nəmliyi TRT 50-45% olan zaman bitkinin turqor halı və xarici əlamətinə görə su
stressinin
əlamətləri müşahidə olunmur, lakin fotosintez məhsullarının böyük hissəsi çoxlu xırda
kökcüklər və kök tellərinin əmələ gəlməsinə xərclənir, yerüstü kütlədə vegetativ və generativ
orqanların toplanması azalır. Bundan sonra torpaq nəmliyinin TRT 35-25%-ə qədər enməsi zamanı
demək olar ki, yerüstü kütlənin toplanması kəsilir, su axtarmaq üçün bütün fotosintez məhsulları
xırda köklərin boy atmasına istiqamətlənir.
Torpaq nəmliyinin kapillyarların qırılma nəmliyindən (KNQ) daha aşağı enməsi, azot gübrəsi
verilməyən paxlalı bitkilərə xüsusən böyük zərər vurur. Hava azotunun müştərək (
simbioz
) təsbit
olunmasına bitki çoxlu sulu karbonlar (karbohidratlar) sərf edir. Torpaqda nəmlik aşağı olan zaman
Шякил 1.
Əkin qatının müxtəlif nəmliklərində paxlalı
bitkilərin kök
sistemi.
a-kapilyarların qırılma nəmliyindən (KQN) aşağı nəmlik, b- kapilyarların
qırılma nəmliyindən yuxarı nəmlik.
Ə
ки
н гаты
а
б
Подзол гаты