Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Paxlalılarla fır bakteriyalarının simbiotik fəal şəraiti



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə17/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   13   14   15   16   17   18   19   20   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Paxlalılarla fır bakteriyalarının simbiotik fəal şəraiti. 
Hava azotunun simbiotik təsbit 
olunmasında 
makrosimbiont
– bitki və 11 növə bölünən 
mikrosimbiont
fır bakteriyalarının 


19 
Rhizobium
cinsi
 
iştirak edir. Hər bir növ bakteriya bir bitki yaxud bitki qrupları üçün uyğunlaşıb. 
Məsələn, soyanın fır bakteriyası 
Rh.japonicum
yalnız soya bitkisinə yoluxur, fır bakteriyalarının 
digər cinsləri soya ilə simbiotik əlaqəyə girmir. 
Rh. lupini
yalnız lüpini (acı paxla), 
Rh.
phaseoli
yalnız lobyanı,
Rh.
simplex 
yalnız xaşanı, 
Rh. meliloti
yoncanı və xəşənbülü, 
Rh. trifoli
yalnız 
üçyarpağı yoluxdurur, lakin
Rh. leguminosarum
isə pırpızlı və səpin gülülü, noxud, yem paxlası, 
lərgə və mərciməklə simbiotik əlaqəyə girə bilir. Fır bakteriyaları növünün paxlalı bitkilərin 
müəyyən növünə yaxud növün qruplarına bu uyğunlaşması qabiliyyəti 
spesifiklik
adlanır.
Fır bakteriyalarının bir spesifik növünün bütün ştamları bir bərabərdə müvəffəqiyyətlə 
bitkinin kökünə daxil ola bilməz. Bəzi ştamlar yüksək konkret spesifik qabiliyyətləri ilə paxlalı 
bitkilərin köklərində çoxlu fırlar əmələ gətirirlər, digərləri çətinliklə kökə daxil olurlar və fırları az 
əmələ gətirirlər. Bu səbəbdən, fır bakteriyalarının ştamları təkcə spesifik yox, ancaq 
virulent
(yoluxa bilən) də olmalıdır.
Bəzi spesifik virulent ştamlar valideyn-bitki ilə müştərək həyat tərzinə girərək havanın 
azotunu intensiv təsbit edirlər, digər ştamlar tərəfindən azotun təsbit olunması daha kiçik həcmdə və 
yavaş-yavaş keçir. Azotun simbiotik təsbit olunması intensivliyi ştamın təkan vermək qabiliyyəti 
ştamın 
aktivliyi
(fəallığı) adlanır.
Rizobiumun (fır bakteriyaları, yaxud yumurcuq bakteriyaları) spesifikliyi, virulentliyi və 
fəallığı aktiv simbiozun ən yaxşı şərtidir. Əgər bitki regionda ənənəvi becərilirsə (noxud, gülül, yem 
paxlası) yaxud ona təbii fitosenozda (sürünən və çəmən üçyarpağı) təsadüf edilirsə, əslində bu 
bitkiləri yoluxduran fır bakteriyalarının spesifik spontan (yerli, daxili səbəblərdən törəyən) ştamları 
torpaqda mövcuddur. Bir qayda olaraq bu halda əlavə yoluxdurulma fırların əmələ gəlməsini 
yaxşılaşdırmır və təsbit olunan hava azotunun kəmiyyətini artırmır. Əgər hər hansı rayonda 
(bölgədə) bitki (məs; soya) ilk dəfə becərilirsə deməli yoluxdurmanı səpin qabağı mütləq həyata 
keçirmək lazımdır, əks halda kökdə fırlar əmələ gəlmir, bitki hava azotundan istifadə etmir, azot 
çatışmamazlığı yaranır və pis keyfiyyətli məhsul formalaşır. Yoluxdurucu qismində üyüdülərək 
steril torfla qarışdırılmış rizotorfindən – fır bakteriyası (nitragin) tez-tez istifadə edilir. 
Torpağın yüksək turşuluğu bioloji azotun (N
2
) təsbit olunmasının aktivliyini məhdudlaşdıran 
əsas amildir. Simbiontların reaksiyanın pH dəyişməsi davamlı spesifik mənzərənin müəyyən 
edilməsidir. Məsələn, 
qurdotu
havanın azotunu qənaətbəxş dərəcədə təsbit edir (120 kq/ha) və 
kifayət qədər yüksək quru ot yığımını (6,5 ton/ha) hətta pH
duz 
4,2 zamanı təmin edir. Çəmən 
üçyarpağı bu cür turşuluqda azotu 9 dəfə az təsbit edir, lakin yonca isə hava azotunu mənimsəmir. 
Turşuluğun pH-6,5-ə qədər azalması zamanı qurdotunun məhsuldarlığı 1,5 dəfə, çəmən 
üçyarpağınınkı 4 dəfə (2,6-dan 10,8 ton/ha qədər), yoncanınkı 6 dəfə, zülal məhsuldarlığı müvafiq 
olaraq 1,7; 5,5 və 9 dəfə artır.
Torpağın pH–na tələbatına görə ən çox yayılmış paxlalı bitkilər 6 qrupa bölünür (cədvəl 4). 
Daha çox məhsuldarlığı müəyyən etmək üçün bu təsnifatdan istifadə etməklə, hansı torpaq 
turşuluğunda müəyyən bitkilərin maksimal miqdarda havanın azotunu təsbit etmək qabiliyyətinə 
malik olduğunu müəyyən etmək olar; turşuluğu məlum olan tarlada hansı bitkinin səpilməsi 
səmərəlidir, hansı bitki azot gübrəsi tətbiq edilmədən daha yüksək məhsul verər.
Cədvəl 4 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin