23
məhsul götürmək məqsədilə azotla simbiotrof qidalanma üçün əlverişli şəraitin yaradılması
zəruridir.
Yazda və hər biçindən sonra hektara 60-100 kq mineral azotla çoxillik paxlalı otların
yemləndirilməsi qışlamış yumurcuqlarda lehemoqlobinin miqdarının aşağı enməsinə, yazda yeni
əmələ gələn yumurcuqların gecikməsinə və hətta qışlamadan çıxmış yumurcuqların məhv olmasına
səbəb olur. Bitki azotla mineral tip qidalanmaya keçir. Lakin, qönçələmə fazasında nə vaxt ki
mineral azot biçin qabağı tükənir, bitki qısa müddətdə fəal simbiotik aparatı formalaşdırır və eləcə
də yumrularda lehemoqlobinin miqdarı mineral azotun verilməməsindəki kimi olur. Biçindən sonra
azotla yemləmə bir daha məcbur edir ki, bitki simbiotik aparatı azaltsın. Yaşıl kütlə məhsulu azotla
avtotrof və simbiotrof tip qidalanma zamanı praktiki olaraq eyni olur.
Paxlalı bitkilərin becərilməsi praktikasında bitkinin müştərək təsbit edilmiş hava azotu ilə
təmin edilməsi üçün nəzarət etmə və proqnozlaşdırmanı bilmək olduqca vacibdir. Müxtəlif ekoloji
şəraitlər üçün proqnozlaşdırma meyarı spesifiklikdir.
Əgər tarlada pH
duz
bitkinin bioloji tələbatına uyğundursa, torpağın nəmliyi optimal səviyyədə
saxlanılırsa, torpaq fosfor və kaliumla kifayət qədər təmin olunursa yaxud ona fosfor-kalium
gübrələri və mikroelementlərin verilməsi optimal səviyyədədirsə, torpaqda fəal spontan (yerli) fır
bakteriyaları varsa, yaxud toxumlar virulent, fəal və spesifik ştamlar ilə yoluxdurularsa, onda belə
halda azotun maksimal təsbit olunması və bitkinin hava azotunu mənimsəməsi hesabına yüksək
məhsuldarlığın alınması (quru üçyarpaq otu hektardan 12 ton, yonca 15-18, noxud və lobya toxumu
3,0-3,5, yem paxlası 5 tona qədər) mümkündür. Tənzimlənməyən nəmlik zamanı simbiozun fəallığı
ilin meteoroloji şəraitindən asılı olacaq.
Əgər hər hansı amil əlverişsiz parametrə malikdirsə, hava azotu zəif təsbit olunacaq yaxud
tamamilə təsbit olunmayacaqdır.
Vegetasiya müddətində proqnozun düzgünlüyünə nəzarət etmək çətin deyil. Əgər dənli-
paxlalı bitkilərdə çıxışlar (cücərtilər) alındıqdan 20-25 gün sonra çəhrayı rəngli yumurcuqlar əmələ
gələrsə, o vaxt hava azotunun təsbit olunması normal keçir. Çiçəkləmə fazasında lehemoqlobinin
miqdarının daha çox olduğunu 40-60 bitki üzərində tarlada aparılan vizual (görülən) analizlər
simbiozun fəallığı barədə təsəvvür verə bilər. Bunun üçün tarlanın müxtəlif yerlərindən bitkini 10-
15 sm dərinlikdə qazaraq (fəal yumurcuqların 80-90%-i torpağın 10 sm-lik qatında yerləşir)
ehtiyatla torpaqdan ayrılır (üzərində yumurcuqlar olan kök yuyulur) və yumurcuqlar təhlil (analiz)
edilir. İri çəhrayı yaxud qırmızı yumurcuqlar azotun fəal təsbit olunmasını və bitkinin azotla yaxşı
təminatını sübut edir. Əgər yumurcuqlar yoxdursa yaxud onlar boz və ya yaşıl rənglidirsə
(lehemoqlobinsiz), onda plastik kütlə toxuma axan zaman bitki azot aclığını daha çox hiss edəcək.
Bu halda gencərgəli əkinlərdə torpağın normal nəmlik şəraiti zamanı azotla yemləmə aparılması
məqsədə uyğundur. Oxşar nəzarət çoxillik paxlalı bitkilərdə həyata keçirilir.
Beləliklə, simbiotik
aparatın fəallığı və formalaşması prosesinə nəzarət etməklə aqronom
təkcə paxlalıların azotla təmin olunmasını düzgün təsəvvür etməklə, bitkinin qidalanmasına və
məhsuldarlığın formalaşmasına fəal müdaxilə edə bilər.
Dostları ilə paylaş: