SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə14/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
4 muh psix mag

Şərti və ya nominal qrup dedikdə bir-birilə real surətdə əlaqəsi olan, lakin müəyyən bir şərti əlamətə, məsələn, cins, yaş və ya peşə elementinə görə seçilən adamlar kateqoriyası nəzərdə tutulur. Məsələn, cinsi əlamətə görə qadınlar, yaş əlamətlərinə görə yeniyetmələr, peşə əlamətlərinə görə müəllimlər,həkimlər,mühəndislər və s. şərti qrupa aid edilə bilərlər.
Demoqrafiyada, statistikada və s.-də şərti qrup anlayışından geniş istifadə olunur. Məsələyə sosial-psixoloji baxımdan yanaşarkən bir cəhət diqqəti xüsusilə cəlb edir: bu qruplar müəyyən elementlərinə görə şərti xarakter daşıyır, lakin onların ayrıca qrup kimi ayırd edilməsi sosial-psixoloji planda tamamilə zəruridir. Həmin fikri əsaslandırmaq üçün rmüəyyən psixoloji faktları xatırlatmaq kifayətdir: şərti qrupa daxil olan adamlar adətən bir-birlərini tanımırlar. Lakin onların bir qismi müəyyən həyati situasiyalarda bir-biri ilə rastlaşır və ünsiyyətə girmək imkanı əldə edirlər. Bu zaman onlar, lazım gəldikdə, bir-birlərinə güzəştə gedir, kömək edir və ya bir-birlərini müdafiə edirlər. Qadınların qadınları və ya həkimlərin həkimləri müdafiə etməsi hər kəsə öz təcrübəsindən bəllidir. Bu o deməkdir ki, şərti qrupa daxil olan adamlar bir-birlərini real surətdə tanımasalar da, özlərini faktik olaraq mənsub olduqları qrupla eyniləşdirirlər və sosial-psixoloji identifıkasiyanın bütün bu xüsusiyyətləri onların mənlik şüurunda əks olunur.
Sosial-psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirilir. Real qrupların iki növünü –real laborator qrupları və real təbii qrupları fərqləndirirlər.
Hər hansı bir təsadüf əsasında yaradılan laborator qruplar mahiyyət etibarilə diffuz qruplar kimi meydana çıxırlar. Məhz buna görə də psixoiogiyada real təbii qrupların öyrənilməsinə daha böyük əhəmiyyət verilir. Təbii real qrupların kiçik böyük qruplar olmaq üzrə iki növü məlumdur.
«Kiçik qrup» və «böyük qrup» anlayışlarında «kiçik» ve «böyük» sözlərinin müəyyən evristik əhəmiyyəti vardır. Onlar qrupun kəmiyyət xarakteristikalarını əks etdirirlər. Böyük və kiçik qruplar bir-birindən nəinki kəmiyyət, həm də keyfıyyət baximından fərqləndirilir. Həmin qrupların sosial-psixoloji təhlili üçün bu sonuncu cəhət daha çox əhəmiyyətlidir.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin