SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə16/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
4 muh psix mag

Laborator qruplar da əslində kiçik qruplardır. Lakin onlar təbii deyil, süni qruplar olduğuna görə adətən kiçik təbii qruplar sırasında nəzərdən keçirilmir. T—qruplar da laborator qruplar kimi kiçik qrupun özünəməxsus növüdür.
Kiçik qrupun üzvləri vahid fəaliyyət çərçivəsində birləşir və bir-birilə bilavasitə şəxsi ünsiyyətə girirlər ki, bu da onun spesifik əlaməti hesab olunur. Hər bir kiçik qrupun strukturu, bir tərəfdən, onun fəaliyyət göstərdiyi sosial mühitin təsirləri, digər tərəfdən, qrupdaxili şəxsiyyətlərarası münasibətlərin xarakteri ilə şərtlənir.
Kiçik qrupların 50-dən artıq təsnifatı məlumdur. Onlardan aşağıdakılar daha çox xarakterikdir.
Kiçik qrupları formal qeyri-formal qruplara bölürlər. Formal qrupda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Qeyri-formal qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir: onun strukturu inzibati-hüquqi qaydalarla tenzim edilmir. Formal kiçik qrupun üzvləri arasında da tədricən qeyri-formal münasibətlər yaranır: bu zaman formal kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsi bir çox cəhətdən onun formal və qeyri-formal strukturlarının bir-birinə uyğun gəlməsindən asılıdır.
1942-ci ildə referent qrup fenomeni müəyyən edilmişdir. Kiçik tələbə qruplarını eksperimental surətdə öyrənərkən Amerika psixoloqu Q. Haymenin diqqətini belə bir cəhət cəlb etdi ki, qrupun müəyyən üzvləri mənsub olduqları qrupun deyil, başqa bir qrupun normalarını qəbul edir və öz davranışlarında onlara əsaslanırlar. O, bu maraqlı faktlar əsasında kiçik qrupların iki növünü fərqləndirməyi, birinci qrupu üzvlük qrupu, ikinci qrupu isə rcferent qrup adlandırmağı təklif etdi. Sonralar həmin faktlar başqa psixoloqlar tərəfındən də təsdiq olundu.
Müasir sosial psixologiyada referent qrup anlayışı müxtəlif eksperimental faktlar əsasında daha da dəqiqləşmiş və nisbətən geniş məna kəsb etmişdir.
Uzvlük və referent qrupların fərqləndirilməsi bəzi sahələrdə, xüsusilə hüquq pozğunluğunun öyrənilməsi sahəsində tətbiqi tədqiqatlar iiçün olduqca maraqlı perspektivlər açır. Fikrimizi bir misal əsasında aydınlaşdıraq: şagird Azər VII sinifdə oxuyur. Lakin o, birdən-birə üzvü olduğu sinif kollektivinin normalarına deyil, daha çox hələ üzvü olmadığı hər hansı bir təsadüfi küçə qrupunun normalarına əməl etməyə başlayır. Onun üzvləri kimi geyinməyə, saç saxlamağa, bəzənməyə, spesifık sözlər və ifadələr işlətməyə, hərəkətlər etməyə başlayır və s. Bu onun üçün referent qrup hesab olunur. Azərin davranışını izah etmək üçün belə bir suala cavab vermək lazımdır ki, nə üçün birinci qrup onun üçün əhəmiyyətini itirmiş, ikinci qrup isə xüsusi qrup əhəmiyyəti kəsb etmişdir. Üzvlük və referent qrup anlayışlan bu baxımdan maraqlıdır.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin