SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə19/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   15   16   17   18   19   20   21   22   23
4 muh psix mag

l.Huraoral sistem: antik dünyanın meşhur həkimi Hipokratın (e. ə. 460-377) təlimində temperament qan, öd, qara od ve seliyin bədəndəki nisbəti ilə əlaqələndirilirdi.


2. Somatik sistem: alman psixiatrı E. Kreçmer, amerika alimləri U. Şeldon ve S. Stivens temperamenti insan bədəninin quruluşu ilə izah edirdilər.


3. S i n i r sistemi: insanın temperamentini akaderaik İ. P. Pavlov ali sinir fəaliyyətinin (ASF) tipləri ilə izah edirdi.
Qədim yunanlara (Hippokrat və b.) orqanizmdə 4 cür maye qan
(sanqvus), öd (xole), qara öd (meleyna xole) və selik (fleqma) məlum idi. Onlar belə güman edirdilər ki, insanların davramşındakı fərqlər orqanizmdə həmin mayelərin müəyyən nisbətindən asılıdır. Guya orqanizmdə bu mayelərdən biri - ya qan, ya öd, ya qara öd, ya da selik, müasir terminlərlə desək, daha çox bioloji aktivliyə malik olur. Hansı mayenin üstünlük təşkil etməsindən asılı olaraq adamın davranışında özünəməxsus xüsusiyyətlər əmələ gəlir. Qədim yunanlar bəzi adamların coşqun olmasını onların orqanizmində qanın, soyuqqanlı olmasını isə seliyin bioloji cəhətdən daha mühüm rol oynaması ilə izah edirdilər. Onlar bu baxımdan 4 temperament tipini -sanqvinik, xolerik, melanxolik ve fleqmatik tipləri fərqləndirirdilər.
Doğrudur, bu terminlərin taleyi uğurlu olmuşdur. Onlar yarandıqları gündən müasir dövrə qədər sözün əsl mənasında nəinki psixologiya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə çevrilmişlər.
Hal-hazırda temperament haqqındakı bu təsəvvürlər ancaq tarixi əhəmiyyətə malikdir: hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, orqanizmdə çoxlu miqdarda hormonlar və mediatorlar vardır, yəni mayenin miqdarı 4 deyil, daha çoxdur. Bundan başqa, indi tamamilə aydındır ki, onlar insanın davranışına bir başa deyil, dolayısı ilə - sinir sistemi vasitəsilə təsir göstərirlər.
Uzun müddət, demək olar ki, XIX əsrin sonlarına qədər belə hesab edirdilər ki, temperamentin yaranmasında qanın xassələri və ya qan dövranı sisteminin xüsusiyyətləri xüsusi rol oynayır. XX əsrin 20-ci illərində temperamentin bioloji əsaslarının şərhində köklü dəyişikliklər baş verdi. E. Kreçmer temperament xüsusiy-yətlərini humoral sistemlə deyil, insanın bədən quruluşunun xüsusiyyətləri ilə izah etməyə başladı. Lakin bunu daxili sekresiya vəzilərinin ifraz etdiyi hormonlar, bədən quruluşunun tipi ilə deyil, ancaq sinir sisteminin xassələri ilə elmi şəkildə izah etmək olar.
Temperamentin sinir sisteminin xassələri ilə əlaqəsini elm tarixində ilk dəfə akademik İ. P. Pavlov kəşf etmişdir. 20-ci illərin sonu — 30-cu illərin əvvəllərində İ. P. Pavlovun tədqiqatları sayəsində temperamentin bioloji əsaslarının öyrənilməsi sahəsində həlledici dəyişikliklər baş verdi.
Akademik İ. P. Pavlov 10 ildən çox apardığı tədqiqatlar nəticəsində sinir sisteminin üç xassəsini müəyyən etmişdi. Həmin xassələr aşağıdakılardan ibarətdir:

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin