Hyustondakı Rays Universitetinin profes -
soru, nanofotonika laboratoriyasının direktoru
Naomi Xalas və Piter Nordlender unikal optik
xassəli nanohissəciklər – nanogiliz yaratmışlar.
Onların diametri qırmızı qan cisimlərinin
(eritrositlərin) diametrindən 20 dəfə kiçikdir və
onlar qan-damar sistemində sərbəst hərəkət
edirlər. Gilizlərin səthinə fərqli yolla xüsusi
zülallar – anticisimlər birləşdirilir ki, onlar da
xərçəng hüceyrələrini dağıdır. Onları daxil
etdikdən bir neçə saat sonra orqanizm
infraqırmızı şüalarla şüalandırılır ki, bu da
nanogilizləri istilik enerjisinə çevirir. Məhz bu
enerji xərçəng hüceyrələrini dağıdır və bu
zaman sağlam qonşu hüceyrələr praktiki olaraq
zədələnmir.
Belə unikal nanotexnologiya artıq xərçəng
şişləri olan təcrübə siçanlarında testləşdiril -
mişdir. Şüalanmadan keçən 10 gün müddətində
bütün xəstə heyvanlar xəstəlikdən tam azad
olmuşlar. Həmçinin qeyd edilir ki, sonrakı
analizlər onlarda heç bir yeni bədxassəli şişlə -
rin ocağını (mənbəyini) aşkar etməmişdir.
Boston Universitetinin əməkdaşı Mark
Qrinstaff göz yaralarının müalicəsi üçün nano -
öl
çülü şaxəli polimerlərin – dendrimer
lə
rin
yaradılması sahəsində olduqca uğurlu nəti cə lər
əldə etdiyi haqqında məlumat vermişdir.
Kütləvi informasiya vasitələri, xüsusən də
elektron informasiya vasitələri qeyd edirlər ki,
ABŞ-da nanotexnologiyanın köməyi ilə
siçanlarda və dovşanlarda infarktı müalicə
etmək mümkün olmuşdur. Belə tədqiqatlar
doktor Semyuel Stappın rəhbərliyi altında və
Evanstondakı Şimali-Qərb universitetində olan
həmkarlar ilə birgə aparılmışdır.
Tibbi nanotexnologiyanın dərman preparat -
la rının daxil edilməsi ilə xəstəliyə kimyəvi
təsirdən ibarət olan adi terapiyadan üstünlüyü
ondadır ki, o, orqanizmdə sağalma prosesinin baş
verdiyi lazımi mühiti yaradır.
Rusiya Elmlər Akademiyasının Molekulyar
Biologiya İnstitutunda nanotexnologiya baza -
sında bioçip yaradılmışdır ki, o da bir neçə saat
ərzində bir sıra ictimai təhlükəli olan, o
cümlədən vərəmin diaqnostikasına imkan verir.
Dostları ilə paylaş: