Nanotexnologiya və həyat elmləri
Müasir təbabətin ən vacib məsələlərindən
biri də xərçəng xəstəliyi ilə mübarizədir.
Artıq çoxdan cəhd olunur ki, dərman
preparatının orqanizmə “ünvanlı” çatdırılması
təmin olunsun. Bu halda preparat molekul-
daşıyıcının köməyi ilə lazım olan orqana və ya
toxumaya çatdırılır. Bununla yanaşı hazırda
Yaponiyanın iki iri tibb təşkilatı (Tokio Univer -
siteti nəzdində qadın və uşaq xəstəliklərinin
tədqiqat mərkəzi və Tokio Rikodey Univer -
siteti) ölçüləri 40 nm olan, “yüksək molekullu
mitsella” adını almış, sturukturuna görə virus
modelinə oxşayan “daşıyıcının” sınaqlarını
aparır.
Xərçəng əleyhinə yeni preparat olan adri -
misini daşıyan bu yüksək molekullu mitsella
iynə ilə siçana vurulur. Xərçəng hüceyrələrinə
düşərək preparat onları məhv edir. Artıq yüksək
nəticələr alındığını qeyd etmək olar.
Nanotexnologiyanın tibdə tətbiqi bir sıra
ciddi nəticələri təmin edəcəkdir.
Avtonom və orqanizmə daxil edilən nano -
qur ğular sağlamlığa nəzarət üçün effektiv sis -
tem lərin yaradılmasına imkan verəcəkdir.
Orqanizmin toxumalarını funksional im -
kan larına görə üstələyən üzvi və qeyri-üzvi
materialların – bioötürücülərin yaradılması
ətraf mühitin çirklənmə dərəcəsini təyin etmə -
yə, tibbi xidmətdə inqilabi dəyişikliklər etmə -
yə, orqanizmdə müxtəlif maddələrin miq darını
ölçməyə və s. imkan verəcəkdir.
Nanotexnologiyaların tətbiqi bədən
tərəfindən rədd edilməyən, süni orqanların və
toxumaların istehsalına imkan verəcəkdir.
|