Keçmiş SSRİ vətəndaşı olmuş, hazırda
ABŞ-da yaşayan Solomon Labinov bərk metal -
lik yanacaqlarla işləyən yeni daxili yanma
mühərrikləri konsepsiyasını təklif edir. Bu
mühərrikdə qidalanma sistemi buraxılış sistemi
ilə birləşdirilmişdir. Xüsusi hərəkət edən
arakəs məyə malik yanacaq Bakı dəmir nano -
toz ları əsasında yanacaq ilə doldurulur.
Yanacağın yanması (oksidləşməsi) yanma
kameralarında baş verir və yanma qazlarında
azotdan başqa nə azot oksidləri, nə qurum, nə
də karbohidrogenlər olmur, tozun yanmış
hissəcikləri isə xüsusi filtrlərin və ya maqnit -
lərin köməyi ilə tutulur.
ABŞ-ın Tennesi ştatındakı “Ouk-Ric” Milli
laboratoriyasında materiallar kimyasının rəh -
bə
ri olan Devid Biçin fikrincə, metallik
yanacaq hidrogen kimi ekoloji təmiz enerji
mənbəyidir. Lakin hidrogendən fərqli olaraq
metallik yanacaq, məsələn, dəmir və ya
alüminium daha yüksək xüsusi yanma istiliyinə
malikdirlər.
Belə yanacağı ətraf mühitin temperaturunda
və təzyiqində saxlamaq və mühərrikdə səmə -
rəli istifadə etmək olur. Laboratoriyanın kollek -
tivi tərəfindən metallik hissəciklərin diametri
50 nm olan yanacaq yaradılmışdır ki, yanma
prose sində müasir benzin mühərrikində oldu -
ğun dan üç dəfə artıq enerji ayırır.
Bor və karbon Mendeleyev cədvəlində qon -
şu durlar, hər iki element qeyri-metaldır, onların
atomlarının və ion
larının ölçülərindəki fərq
böyük deyil. Bu oxşarlığın başlıca nəti
cəsi
borhidrid kimyasının sürətlə inkişafıdır və bir
çox alimlərin fikrincə, kimyanın bu bölməsi
“yeni üzvi kimya” ola bilər. Yada
salaq ki, sadəcə “üzvi”, “üzvi
kimya” əslində, karbohid ro genlə -
rin və onların törəmələrinin kim -
ya sıdır.
Borun xüsusi yanma istiliyi
(59,4 MCoul/kq) faktiki olaraq
karbonun yanma istiliyindən (32,7
MCoul/kq) təxminən 2 dəfə
çoxdur. Karbohidrogen növ yana -
caqları reaktiv mühərrik
lərində
bor
hid
rid yanacaqları ilə əvəz
olunsa, eyni məsafəyə uçuşu təmin
etməklə yanaşı, təyyarənin
ölçülərini kiçiltmək, faydalı yükü artırmaq və
uçuşa başlayarkən qaçış məsafəsini qısaltmaq
olar.
Eyni zamanda nanotexnolo giya bir sıra real
və potensial təhlükəyə malikdir.
Belə ki, 2002-ci ildə Amerikanın ətraf
mühitin mühafizəsi üzrə agentliyi, NASA və
texnologiya erasında insan haqlarının qorun -
ması üzrə beynəlxalq qeyri-hökumət qrupu
(ETS Group) birgə tədqiqatlar nəticəsində
məlumat vermişlər ki, təsadüfən astronaftların
nanotrubkalı hava ilə nəfəs almaları ağciyərin
xəstələnməsinə səbəb olmuşdur. Belə karbon
trubkalar mənfi təsirinə görə adi quruma
bənzəyir. Bundan əlavə, nanohissəciklər
asanlıqla hüceyrənin divarının məsamələrindən
daxilə keçərək bədəndə toplana bilər.
Eyni zamanda göstərilmişdir ki, nanohissə -
ciklər hüceyrə membranı üçün olduqca təhlü -
kə lidirlər.
Ehtimal olunur ki, nanotexnologiyanın
istifa dəsi nanosensorların, nanopestisidlərin və
suyu mərkəzləşməmiş təmizlənmə sisteminin
hesabına becərmə texnikasını dəyişməyə imkan
verəcək. Nanotexnologiya bitkilərin xəstəliklə -
rini gen səviyyəsində müalicə etməyə imkan
verir, yüksək məhsuldarlıqlı, əlverişsiz ekoloji
şəraitlərə xüsusi davamlı sortlar yaratmağa
imkan verir. Bitkiçilikdə antibakterial kompo -
nent lərlə qarışdırılmış nanotozların istifadəsi
əlverişsiz hava şəraitlərinə davamlılığı artırır
və bir çox ərzaq bitkilərinin, məsələn, kartofun,
dənli bitkilərin, tərəvəz bitkilərinin, giləmeyvə -
Dostları ilə paylaş: