ki, bu da binanın fasadının uzun müddət
əvvəlki görünüşünü saxlamasına imkan verir.
Bu boyağın nəmi udma əmsalı 0,09 kq/m2 saat
yağışdan müdafiəni təmin edir. Nəm iqlim
şəraitli bölgələr üçün bu boyalar çox böyük
əhəmiyyətə malikdir. Bu boyağın buxarke
-
çirmə əmsalı 0,001 m-ə bərabərdir və divarın
maksimum dərəcədə “nəfəsalmasını”
və təbii
nəmlik rejimini təmin edir.
Biokimyəvi üsul əsasında gümüşün məhlul -
larda adsorbsiya olunmuş vəziyyətdə davamlı
olan nanohissəciklərinin alınma texno lo giyası
işlənib hazırlanıb. Gümüş nanohis səcik ləri geniş
spektrli antimikrob təsirə (biosid) malikdir ki,
bu da yüksək bakterisid və virulisid aktivliyə
malik geniş nomenklaturalı məhsullar yarat ma ğa
imkan verir. Onlar ənənəvi məhsulları modifikasiya
etmək, yeni materiallar, dezinfeksiyaedici və
yuyucu vasitələr yarat mağa imkan verir.
Laboratoriya şəraitində gümüşün nanohis -
sə cik lərinin məhlullarının kiçikhəcmli istehsalı
təşkil olunmuş, biosid lak-boya materiallarının
(pentaftal emalları və sudispers boyalar əsasın da)
və diş pastalarının buraxılışı təşkil edilmişdir.
Gümüş nanohissəciklərə malik antimikrob
boyalar tərkibinə poliheksametilenquanidinin
törəmələri əlavə edilmiş analoji boyalarla
müqa
yisədə istehsalı daha təhlükəsiz və
ucuzdur.
Nanotexnologiyaların istifadəsinin bir
nümunəsi də qatarlar üçün yeni rəngləyici
materialların yaradılmasıdır. Bu boyalar o
qədər hamar olur ki, heç bir əlavə boya ona
yapışa bilmir.
Fasad boyaları elastik olmalıdırlar ki, kritik
altlıqlar üzərindəki suvağın çatlarını örtə bilsin.
Lakin elastiklik həmişə müəyyən həcmdə
adgeziyanı ehtimal edir, odur ki belə hallarda
güclü çirklənmə əvvəlcədən proqramlaşdırılır.
Bunun qarşısını almaq üçün Caprol firması
tərəfindən uzun illər aparılan sınaqlardan sonra
çirklənməyə davamlı olan yeni mühafizə
örtüyü – Silamur yaradılmışdır. Silamur sulu,
təmiz silikat məhsuludur və onun təsiri
boyanan səthin minerallaşmasına əsaslanır.
Onu da qeyd edək ki, nanotexnologiyaların
tikintidə istifadəsi sahəsində Rusiya Federasi -
ya sında da bir sıra yeni nəticələr var. Rusiya
Federasiyası baş nazirinin müavini Sergey
İvanov məlumat vermişdir ki, ölkədə istehsal
olunan belə tikinti materiallarının həcmi 8 mil -
yard rubldan çoxdur. Artıq “Severstal” istismar
xassələri iki dəfə yaxşılaşdırılmış unikal ərin -
ti lərin kütləvi istehsalına başla mışdır. Bu mate -
riallar ekstremal şəraitlərdə, xüsusi halda, arktik
şelfdə neft-qaz kəşfiyyatı apararkən kons
-
truksi yaların qurulması üçün nəzərdə tutul -
muşdur. Hazırda həmin məhsulun illik satışı 2
milyard rubla yaxındır və bu 100 dəfələrlə arta
bilər.
Dostları ilə paylaş: