56
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Hal-hazırda dünyada elmin universitetlərdə,
yoxsa akademiyda daha güclü inkişaf etməsi
haqqında mübahisələr səngimir. Bu baxımdan
Avstriya nümunəsi olduqca maraqlıdır. Bu
ölkədə ali təhsil sisteminə universitetlər və
ixtisaslaşmış ali məktəblər daxildir. 2000-ci ilə
qədər Avstriyada bütün universitetlər dövlət
universi tetləri olmuşdu. 2004-cü ildə akkredita -
siyadan keçmiş 28 universitetin 6-sı özəl
universitetlər idi. 1972-ci ildən 2001-ci ilə qədər
ali məktəblərdə təhsil pulsuz olmuşdur. 2002-ci
ildən etibarən ödənişli təhsil növü də həyata
keçirilir. Dövlət ali məktəbləri dövlət tərəfindən
maliyyələşir. Bu ölkənin Ali məktəblərində 210
min tələbə təhsil alır. Ali məktəblərdə çalışan
müəllimlərin sayı 19,5 min nəfərdir. Avstriya ali
təhsil müəssisələrinə qəbul imtahansız həyata
keçirilir. Universiteti bitirən məzunlara magistr
dərəcəsi verilir. (Azərbaycanda analoqu – fəlsəfə
doktoru)
Magistrlərə elmlər doktoru elmi dərəcəni
almaq üçün bütün imkanlar yaradılır. Avstriyanın
böyük universitetləri bunlardır:
Vyana universiteti (1365-ci ildə yaradılıb,
67,5 min tələbəsi var)
Hras universiteti (1585-ci ildə yaradılıb,
22,5 min tələbəsi var)
İnsbruks universiteti (1669-cu ildə
yaradılıb, 22,2 min tələbəsi var)
Zalsburq universiteti (1662-ci ildə
yaradılıb, 9,8 min tələbəsi var)
Avstriya Elmlər Akademiyası –
Avstriyanın Milli elm mərkəzidir. 1713-cü
ildə böyük riyaziyyatçı və filosof Qotfrid
Leybnits London Kral cəmiyyəti və Fransa
Akademiyası statusunda uyğun təşkilatın
yaradılmasını təklif edir. 14 may 1847-ci
ildə Vyanada Avstriya Elmlər Akademi -
yasının əsası qoyulur. 1918-ci ildə bu
təşkilat Elmlər Akademiyası, 1947-ci ildə
isə Avstriya Elmlər Akademiyası adlandı -
rılır. 1960-cı ilin ortalarında akade miya
fundamental tədqiqatlar sahəsində bu ölkənin
əsas aparıcı qeyri-universitet təşkilatına çevrilir.
Akademiya 2 bölmədən ibarətdir: riyaziyyat və
təbiət elmləri, fəlsəfə və tarix elmləri.
Bununla yanaşı, Avstriyanın böyük elm
müəs si sələri bunlardır:
Zoologiya-botanika elmi cəmiyyəti (1851-ci
ildə yaradılıb)
Coğrafiya elmi cəmiyyəti (1856-cı ildə
yaradılıb)
Fizika-kimya elmi cəmiyyəti (1869-cu ildə
yaradılıb)
Meteorologiya elmi cəmiyyəti (1865-ci ildə
yaradılıb).
Universitetlər və akademiyanın hesabına
Avstriya Avropanın elmi fikir mərkəzlərindən
biridir. Göründüyü kimi, ilk yaradılmış uni
-
versitetlə akademiya arasındakı “yaş fərqi” 482
ilə bərabərdir. Avstriya Elmlər Akademi yası nın
tərkibində Konrad Lorens adına Davranış la rın
Müqayisəli Tədqiqatlar İnstitutu və Beynəlxalq
Tətbiqi Sistem Analiz İnstitutu da fəaliyyət
göstərir. Bütövlükdə Avstriyada cəmi 2200-ə
yaxın elmi müəssisə fəaliyyət göstərir ki,
Elm və təhsil rubrikası
bunlarda 25 min elmi əməkdaş çalışır. Bu ölkə
beynəlxalq elmi kooperasiyada aktiv iştirak edir.
Avropa İttifaqının çərçivə proqramında onun
hesabına 1000-dən çox tədqiqat layihəsi daxildir.
Avstriya universitetlərinin dünya universitetlə -
rinin reytinq cədvəllərində tutduqları mövqenin
zəif görünməsini bu ölkədəki elmi tədqiqat
institut larının inkişafı əvəz edir.
XIX və XX əsrlərdə Avstriyada yerləşən böyük
elm mərkəzləri dünyaya çoxlu alimlər bəxş edib.
Fizika və kimya sahəsində;
Lyudviq Bolsman (20.02.1844
I–05.09.1906)
– statistik mexanikanın və molekulyar-kinetik
nəzəriyyənin banisi, onun həm də əsasən
dielektrik sabitlər, qazların kinetik nəzəriyyəsi,
termodinamika və optika sahələrində də işləri
olmuşdur.
Ernest Max (18.02.1838–19.02.1916) – fizik
və filosofdur. Eşitmə və görmə proseslərinin
öyrənilməsində məşhur işlərin müəllifi olmuş,
aerodinamik hadisələri dərindən öyrənmişdir. O,
xüsusi dalğa proseslərini öyrənməsi nəticəsində
zərbə dalğaları adlanan dalğaları kəşf etmişdir.
Onun ətalət nəzəriyyəsi Max qanunu kimi elmi
dövriyyəyə daxil olub.
Viktor Hess (24. 06.1883–17.12.1964) – Əsas
işləri radioaktivlik və kosmik şüaların tədqiqatı
olmuşdur. Bu tədqiqatlar nəticəsində Viktor Hess
və Karl Anderson pozitronu kəşf etmişlər. 1936-cı
ildə onların hər ikisi fizika üzrə Nobel mükafa -
tına layiq görülmüşlər.
Kristian Doppler (29.11.1803–17.03.1853) –
əsas işləri optika və akustika sahələrində
olmuşdur. Doppler effektinin müəllifidir. Bu
effekt radarlarda istifadə olunur.
Yohan Loşmidt (15.03.1821–08.07.1895) –
fizik və kimyaçı. Əsas işləri termodinamika və
elektrodinamika sahələrində olmuşdur. 1861-ci
ildə benzolun halqaşəkilli strukturunu vermişdir.
Kurt Hedel (28.04.1906–14.01.1978) –
məntiqçi, riyaziyyatçı və riyaziyyat fəlsəfəçisidir.
Natamamlıq haqqında nəzəriyyənin yaradıcısıdır.
Avstriya alimləri atom fizikası və kvant
mexanikasının inkişafına böyük töhfələr
vermişlər:
Ervin Şredinger (12.08.1887–04.01.1961) –
dalğa tənliyinin kəşfi ilə kvant fizikasına mühüm
töhfə vermişdir. Bu tənlik dalğa funksiyasının
davranışını və subatom sistemlərinin dalğaya
bənzər xassələrini təsvir edir. Pol Dirakla birgə
1933-cü ildə fizika üzrə Nobel mükafatına layiq
görülmüşlər.
Volfanq Pauli (25.04.1900–15.12.1958) – 20
yaşında Ensiklopediya üçün nisbilik nəzəriy
-
yəsinə aid 200 səhifəlik məqalə yazmışdır. Kvant
fizikasında qadağa prinsipini kəşf edib. Bu
işlərinə görə 1945-ci ildə fizika üzrə Nobel
mükafatına layiq görülüb.
Liza Meytner (7.11.1878–27.10.1968) –
radioaktivlik və nüvə fizikası sahəsində tədqiqat -
çıdır. Böyük fiziklər Qan və Ştrassman sübut
etmişdilər ki, uranı neytronlarla bombardman
etdikdə barium əmələ gəlir. Meytner bu cür
çevril mənin fiziki xassələrini tədqiq etdikdən
sonra fizika üçün yeni olan nüvənin bölünməsi
anlayışını təklif etmişdir. Onun şərəfinə 109-cu
element Meytner adlandırılmışdır.
Fəlsəfə sahəsində:
Lyudviq Vitgenşteyn – analitik fəlsəfənin
banisidir.
Karl Popper – filosof və sosioloq, elm
fəlsəfəsinin yaradıcılarıdan biridir.
Tibb və psixologiya sahəsində:
Bu sahə Avstriya alimlərinin şöhrət qazandığı
mühüm istiqamətlərdən biridir. Şərq tibb elminin
banisi İbn Sina hesab olunduğu kimi, Qərbdə
Paraselsin (11.11.1493–24.09.1541) adı çəkilir.
Parasels “Böyük cərrahiyyə” əsərinin müəllifidir.
O, dövrünü qabaqlayaraq sifilisi müalicə etmiş,
mədən fəhlələrinin peşə xəstəliyi silokozun
yaranma səbəblərini tapmış və ilk dəfə zob
xəstəliklərinin içməli suyun tərkibindəki mineral
maddələrlə əlaqəsini aşkarlamışdır.
Karl Landşteyner (14.06.1868–26.06.1943) –
həkim, kimyaçı, immunoloq, infeksionist. Qan
qruplarının kəşfinə görə 1930-cu ildə Nobel
mükafatına layiq görülüb.
Teodor Billrot (26.04.1829–06.02.1894) –
cərrah, müasir abdominal (qarın boşluğu) cərra -
hiyyəsinin təsisçisi. Qarın boşluğu divarla rını və
üzvlərini örtən seroz qişasının müasir əməliyya -
tının atası. T.Billrot, həmçinin həvəskar musiqiçi
və İohann Bramsın yaxın dostu kimi də məşhur dur.
Dostları ilə paylaş: