“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə70/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   66   67   68   69   70   71   72   73   ...   125
İntellekt, yoxsa

cəmiyyətlə insan beyni

arasındakı dəhliz?


çıxış edir. Əqli cəhətdən geri qalan uşaqların

intellektini öyrənən A.Bine bu problemi həll

etmək üçün olduqca maraqlı yol seçdi. Bunun

üçün uşaqlar tərəfindən uğurla həll edilməsi

mümkün olan xüsusi tapşırıqlar hazırlayıb ondan

istifadə etməyi təklif etdi. Onların vasitəsilə uşaq -

ların əqli inkişaf səviyyəsini ölçmək mümkün

oldu. A.Bine digər fransız psixoloqu T.Simonla

birlikdə müxtəlif yaşlı uşaqların diqqə 

tini,


hafizəsini, təfəkkürünü və s. öyrən məyə başladı.

Nəticədə yeni – Bine-Simon testləri yarandı. Bu

testologiyada yeni istiqamət oldu. Bu testlə yoxla -

nılan uşaq öz həmyaşıdları tərəfindən yerinə

yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal

bilikli uşaq hesab edilirdi. Sınaq uşağın xronoloji

yaşına uyğun gələn tapşırıqların yerinə yetirilmə -

sindən başlanmışdır. Bu zaman böyük yaş həddi

üçün də test tapşırıqları təklif olunmuşdur. Lakin

bir sıra hallarda həmin testlər öz asanlığı və ya

çətinliyi ilə seçilirdi. Bu sahədə aparılan tədqi -

qatlar nəticəsində testologiyada xronoloji yaş –

CA (chronological age) anlayışı ilə yanaşı əqli

yaş – MA (mental age) anlayışından da istifadə

olunmağa başlandı. Onların bir-birinə uyğun

gəlməməsi ya əqli geriliyin (MA CA-dan aşağı

olanda), ya da istedadın (MA CA-dan yüksək

olanda) göstəricisi hesab olunurdu. 

1912-ci ildə V.Ştern onların nisbətini intel lekt

əmsalı – IQ (intelligence quotient – intellekt

əmsalı) adlandırdı. IQ – göstəriciləri insanın yaş

fərqləri və fərdi qabiliyyətlərini ölçən testlər

toplusudur. Ən çox istifadə olunan metodlardan

biri olan IQ -standart məntiqli tapşırıqların müəy -

yən zaman ərzində həll edilərək 100 ballı şkala

ilə qiymətləndirilməsidir. Bu testlərə verbal-

linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliy 

-

yətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif



ölkələrin universitetlərində intellektin fərqli

sahələrinə və emosional intellektə aid testlər

yaradılmışdır. Emosional intellektə aid testlərə

müxtəlif affektləri təsvir edən və situasional

suallar daxil edilir. Bu suallara cavablar “heç razı

deyiləm”..., “tamamilə razıyam” şkalası üzrə

verilir (məsələn, Albert Eynşteynin IQ göstəricisi

200 idi).

İnsan intellektinin öyrənilməsinə ingilis

polimat (müxtəlif sahələrdə geniş biliklərə malik

adam), antropoloq, psixometriya üzrə mütəxəssis

F.Qaltonun tədqiqatları ilə başlanmışdır. Qalton

dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını

araşdıraraq qabiliyyətlərin irsən keçməsini

öyrənmək üçün tədqiqatlar apardı.  O, bu tədqi -

qatı 1869-cu ildə yazdığı “Hereditary Genius”

kitabında təsvir etdi. Bir neçə il sonra Qalton

öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu

“Kral Cəmiyyəti”nə daxil olan elm adamlarına

göndərdi. Keçirdiyi bu sorğu ilə o respondentlə -

rinin ailələrinə xas cəhətlərlə (dünyaya gəlmə

sırası, məşğuliyyət, irq) onların elmə maraqları

arasındakı əlaqənin olub olmadığını müəyyənləş -

dirməyə çalışdı. Araşdırmaların nəticəsi kimi o,

1874-cü ildə “English men of science: their

nature and nurture” (İngilis elm adamları: onların

təbiəti və tərbiyəsi) kitabını nəşr etdirdi. Bu

tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiy -

yətin, yoxsa ətraf mühitin (nature versus nurture

– təbiət tərbiyəyə qarşı) daha mühüm və real rol

oynaması sualını qoydu. Həmçinin Qalton ilk

olaraq müxtəlif fiziki və mental göstəricilər

əsasında korrelyasiyanı da ölçmüş oldu.

Beləliklə, Qaltonun bu tədqiqatları ilə intellektin

öyrənilməsinin əsası qoyuldu. O, ilk dəfə nüma -


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin